FACT-INFO.AZ » SİYASƏT » “Holokost və Xocalı soyqırımında dinc sakinlər milli mənsubiyyətinə görə hədəf seçilib”
2-06-2018, 07:40 | SİYASƏT
“Holokost və Xocalı soyqırımında dinc sakinlər milli mənsubiyyətinə görə hədəf seçilib”

Azay Quliyev qeyd edib ki, Xocalı faciəsi hər bir azərbaycanlı üçün çox ağır bir mövzudur və bu faciəyə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətin verilməsi mühüm önəm kəsb edir. Holokost və Xocalı soyqırımı arasında bir sıra oxşar xüsusiyyətlər olduğunu diqqətə çatdıran A.Quliyev bildirib ki, hər iki soyqırımında mülki şəxslər milli mənsubiyyətinə görə hədəf seçilib və qəsdən öldürülüb. Bununla yanaşı, Azay Quliyev hər iki soyqırımına yanaşmada çox ciddi fərqin də mövcudluğunu qeyd edib. O bildirib ki, Holokosta beynəlxalq ictimaiyyət tərəfindən birmənalı ədalətli qiymət verilib, cinayətkarlar Nürnberq Tribunalı tərəfindən cəzalarını alıblar. Lakin beynəlxalq ictimaiyyət Xocalı soyqırımı qarşısında susqunluq nümayiş etdirir, ona layiq olduğu ədalətli qiymət verilmir və bu bəşəri cinayəti törədənlər cinayət məsuliyyətinə cəlb olunmayıblar. Xocalı soyqırımını törədən və bunu mətbuatda etiraf edən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hələ də layıq olduğu cəzanı almayıb. Bu cür insanlıq əleyhinə və soyqırımı cinayəti törədənlər qeyd-şərtsiz cəzalanmalıdır ki, digərlərinə dərs olsun, gələcəkdə belə faciələr bir daha törədilməsin. Bununla belə, bir sıra ölkələrin bu faciəyə düzgün hüquqi qiymət verdiyini xatırladan A. Quliyev 2016-cı ildə Sloveniya parlamenti tərəfindən qəbul edilmiş sənədin və bu abidənin açılışının sloven xalqının azərbaycanlılarla həmrəyliyini bariz şəkildə ifadə etdiyini bildirib. O, sloven xalqına Azərbaycan xalqına bəslədiyi dostluq münasibətinə görə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə minnətdarlıq edib. Azay Quliyev ümid etdiyini bildirib ki, Sloveniyanın bugünkü təşəbbüsü nümunə olacaq və digər Avropa ölkələrində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidələr ucaldılacaq.

Xatirə lövhəsində aşağıdakı sözlər yazılıb: “Bu xatirə abidəsi Azərbaycanın Xocalı şəhərinin qurbanlarına həsr edilir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriyadan və ağır hərbi texnikadan istifadə olunmaqla günahsız mülki şəxslərin, Xocalı şəhərinin 613 sakininin, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl Xocalı sakininin həyatına son qoyulmuşdur. Azərbaycanlı qurbanların xatirəsinə ucaldılan bu abidə ilə biz zorakılığa, etnik təmizləməyə, irqçiliyə, dini və milli ayrı-seçkiliyə qarşı etirazımızı ifadə edir, sülh və humanizmin harmoniyasının təbliğini arzulayırıq”.




Baxış sayı: 1 554
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031