FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənilərin tarixi həqiqətləri saxtalaşdırmalarının həqiqi səbəbləri
12-06-2018, 07:15 | TƏDQİQATLAR-ANALITIKA
Ermənilərin tarixi həqiqətləri saxtalaşdırmalarının həqiqi səbəbləri

Tarixi zaman kəsiyində erməni yalanları siyasətdən tutmuş gündəlik həyatımıza, tarixi abidə və şəxsiyyətlərə, coğrafi adlara, dini abidələrə, mədəni irsə, heraldikaya, numizmatikaya, kulinariyaya sirayət edir. Bir sözlə, yalan üzərində qurulmuş miflər bütün sahələri əhatə etmişdir. Eyni zamanda, bu saxtakarlıqlar və analoji olaraq mənimsəmə iddiaları təkcə Azərbaycana və Türk dünyasına deyil, ermənilərin təmasda olduqları digər xalqlara da qarşı yönəlmişdir. Hay-ermənilərin Qafqazda özlərini yerli xalq kimi təqdim etmək cəhdləri isə regionda digər xalqların tarixinin məqsədyönlü şəkildə saxtalaşdırılmasına, özgə dəyərlərinin, tarixi-mədəni-dini irsin erməniləşdirilməsinə və assimilyasiyaya səbəb olmuşdur. Təsadüfi deyil ki, yaşadığımız regionda elə bir xalq və ya dövlət yoxdur ki, ermənilərin onlara qarşı hər hansı bir iddiası olmasın.

Aparılan təhlillər göstərir ki, artıq neçə əsrdir davam edən ermənilərin tarixi həqiqətləri mütəşəkkil saxtalaşdırma cəhdlərinin əsas səbəbi ermənilərin etnogenez ilə əlaqədar natamamlıq kompleksi, eləcə də vətən anlayışı ilə əlaqədar fobiyaya malik olmaları ilə bağlıdır. Erməni saxtakarlığının əsas prinsipi isə "coğrafi mənsubiyyət'' və "etnik mənşə'' anlayışlarının bərabərləşdirilməsi və ya eyniləşdirilməsinə əsaslanır. Belə ki, artıq elmi əsaslarla sübut olunmuşdur ki, müasir hay-erməni etnosu tam mənada etnik kimlik daşımır, sadəcə qriqoriyanlığı qəbul etmiş müxtəlif xalqların fərdlərindən təşkil olunmuş olduqca qarışıq, mürəkkəb və yekcins olmayan simbioz birlikdir. Yəni, ermənilik etnik deyil, dini kimlikdir. Qriqorianlıq isə müəyyən zaman kəsiyində müxtəlif xalqların assimilyasiya olunaraq "ermənilik” çətiri altında birləşməsində mühərrik rolunu oynamışdır.

Fransız antropoloq Jozef Danikerin (1852-1918) fikrincə, "ermənilər bir çox ünsürdən təşkil olunmuş qarışıq bir irq kütləsidir. Onlar Əfqan, Asur və Türk irqindən oluşmuşdur''. Akademik Ramiz Mehdiyev "Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası'' adlı kitabında göstərir ki, "Ermənilərin irsi və fiziki əlamətlərinə görə 16 antropoloji tipə ayrılması tədqiqatçılarda anlaşılmazlıq yaradır: bir xalqda bu qədər böyük antropoloji fərq ola bilməz. Hay dilinin 11 qrup və 44 dialektə bölünməsi də erməni xalqının müxtəlif tayfaların birləşməsi olduğunu deməyə əsas verir''.

