FACT-INFO.AZ » SİYASƏT » Elman Nəsirov: Rüstəm İbrahimbəyovun məqsədi Azərbaycana qarşı mənəvi terror həyata keçirməkdir
26-05-2018, 12:10 | SİYASƏT
Elman Nəsirov: Rüstəm İbrahimbəyovun məqsədi Azərbaycana qarşı mənəvi terror həyata keçirməkdir

Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi formal baxımdan belə təsir bağışlayırdı ki, o, Qafqaz üçlüyü deyərkən azərbaycanlı, gürcü və erməninin obrazını yaratmağı qarşısına məqsəd qoyub. Amma filmə baxdıqdan sonra Rüstəm İbrahimbəyovun əsl niyyətinin şahidi oluruq. Onun əsl niyyəti erməniləri sülhpərvər, qayğıkeş, xeyirxah bir millət kimi təqdim etmək, azərbaycanlıları isə qəddar, qaniçən, vandal bir millət kimi dünyanın gözündə tanıtmaqdan ibarətdir.‬ ‪ Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.‬

‪ Elman Nəsirov bildirib ki, bu filmdə, eyni zamanda, gürcülərə münasibətdə real bir mövqeyin şahidi də olduq. Yeri gəlmişkən, filmin ssenari müəllifi Rüstəm İbrahimbəyovdur, rejissoru isə gürcü Eldar Şengelayadır. Bu filmdə ssenari müəllifi kimi erməni adı və soyadı görmədik. Burada ilkin təəssürat belə olur ki, yəqin Rüstəm İbrahimbəyov obyektivlik nümayiş etdirdiyindən, həm də məhz azərbaycanlı olduğundan və Ermənistanın işğalçı olduğunun fərqinə vardığından belə bir addım atıb. Filmlə tanış olduqdan sonra isə görürsən ki, bu, qətiyyən belə deyil. Sadəcə, Rüstəm İbrahimbəyovun filmin çəkilişinə bir erməni rejissoru dəvət etməyə o səbəbdən ehtiyacı olmayıb ki, bunu özü edəcəkmiş, yəni, özü erməni rolunun ifaçısı olacaqmış. Mən bu fikirləri təsadüfən demirəm. Rüstəm İbrahimbəyov “The New Times” qəzetinə müsahibə verərkən jurnalist ondan soruşub ki, siz bu filmi real faktlar əsasında çəkmisinizmi? O deyib ki, bəli, real həyatdan götürmüşəm. Daha bir sual verib ki, bu filmdə özünüzü görürsünüzmü, yəni, özünüzü tapa bilirsinizmi? Hansı personajda özünüzü görürsünüz? O da cavab verib ki, əsərin qəhrəmanlarından biri olan erməni uşağın erməni atasının dostu obrazında özümü tapmışam, həmin obrazda özümü görürəm. Fikir verirsinizsə, özü açıq ifadə edir ki, erməninin dostu obrazı onun üçün yaxındır. Yəni, bununla demək istəyir ki, o, ermənilərin dostudur. Bunu müsahibəsində açıq şəkildə etiraf edib. Filmə diqqətlə baxdıqda əvvəlcədən onun niyyəti məlum olur. O, azərbaycanlıların qəddar, qaniçən, vandal, barbar olmasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün belə bir obraz yaradıb. Bəs bunu necə həyata keçirir? Bunun üçün o, özünün “istedadı”nı işə salır.‬

Filmdə bir səhnə var. Quyuya erməni atılır və onu atanlar azərbaycanlı gənclərdir. Quyuda onun başına daş yağdırılır. Bu səhnəni təbii olaraq orta statistik avropalı, ingilis, fransız, alman, italyan və digər millətlərin nümayəndələri əlləri ilə gözlərini örtərək izləyəcəklər. Çünki bu çox dəhşətli bir səhnədir. Təbii ki, bunun ardınca onlarda sual yaranacaq: bu quyuya salınan kimdir? Rüstəm İbrahimbəyov filmdə onun cavabını verir. O deyir ki, bu, ermənidir, yəni o, yazıqdır, günahsızdır, məsumdur. Bəs onun üzərinə həmin daşları yağdıranlar kimdir? Bu sualın da cavabını o, filmdə verir, deyir ki, onlar vəhşi azərbaycanlılardır. Deməli, bilərəkdən məqsədyönlü şəkildə təmsil etdiyi milləti beynəlxalq aləmdə necə də aşağılayır və necə də qəddarcasına təqdim edir. Eyni