FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Trampın məktubu: ABŞ-Azərbaycan əməkdaşlığının dörd istiqaməti
11-05-2018, 07:40 | TƏDQİQATLAR-ANALITIKA
Trampın məktubu: ABŞ-Azərbaycan əməkdaşlığının dörd istiqaməti

Səbəbi ondan ibarətdir ki, həcmcə kiçik olan bu məktubda iki ölkənin qarşılıqlı münasibətləri geniş əks edilib. ABŞ Prezidenti dörd istiqamət üzrə əməkdaşlıq etməyi təklif edib. Onlar təhlükəsizlik, sosial təminat, enerji sferası və regional münaqişələrin dinc yolla həlli ilə bağlıdır. Bunlarla yanaşı, məktubda Vaşinqtonun Azərbaycandakı prezident seçkisinə münasibəti də dolayısı ilə ifadə olunub. Açıq duyulur ki, Amerika rəhbərliyi Azərbaycan iqtidarı ilə birgə hərəkət etməyə böyük əhəmiyyət verir. Vaşinqton Azərbaycanı, faktiki olaraq, Cənubi Qafqazın lider dövləti olaraq qəbul edir. Onun müstəqil xarici siyasət kursu həyata keçirdiyini yüksək qiymətləndirir və hörmətlə yanaşır. ABŞ rəhbərliyi ümid edir ki, Azərbaycanla əməkdaşlıq həm regional, həm də qlobal problemlərin həllinə yardım edə bilər. Konkret olaraq, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Bakı yüksək rol oynaya bilər. Bu məqamlar üzərində daha geniş dayanmağa ciddi ehtiyac duyuruq.

AntiAzərbaycan kampaniyasına zərbə: Tramp Azərbaycanla sıx əməkdaşlıq əzmini bəyan etdi

Qlobal miqyasda müşahidə edilən proseslərin mürəkkəbliyi və ziddiyyətliliyi hamıya məlumdur. Dünya sanki bir gərginlik içində boğulur. Hadisələr sürətlə cərəyan edir. Bütövlükdə dünya nizamının, beynəlxalq münasibətlər sisteminin böhran mərhələsini yaşadığı hiss edilir. Belə bir şəraitdə ABŞ-ın yeni Prezidenti Donald Trampın siyasi-diplomatik addımları da diqqətlə izlənir. O, özündən əvvəlki Amerika prezidentlərindən həm xaraktercə, həm də siyasi mövqeyinə görə fərqlənir. D.Trampın özünün Tvitter səhifəsində yazdıqları qeydlər bir sıra hallarda dünya siyasətinin gündəmini dəyişə bilir. Amerikanın dövlət başçısının rəsmi məktub yazması isə daha ciddi diplomatik jest olaraq qəbul edilir.

Bu bağlılıqda D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi məktub göndərməsi ekspertlərin böyük marağına səbəb olub. ABŞ rəhbəri yazdığı məktubda lakonik tezislərlə Azərbaycanın dövlət başçısının yeritdiyi siyasətin regional və qlobal əhəmiyyətini ifadə edib (bax: Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan / AZƏRTAC, 27 aprel 2018).

Məktubun məzmununa keçməzdən öncə bir mühüm məqamı vurğulayaq. Azərbaycanda son prezident seçkisindən sonra bir sıra dairələr çox qərəzli və çirkin iftira kampaniyasına başladılar. Onlar seçkinin demokratikliyini və beynəlxalq standartlara uyğunluğunu şübhə altına almağa çalışdılar. Hətta böyük hay-küy qoparmağa da cəhd edildi. Ancaq, birincisi, həmin dairələri dəstəkləyən tapılmadı. Öncəki illərdən fərqli olaraq, ekspert dairəsi də, siyasi dairələr də laqeyd qaldılar, ikincisi, iftira uyduranlar tutarlı faktlar ortaya qoya bilmədilər. Bununla da növbəti dəfə qarayaxma, ləkələmə kampaniyası onu yaradanların rüsvay olmaları ilə sona yetdi.