Qafqaz regionunda qriqoryan – tat, alban, qaraçı (boşa), yəhudi (zok), aysor, çərkəz, yezidi, qıpçaq türklərinin etnik kimliklərini itirərək dini kimliyini (qriqorianlığı) saxlaması və nəticədə erməniləşməsi faktları vardır. Etnik kimliklə bağlı natamamlıq kompleksi isə ermənilərin digər xalqların tarixi-mədəni irsini və dəyərlərini mənimsəmək cəhdlərinə gətirib çıxarmışdır. Özlərini regionda xristianlığın əsas müdafiəçisi kimi göstərmək istəyinin arxasında da Qafqazda xristian qıpçaqların və xristian albanların tarixi irsinə yiyələnmək məqsədi dayanır. Təsadüfi deyil ki, ermənilər işğal altında olan Dağlıq Qarabağda bütün xristian abidələrinin yalnız onlara məxsus olmasını iddia edirlər. Regionda xristian qıpçaq və albanların yaşaması hətta erməni müəlliflərin də qəbul etdiyi tarixi faktdır. Bəs necə ola bilər ki, günümüzə qədər gəlib çatan kilsə və monastırlar yalnız ermənilərə məxsus olsun. Bu ərazilərdə xristian türk və albanların mövcudluğunu inkar etmək mümkün olmadığı üçün xristian dini irsinin həqiqi sahiblərinin inkarı yalnız başqalarının irsinin mənimsənilməsinə hesablanmışdır.

Maraqlıdır ki, erməniləşmə prosesi bizim regiondan kənarda da qriqorian kilsəsinin təsiri altında olmuşdur. Tanınmış alim, avstriyalı Erix Fayql "Erməni mifomaniyası'' kitabında Osmanlı dövlətində yaşayan qaraçı və boqomillərin erməni assimilyasiyasına məruz qalması haqqında məlumat verir. Kitabda göstərilir ki, "İstanbulun erməni patriarxı yunan-katolik kilsəsinə aid olmayan bütün xristianların dini rəhbəri hesab olunurdu. Osmanlı imperiyasında yaşayan bütün qaraçılar vətəndaş hüququna əsasən İstanbulun erməni patriarxına tabe olduğundan, bu qaraçıların ermənilər tərəfdən kütləvi assimilyasiyasına gətirib çıxardı. Erməni kilsəsinin himayəsində olan digər bir konfessiya Balkan boqomilləri idi. Onların əcdadları – pavlikanlığın baniləri – Şərqi Anadoluda kiçik icmalarda öz mövcudiyyətlərini saxlamışdılar''.

Ermənilər arasında çoxlu türk mənşəli soyadların olmasını da qriqorian-türklər prizmasından dəyərləndirmək mümkündür. Qeyd etmək lazımdır ki, erməni soyadları arasında ərəb və fars mənşəli sözlər də kifayət qədərdir. Maraqlıdır ki, erməni soyadlarının cəmi 20 faizini xristian dini ilə bağlı soyadlar təşkil edir. Türkiyəli müəllif Remzi Yılmazın qənaətinə görə, "erməni dili bu qədər dillərin təsiri altında olmasına baxmayaraq, "kilsə dili” olması sayəsində öz mövcudiyyətini qoruyub saxlaya bilmişdir''.

Türk mənşəli sözləri özlərinə soyad seçməkdə ermənilərin müxtəlif açıq və ya gizli məqsədləri olmuşdur. 2016-cı ildə Bakıda nəşr olunan "Türk mənşəli erməni soyadları'' kitabında müəlliflər – Əziz Ələkbərli və Elbrus Qaraqoyunlu 1000 türk mənşəli erməni soyadının izahını vermişlər. Azərbaycan və türk dilində müxtəlif mənalı sözlərdən, ən çox da peşə bildirən sözlərdən əmələ gəlmiş erməni soyadlarının izahı yenə də ermənilərin digər xalqların irsini mənimsəməsinə aparıb çıxarır. Əsas qənaət budan ibarətdir ki, ermənilərdəki türk mənşəli soyadların yaranması türk mənşəli adam adlarının (Azad, Əziz, Cavad, Baba), peşə adlarının (nalbənd, dəmirçi, dərzi, dəllək, zurnaçı, dəvəçi, çoban), bəzi hallarda da müxtəlif mənalı sözlərin (daş, topal, şəkər) mənimsənilməsindən gedir. Müəlliflər bu cür soyadlarının əsasını təşkil edən Azərbaycan-türk mənşəli sözlərin ermənicə tərcüməsini də verərək, erməni dilindəki həmin qarşılıq sözündən erməni soyadı yaradılmadığını xüsusi vurğulamışlar. Məsələn, Quşçyan soyadının şərhində bildirilir ki, quşçu sözü ermənicə "trçnabah'' deməkdir, lakin ermənilərdə "Trçnabahyan'' soyadı yoxdur.