zamanda, filmdə başqa obrazların da antimilli mövqedə olduğuna şahidlik edirik. Rüstəm İbrahimbəyov müsahibəsinin birində qeyd edib ki, buradakı müəyyən konfliktləri məişət hadisəsi fonunda təqdim edib. Yəni, filmdə siyasi motiv axtarmaq düzgün deyil. Onda Rüstəm İbrahimbəyova sual verilir: doğrudanmı sənin burada başqa niyyətin yoxdur? Öz ağalarının, yəni, erməni ağalarının diktəsi ilə bu addımı atmamısansa olmazdımı ki, sən başqa cür edəsən, yəni, filmdə səhnəni azərbaycanlı gürcünü yox, erməni gürcünü bıçaqlayıb kimi verəsən? Onun filmdəki niyyətinə fikir verək. Müəllif istəyib ki, ilk növbədə, milyonlarla dünya tamaşaçısı bu filmə baxarkən azərbaycanlıların qəddar obrazını görsün, erməniləri isə yazıq kimi görsün. Eyni zamanda, gələcək münaqişə ocağının yaranmasına şərait yaradan bir addım atılsın, yəni, gürcülər görsünlər ki, onları bıçaqlayan erməni deyil, onları bıçaqlayan azərbaycanlıdır. Diqqətlə yanaşsaq görərik ki, azərbaycanlı-gürcü dostluğuna xələl gətirmək üçün filmdə məqsədyönlü şəkildə müəyyən incə detaldan istifadə edilir. Bütün bunlar, təbii ki, Azərbaycan ictimaiyyətində Rüstəm İbrahimbəyova qarşı çox böyük bir nifrət hissi oyadıb və onun motivlərini başa düşmək mümkündür. ‬

‪ Elman Nəsirov deyib ki, xarici təcavüz olanda cəmiyyət, xalq birləşir. Bu, aydın məsələdir. Amma ən qəlizi odur ki, öz içindən sənə təcavüz edən ortaya çıxsın. Rüstəm İbrahimbəyov öz içimizdən, öz xalqına qarşı təcavüz həyata keçirir və bunu milyonlara göstərə biləcək film vasitəsilə edir. Yəni, indiki halda Rüstəm İbrahimbəyov Azərbaycan xalqına qarşı, ona çörək, su verən, onu böyüdüb bəsləyən, bu zirvələrə qaldıran xalqına qənim kəsilir və mənəvi terrorizm siyasətini həyata keçirir. O, bununla ideoloji terrorizm siyasətini həyata keçirir. Filmdə bütün bunların şahidi oluruq. Filmin ilk epizodundan onun antimilli olduğu üzə çıxır. İlk epizodunda göstərilir ki, erməni uşaq qayanın üzərindən suya tullanmağa hazırlaşan azərbaycanlı uşağa deyir ki, sən nə qorxaqsan, sən nədən qorxursan? Sən niyə belə qorxaqsan? Olmazdımı ki, sənin millətinin təmsilçisi olan azərbaycanlı uşaq erməniyə deyəydi ki, sən nə qorxaqsan? Niyə gürcüyə deyilmir, niyə erməniyə deyilmir, azərbaycanlı uşağa filmin ilk səhnəsindən belə bir fikir söylədilir? Bununla da o, həmin səhnəni azərbaycanlı uşağın timsalında Azərbaycan xalqının qorxaqlığı kimi təqdim edir. Bütün bunlar xalqımızın çox böyük qəzəbinə səbəb olub. Bu gün Rüstəm İbrahimbəyov çox böyük ictimai qınaq obyektinə tuş gəlib və bu da anlaşılandır. 2013-cü ildə antimilli adam, sapı özümüzdən olan bu balta bugünkü Azərbaycan dövlətinə rəhbərlik etmək istəyirdi. İstəyirdi ki, Azərbaycan xalqının etimadını qazansın. Bizim xalqımız nə qədər ağıllıdır, nə qədər dərrakəlidir, nə qədər müdrikdir ki, bu insanların xislətini düzgün qiymətləndirdi və onun Azərbaycana gəlməsinə imkan vermədi. Çünki elə insanların Azərbaycanda yeri yoxdur, o, heç bir halda prezident ola bilməz. Xalqımız müdriklik göstərərək o zaman Azərbaycan Prezidenti İlham Əliyevə səs verdi. Eyni zamanda, builki prezident seçkilərində də İlham Əliyevə öz etimadını göstərdi. Ən dəhşətli və ən çətin gələn o oldu ki, bu filmi azərbaycanlı çəkib. Əgər bir erməni Azərbaycan əleyhinə, dövlətimiz və xalqımız əleyhinə