FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizinin açılışı tarixi hadisədir”
29-05-2018, 20:15 | SİYASƏT
Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizinin açılışı tarixi hadisədir”

Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. O bildirib ki, Cənub Qaz Dəhlizinin açılışı vaxtında atılmış və müdrik addımdır. Dövlətimizin başçısı qeyd edib ki, dünya neftinin tarixi Azərbaycandan başlayır. 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft məhz Azərbaycanda, Bakıda hasil edilib: "O tarixi anı əks etdirən abidə şəhərimizin mərkəzində bir neçə il bundan əvvəl ucaldılıb. O vaxt, XIX əsrin II yarısında, XX əsrin əvvəlində Azərbaycan dünya neft hasilatının əksəriyyətini təmin edirdi. Ancaq Azərbaycan xalqı bundan bəhrələnə bilibmi? Əlbəttə ki, yox. O illərin şəkillərinə, statistik məlumatlarına baxmaq kifayətdir ki, hər kəs görsün ki, xalq səfalət içində yaşayırdı, yoxsulluq hökm sürürdü, heç bir sənaye inkişafından söhbət getmirdi. Sadəcə olaraq Azərbaycan resurs mənbəyi idi və Azərbaycandan çıxarılan "qara qızıl" Azərbaycan xalqının inkişafına xidmət etmirdi. Bizim neftimiz tükənirdi. Neftdən əldə edilən gəlir Azərbaycan xalqının rifahına yönəldilmirdi. Eyni zamanda, biz Abşeron yarımadasında böyük ekoloji problemlərlə üzləşmişdik. Bu problemləri bu gün müstəqil dövlət həll edir. Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii resurslarından istifadə edə bilər. Azərbaycan ancaq müstəqillik dövründə uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik. Belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik".

İlham Əliyev xatırladıb ki, 24 il bundan əvvəl imzalanmış “Əsrin müqaviləsi”nin müddəti keçən il 2050-ci ilə qədər uzadıldı: "Yəni bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin müqaviləsi” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı, biz o xarici şirkətləri dəvət etdik".

Prezident bildirib ki, bu gün “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlayıb: "Mən o tarixi günləri yaxşı xatırlayıram, çünki o vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük. 1994-cü ildən sonra ikinci böyük müqavilə “Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır. Onu da qeyd etməliyəm ki, bu müqavilə 1996-cı il iyunun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanmışdır və beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, qaz ölkəsi kimi də təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün bu tarixi gündə “Cənub Qaz Dəhlizi”nin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. “Şahdəniz” qaz yatağı “Cənub Qaz Dəhlizi”nin əsas resurs bazasıdır. 1997-ci ildə isə “Əsrin müqaviləsi”nin icrası nəticəsində Çıraq platformasından ilk neft çıxarılmışdır. Bu tarixi videokadrlar artıq göstərilir. Doğrudan da tarixi bir gün idi. İlk dəfə olaraq xarici şirkətlər tərəfindən Xəzərdə yeni yataqdan neft hasil edilmişdir".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkədir: "Ona görə də neft kəmərləri tikilməli idi və 1999-cu ildə artıq birinci neft kəməri – Bakı-Supsa kəməri istifadəyə verilmişdir. Yəni bu onu göstərir ki, nə qədər qısa müddət ərzində biz bu böyük işləri görmüşük və bu böyük işlər həm böyük maliyyə vəsaiti tələb edir, həm də texniki cəhətdən çox çətin layihələrdir. Onu da deməliyəm ki, 1999-cu ildə bizim hələ böyük pulumuz da yox idi. Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ ondan sonra istifadəyə verildi. Ona görə bu layihələrin həyata keçirilməsi doğrudan da böyük səylər tələb edirdi, böyük müdriklik tələb edirdi. Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ilə biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq. Ondan sonra 2002-ci ildə artıq biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. 2006-cı ildə bu kəmər istifadəyə verildi və bu gün Azərbaycan xalqına xidmət edir, bütün dost ölkələrə xidmət edir".

İlham Əliyev qeyd edib ki, bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, digər ölkələrin nefti də nəql edilir: "Xəzərdə digər ölkələr tərəfindən çıxarılan neft, Xəzərin şərq sahillərində çıxarılan neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır və Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir və bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlanmışdır. O günü də mən çox yaxşı xatırlayıram, Ceyhandakı mərasimi də yaxşı xatırlayıram. Bu gün bura gələrkən bütün o tarixi anlar, o günlər bir daha mənim yaddaşımda oyandı və mən bir daha demək istəyirəm ki, doğrudan da bütün bunlar tarixi nailiyyətlərdir. Və “Şahdəniz” yatağının gələcək işlənməsi ilə bağlı addımlar atılmağa başlandı. Təbii ki, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır və beləliklə, “Cənub Qaz Dəhlizi”nin yaradılması ilə bağlı əməli praktiki işlərə start verildi. Çox ciddi işlər aparıldı, danışıqlar aparıldı. Nəhayət, 2012-ci ildə Azərbaycanla Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı və beləliklə, “Cənub Qaz Dəhlizi”nin reallaşmasına güclü təkan verildi".