Həmin kontekstdə D.Trampın məktubu da bir ibrət dərsi oldu. ABŞ Prezidenti Azərbaycan rəhbərinə ünvanlandığı məktubda yazır: "Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm" (bax: əvvəlki mənbəyə). Burada aydın ifadə edilib ki, ABŞ Prezidenti İlham Əliyevi Azərbaycan xalqının və dövlətinin lideri kimi tam qəbul edir. Ona müraciət edərək Azərbaycan və Amerika xalqlarının rifahı üçün çalışmağı təklif edir. Bu cümlədəki digər məqam ondan ibarətdir ki, Amerikanın dövlət başçısı iki ölkə üçün qarşılıqlı maraq doğuran məsələləri İlham Əliyevlə müzakirə etmək fikrindədir. Bu mövqenin arxasında duran məqam isə D.Trampın Azərbaycan Prezidentinin müstəqil siyasət yeritdiyini, heç bir kənar qüvvənin təsiri altında olmadığını və başlıca olaraq milli maraqlara uyğun kurs həyata keçirdiyini qəbul etməsidir. Razılaşaq ki, bütün bunlar dövlətçilik və suverenlik baxımından çox ciddi məqamlardır.

Müqayisə üçün deyək ki, ABŞ Prezidenti postsovet məkanında heç də hər bir ölkə başçısına belə müraciət etmir, əməkdaşlıq təklif etmir. Ancaq prezident seçkisindən çox keçmədən və müəyyən dairələrin antiAzərbaycan kampaniyası apardığı bir şəraitdə D.Trampın İlham Əliyevin müstəqil və milli maraqlara uyğun siyasət yeritdiyini vurğulaması və həmin kontekstdə də əməkdaşlığa dəvət etməsi ayrıca əhəmiyyət kəsb edir.

Nəhayət, vurğulanan aspektdə D.Tramp İlham Əliyevlə birgə çalışmağın faydalı olacağına tam inandığını ifadə edib. "Əzmlə çalışacam" ifadəsi isə bu qərarında qəti olduğunu göstərir. Amerika Prezidentinin İlham Əliyevlə bağlı mövqeyi qəti və davamlıdır. Əməkdaşlığın əsas istiqamətləri və geosiyasi proseslər: yeni məqamlar işığında

Donald Tramp məktubun sonrakı hissəsində faktiki olaraq əməkdaşlığın vacib "yol xəritəsi"ni də təqdim edib. Onları aşağıdakı kimi göstərib: terrorçuluqla mübarizə, yeni iş yerlərinin açılması, Avropanın enerji təhlükəsizliyinin təmini və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli (bax: əvvəlki mənbəyə). Bu tezislərdə iki geosiyasi məqam özünü göstərir. Birincisi, o, özü üçün dörd vacib əməkdaşlıq sferasını müəyyənləşdirib (Azərbaycanla bağlı). Onlar təhlükəsizliyi, enerji sahəsini, sosial təminatı və regional münaqişələrin dinc yolla həllini əhatə edir. Bu məqamların bir-biri ilə əlaqələndirilməsi ABŞ-ın Cənubi Qafqaz siyasətində üstünlük verdiyi aspektləri aydınlaşdırır. Buraya terrorla mübarizənin təhlükəsizliyin təmini üçün vacib element olması ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin də təmini daxildir. Maraqlı əlaqələndirmədir və onun geosiyasi baxımdan başqa bir mühüm nəticəsi ola bilər.

Biz D.Trampın hansı terrorla mübarizəni nəzərdə tutduğunu demək istəyirik. İŞİD-i, "əl-Qaidə"-ni, yoxsa başqa radikal dini qruplaşmaları? Ola bilər. Bunlarla yanaşı, Azərbaycan üçün erməni terroru ilə mübarizə də çox əhəmiyyətlidir. Amerika Prezidenti Azərbaycanın dövlət başçısı ilə qarşılıqlı maraqların ödənməsi kontekstində terrorla mübarizədə birgə işləmək əzmindədirsə, onda o, erməni terroru ilə mübarizə məsələsini arxa plana ata bilməz. O halda Dağlıq Qarabağ məsələsinin dinc yolla həllinin regionda terrorun bütün qaynaqlarının aradan qaldırılması yolu ilə mümkünlüyü nəticəsini çıxarmaq güclü ağıl tələb etmir.

İkincisi, D.Trampın əməkdaşlıq tezisləri göstərir ki, Amerika artıq Azərbaycanı tam formalaşmış, müstəqil və güclü iqtisadiyyatı olan dövlət kimi qəbul edir! Çünki edilən təkliflərdə heç bir yardım, kömək məqamı yoxdur. Əksinə, dünyanın ən qüdrətli dövlətinin başçısı qarşı tərəfin də müstəqil və səmərəli iqtisadi sistemə malik olan ölkə olduğunu qəbul edir. Bu isə o deməkdir ki, Vaşinqton Azərbaycanın yeritdiyi xarici siyasət kursunu diqqətlə izləyir və onun əldə etdiyi nailiyyətləri tam olaraq etiraf edir.