belə bir film çəksəydi, bu, bizə anlaşılan olardı. Yəni, biz anlayardıq ki, bu, erməni xislətidir, bu, düşməndir və bu, ideoloji müharibədir, buna görə də bizim əleyhimizə belə bir film çəkib. Ancaq özünü dünya şöhrətli bir rejissor, yazıçı sayan, Azərbaycan dövlətinin çoxsaylı mükafatlarına layiq görülən, bu dövlətin çox böyük qayğısı ilə böyüyüb boya-başa çatan, onun üçün bütün imkanlar yaradılan bir ölkəyə qarşı göstərdiyi qarşılığa baxın. Belə bir insan bu gün öz dövləti, öz xalqı əleyhinə işləyir, milyonlarla tamaşaçıya Azərbaycan xalqını pis bir qiyafədə təqdim edir, erməniləri isə alicənab olaraq göstərir. Hesab edirəm ki, R.İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir. O, bütün titullarından məhrum olunmalıdır. Xalqına nifrət edən xalqın fəxri adını daşıya bilməz. Seçicilərimizlə görüş zamanı onlar bizə suallar verirlər. Deyirlər ki, doğrudan da Rüstəm İbrahimbəyovun qanında azərbaycanlı qanı axıbsa, onda milli qeyrət, milli hissiyyat varsa, bəs onda niyə o, iddia etdiyi istedadını xalqımıza sərf etmir? Nə üçün Xocalı soyqırımı ilə bağlı milyonlara göstərilə biləcək və onları bu faciə ilə ağlada biləcək bir film çəkmir? O, niyə bir milyondan çox məcburi köçkünümüzü, qaçqınımızı bu cür şəraitə salan Ermənistanın işğalçılıq siyasəti, etnik təmizləmə, terrorizm siyasəti ilə bağlı bir film çəkmir? Axı niyə o, erməni dəyirmanına su tökür, məgər bunu dərk etmirmi? Belə filmlər müxtəlif beynəlxalq təşkilatların gələcəkdə Azərbaycana qarşı qərəzli hesabatlar hazırlaması üçün bir mənbəyə çevrilir. Azərbaycanla bağlı tamamilə daban-dabana zidd olan hesabatlar hazırlanır. Bunlar hansı mənbələr əsasında hazırlanır? Rüstəm İbrahimbəyov kimi milli dönüklərin çəkdikləri filmlər və onların qərəzli ideyaları əsasında Azərbaycana qarşı müxtəlif təzyiq üsulları işə salınır. Bəli, bu gün Azərbaycan cəmiyyəti onun fərqindədir ki, düşmənlərimiz fəallaşır və onlar bu gün öz içimizdə olan satqınlardan istifadə taktikasına daha geniş yer ayırmağa başlayıblar, həm də tanınmış azərbaycanlıları ələ alıb öz xalqına, millətinə, dövlətinə, Prezidentinə qarşı istifadə edirlər. Məsələyə bu məntiqlə yanaşdıqda bu, bizim üçün həm də bir dərs olmalıdır ki, bu gün cəmiyyətimizdə olan səfərbərlik daha da möhkəmlənməlidir. Bizim ən böyük tarixi nailiyyətimiz olan ictimai-siyasi sabitlik daha da bu gücləndirilməlidir, onu göz bəbəyi kimi qorumalıyıq. Azərbaycanın milli maraqlarını bütün maraqların fövqündə saxlayan və bütün təzyiqləri ona görə öz üzərinə götürən Prezidentimiz ətrafında daha böyük, daha ciddi birlik nümayiş etdirməliyik. Belə olan halda bu, antiazərbaycan qüvvələrin və onların əlində alətə çevrilmiş və bir çox hallarda, yumşaq desək, bir əlcək kimi istifadə etdikləri bu insanların arzuları öz gözlərində qalacaq. Biz buna əminik. Bir həqiqət də üzə çıxdı ki, Rüstəm İbrahimbəyov bütün istədiklərini, arzularını filmdə göstərmək istəyib. Filmdə bir epizod var. Orada bir alim sübut etməyə çalışır ki, Azərbaycan nefti tükənib, onun heç bir gələcəyi yoxdur. Guya bu mövqeyinə görə həmin azərbaycanlı alim hökumət tərəfindən çox ciddi təzyiqlərə məruz qalır. Bu gün mən də üzümü tutub Rüstəm İbrahimbəyova deyirəm ki, siz nə qədər də yalançı insansınız. Bu film 2015-ci ildə çəkilib. Siz hələ həmin vaxt arzulayırdınız ki, Azərbaycan nefti tükənsin, neft şirkətləri Azərbaycanı tərk edib getsin və Azərbaycan zəifləsin. Amma arzunuz gözünüzdə qaldı. 