Ermənilərin vətən anlayışı ilə bağlı fobiyası, "Böyük Ermənistan'' xülyası da erməni saxtakarlıqlarına rəvac verən faktorlardan biridir. Balkanlardan Xəzərədək böyük bir coğrafiyaya iddia edən ermənilərin iki mühüm səciyyəvi xüsusiyyəti özünü göstərir. Birincisi, vətən anlayışının məhdudsuz coğrafi sərhədləri bu dini-simbioz birliyin hər hansı bir torpağa vətən olaraq bağlı olmadığını göstərir. İkincisi isə "böyük tarixi dövlət'' özü-özlüyündə böyük yalanların da uydurulmasına rəvac verir.

Beləliklə, müxtəlif xalqların fərdlərindən təşkil olunmuş qriqorian simbioz qrup – ermənilər "Böyük Ermənistan'' xülyasını həyata keçirmək üçün tarix səhnəsində ortaya çıxdıqları ilk dövrlərdən etibarən mifologiya və rəvayətlərə əsaslanan mənbələrin yaradılmasına çalışmışlar. Başqalarının tarixi-mədəni irsinin mənimsənilməsi erməni yalanları və saxtakarlıqları üçün əsas istinad mənbəyi olmuşdur.

Eyni zamanda, qeyd etmək lazımdır ki, müasir dövrdə bütün dünyada, elmi dairələrdə erməni yalanlarının geniş və sistemli şəkildə yayılmasında XVIII əsrin əvvəllərindən başlayaraq erməni mxitarist ordeninin xüsusi xidmətləri olmuşdur. Mxitaristlər həmin dövrdən başlayaraq qədim kitabların yenidən yazılması, saxta tarixin yaradılması, mifologiyaya əsaslanan erməni yalanlarının etibarlı tarixi mənbə kimi təqdim olunması ilə mütəşəkkil məşğul olurlar.

1717-ci ildə Roma Papası tərəfindən Adriatik dənizində yerləşən Sen Lazar adasını mxitaristlərə hədiyyə etməklə avropalılar sanki səlib yürüşlərində ermənilərin onlara göstərdikləri xidmətin əvəzini qaytarmış oldular. Məlum olduğu kimi, səlib yürüşləri zamanı ermənilər birgə yaşadıqları müsəlmanlara xəyanət edərək şəhər-qalaların səlibçilərin əlinə keçməsinə yardım etmişdilər. Görünən odur ki, bu "xidmət''in qarşısında Roma Papası Sen Lazarda mxitarist ordeninin yaranmasına xeyir-dua verdi və bütün Qərb dünyası mxitaristlər tərəfindən antik müəlliflərdən belə ilkin mənbələrə erməni yalanlarının, saxtakarlıqlarının salınmasına göz yumdu. Fikrimizcə, məhz buna görə də müasir dövrdə 300 ildən çox sistemli yalan yayan erməni saxtakarlıqlarının beynəlxalq müstəvidə ifşası bir o qədər də asan deyil. Beləliklə, qriqorianlığın birləşdirdiyi müxtəlif xalqların nümayəndələrindən törəyən simbioz birləşmə olan müasir erməni-haylar öz tarixlərini yaratmaq üçün başqalarının tarixini və mədəni irsini mənimsəmək yolu tutmuşlar. Yalanlar üzərində qurulan tarix isə qonşu xalqların mədəni və mənəvi dəyərlərinin mənimsənilməsi və dini missionerlik sayəsində ilkin mənbələrin saxtalaşdırılması hesabına yazılmışdır. Bütün bunlar Qafqaza köçürülən hayların monoetnik coğrafi və siyasi areal yaratmaq cəhdlərinin pərdəarxasını təşkil edir.

Ərəstü HƏBİBBƏYLİ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Newtimes.az




Baxış sayı: 2 442
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30