Azərbaycan Prezidenti bildirib ki, TANAP layihəsi “Cənub Qaz Dəhlzi”nin önəmli hissəsidir: "Gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. 2014-cü il sentyabrın 20-də – bu da çox rəmzi məna daşıyır, çünki “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də imzalanmışdır – “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuşdur. Yəni 20 ildən sonra. Bu gün isə biz bu layihənin rəsmi açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. “Cənub Qaz Dəhlizi” nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur".

Dövlət başçısı deyib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: "Əminəm ki, bundan böyük həcmdə resurslarımız var və gələcək kəşfiyyat və işlənmə işləri bunu təsdiqləyəcək. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən ilk növbədə regional əməkdaşlığı qeyd etmək istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihələrini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur".

İlham Əliyev əlavə edib: "Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm də Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə də təşəkkürümü bildirmək istəyirəm, çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə köməklik göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək verib. Əlbəttə ki, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. ABŞ hökumətinin bu işdə də çox böyük səyləri olub, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub-Qaz Dəhlizi”nin reallaşmasında bu dəstəyi biz həmişə hiss etmişik, hiss edirik və bu dəstək bu layihənin icra edilməsində çox böyük rol oynamışdır. Böyük Britaniya hokuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, bu gün də biz bu dəstəyi hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey və mənim iştirakımla BP ilə SOCAR arasında növbəti müqavilə imzalanmışdır. Bu bizim strateji əlaqələrimizi bir daha əks etdirir".

Prezident vurğulayıb ki, Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynayıb. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında birgə bəyannamə imzalanmışdır: "Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son 4 il ərzində Bakıda hər il “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur. Bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının maliyyəsi olmadan mümkün olmazdı. Mən bugünkü mərasimdə bizə dəstək olan, beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürümü bildirmək istəyirəm. Onlar da bizə inanaraq öz maliyyə resurslarını ayırıblar və onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaşdır, bütün borcları vaxlı-vaxtında qaytarır və qaytaracaqdır. Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə, Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək". Dövlət başçısı xatırladıb ki, Cənub Qaz Dəhlizinin icrasında 7 ölkə iştirak edir: "Mən bu gün o ölkələrin adlarını çəkmək istərdim: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda, əminəm ki, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik və bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik ki, Avropaya daha çox qaz sataq. Çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır".

Azərbaycan Prezidenti qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də köməklik göstərəcək: "Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi şəkildə dayanıb. Ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. “Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Biz bu layihədə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə tam mənada enerji resurslarının diversifikasiyası, şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə sözün əsl mənasında enerji şaxələndirilməsi layihəsini icra edirik".

İlham Əliyev söyləyib ki, Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir: "Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib və bu da çox önəmlidir. Maraqlar balansı burada gözlənilib. Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr. Və istehlakçı ölkələr, hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar və beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam təmin ediləcək. Yəni bu maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasəti ilə bağlı yanaşmamız məhz bundan ibarətdir. Bütün iştirak edən tərəflər, şirkətlər, ölkələr öz mənfətini götürməlidirlər. Əlbəttə ki, Azərbaycan resursların sahibi kimi öz mənfəətini götürür və götürəcək”.

Açılış mərasimində ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri xanım Sandra Oudkirk çıxış edib. O bildirb ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasını əvvəldən qətiyyətlə dəstəkləyir və bu dəhlizin Avropaya enerji ehtiyatlarının tədarükü marşrutlarının diversifikasiyalaşdırılmasında vacib rolunu başa düşür: “Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində səy göstərən bütün ölkə və şirkətləri təbrik edirəm”.

ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri qeyd edib ki, “Cənub Qaz Dəhlizi” Xəzər regionu ölkələrinin daha geniş iqtisadi inteqrasiyası üçün yeni imkanlar təqdim edir: “ABŞ Prezidenti Donald Tramp dəfələrlə bu layihəni dəstəkləməsi barədə bəyan edib. Bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə Azərbaycan Prezidentinə ünvanladığı məktubda o, həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək inanılmaz nailiyyətdir”. Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” region ölkələri üçün əməkdaşlığın genişlənməsi, eləcə də Şərqi Aralıq dənizi, Mərkəzi Asiya və Qafqazdan Avropaya tədarük olunan qaz həcmlərini artırmaq imkanı təqdim edir: “ABŞ “Cənub Qaz Dəhlizi”nin uzunmüddətli uğurunun mənbəyi olan bütün iştirakçılarla əməkdaşlığı davam etdirməyi planlaşdırır”.

Tədbirdə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin mərasim iştirakçılarına müraciətini oxuyub. Səfir Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini səsləndirib. Sonra Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və BP Group Upstream-in baş icraçısı Bernard Luney çıxış ediblər.

Daha sonra “Şahdəniz 2” / Cənub Qaz Dəhlizi layihələri haqqında BP tərəfindən hazırlanmış videoçarx təqdim olunub.

Sonda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışını edib.




Baxış sayı: 1 892
Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Dünən, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Dünən, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Dünən, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Dünən, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Dünən, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Dünən, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Dünən, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Dünən, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930