2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan neft strategiyasının növbəti təntənəsinin şahidi olduq. 2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin davamı ilə bağlı növbəti beynəlxalq bir saziş imzalandı. Daha 50 il ərzində Azərbaycan neftinin istismarı həyata keçiriləcək. Yəni, hələ 50 il bundan sonra da Azərbaycanın daha da inkişafına, tərəqqisinə xidmət göstərəcək neftimiz var. Sizin kimi milli dönüklərin arzuları elə gözlərində qalacaq. ‬




Baxış sayı: 1 603
“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib Bu gün, 13:30 Zəngilan rayonunda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir Bu gün, 13:30 USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq Bu gün, 10:30 İƏT Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb Bu gün, 10:00 İçərişəhərdə tanınmış fotoqraf Reza Deqatinin “Xocalı - yaralı ruhlar” adlı sərgisi açılıb Bu gün, 10:00 ABŞ-ın Virciniya ştatında Xocalı həftəsi keçirilib Bu gün, 09:00 Zelenski: Ukrayna ABŞ ilə müqavilədə 10 sent borcun olmasına belə razı deyil Bu gün, 08:00 Ankara Qazi Universitetində Xocalı soyqırımına həsr olunmuş müzakirələr təşkil edilib Dünən, 18:30 Türkiyə Orta Dəhlizin əsasını təşkil edən BTQ dəmir yolunun tam gücü ilə işləməsinə əhəmiyyət verir - Hakan Fidan Dünən, 18:30 Deputat: Azərbaycan neomüstəmləkəçiliyin heç bir halı ilə barışmır Dünən, 17:00 Xocalı: Xalqımızın qan yaddaşı Dünən, 12:00 “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub Dünən, 12:00 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər Dünən, 11:00 Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib Dünən, 10:00 "Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəyik" - Pakistan səfiri Dünən, 10:00 Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb Dünən, 09:00 Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib Dünən, 07:30 Türkiyə Avropada həlledici rol oynayacaq 25-02-2025, 20:30 İnkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir 25-02-2025, 19:00 Pezeşkian Lavrovu qəbul etdi 25-02-2025, 18:30 Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Xocalı heç vaxt yaddaşımızdan silinməyəcək faciədir” 25-02-2025, 16:00 “İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda təlim keçirilib 25-02-2025, 13:00 Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib 25-02-2025, 12:30 "Dünya dövlətləri Xocalı soyqırımı canilərinin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdır" 25-02-2025, 11:00 Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə çağırış edib 25-02-2025, 11:00 Rumıniyada Xocalı qurbanlarının xatirəsi anılıb 25-02-2025, 10:30 Azərbaycanla Pakistan birgə istehsal müəssisələri yaradır 25-02-2025, 08:00 Şahbaz Şərif: Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olub 24-02-2025, 20:30 Elnur Məmmədov Cenevrədə Ermənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavab verib 24-02-2025, 20:00 Shehbaz Sharif: Our friendship, political understanding, union of thought and action with Azerbaijan at international levels have been legendary 24-02-2025, 19:30
Köşə yazarları
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728