Onu da nəzərə almaq lazımdır ki, D.Tramp hətta avropalı tərəfdaşlarına qarşı belə iqtisadi-maliyyə məsələlərində çox konkret mövqe ortaya qoyur – "Amerikaya sərf edirsə, əməkdaşlıq var, etmirsə, yoxdur"! Ağ Evin başçısı NATO-dakı müttəfiqlərinə də "xərcləri artırın, biz sizin yerinizə xərc çəkmək fikrində deyilik", kimi mesaj verib.

Azərbaycana münasibətdə, məktubdan açıq görünür ki, D.Tramp çox inamlıdır. Əmindir ki, Cənubi Qafqazın lider dövləti ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq edə bilər!

Nəhayət, məktubda ifadə edilən bir fikir üzərində bəzi dairələr xüsusi dayanırlar. Donald Tramp Azərbaycan Prezidentinə korrupsiyaya qarşı birgə mübarizə aparmağı da təklif edir. Bundan bəzi qüvvələr, yanlış olaraq, Azərbaycanda korrupsiyanın müəyyən səviyyədə olması nəticəsini çıxarmağa çalışırlar. Əslində, fikir çox sadə və aydındır: korrupsiya dünyanın bütün dövlətlərində, o cümlədən ABŞ-da da var. Bunu sübut edən çoxlu sayda faktlar keçmiş iş adamı kimi D.Trampa da məlumdur. Azərbaycanda da korrupsiya ilə məşğul olanlar mövcuddur. Amma ölkəmizdə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib. D.Trampın məktubunda vurğuladığı məqam da məhz bununla bağlıdır. Yəni Amerika Prezidenti bilir ki, İlham Əliyev korrupsiya ilə ciddi mübarizə aparır və D.Tramp da bu istiqamətdə birgə fəaliyyət göstərməyi təklif edir. Başqa sözlə, burada ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısına olan inamının bir aspekti də ifadə edilib.

Bütün bunların fonunda Azərbaycanda bir sıra qrupların iqtidara qarşı apardıqları qarayaxma kampaniyasının, uydurma və iftiraların iflasa uğradığı aydın görünür. Bütün dünya görür ki, Azərbaycan hakimiyyətinin legitimliyi həm xalq, həm də dünyanın aparıcı dövlətləri tərəfindən tam qəbul edilir. Bunlara İlham Əliyevə xitabən "Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm", deyən Donald Tramp da aiddir. Newtimes.az




Baxış sayı: 3 439
“At gücü” sənədli filmi təqdim olunub Dünən, 20:00 Sahibə Qafarova Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb Dünən, 20:00 Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib Dünən, 19:30 Documentary “Horse Power” presented at Nizami Cinema Center Dünən, 18:30 Ağdam şəhərinin sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:30 Naxçıvanda “Rənglərdə yaşayan şəhərlər” rəsm müsabiqəsinə start verilib Dünən, 12:30 Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar Dünən, 10:30 Süni intellektlə təchiz edilmiş “Abrams” tanklarının ABŞ ordusuna daxil olacağı tarix açıqlanıb Dünən, 10:00 Qərbi Azərbaycana həsr olunan dəyərli nəşr Dünən, 09:00 Baş katib Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb Dünən, 08:00 Naxçıvanda Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş oftalmoloji müayinələr aparılıb 15-04-2026, 20:30 Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirilib 15-04-2026, 18:30 Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq 15-04-2026, 18:00 Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir 15-04-2026, 18:00 Azerbaijan, Russia agrees on resolving issues regarding AZAL plane crash 15-04-2026, 17:00 ABŞ Yaxın Şərqə 10 minə yaxın əlavə hərbçi göndərir 15-04-2026, 16:00 Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15-04-2026, 09:30 TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub 15-04-2026, 09:30 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub 15-04-2026, 09:00 BMT Baş katibi: Yaxın Şərqdə atəşkəs rejimi qorunmalıdır 15-04-2026, 08:00 Azərbaycanda nikah və boşanmaların sayı azalıb 14-04-2026, 18:30 Ukrayna və Almaniya 4 milyard avro dəyərində əməkdaşlıq paketini razılaşdırıb 14-04-2026, 18:00 Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb 14-04-2026, 17:30 Görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun doğum günüdür 14-04-2026, 14:00 DOST mərkəzlərində 200 mindən çox xidmət icra olunub 14-04-2026, 10:30 Laçında "Bəylik Bağları" yenidən bərpa olunur 14-04-2026, 10:00 Hakan Fidan: Türkiye is striving to contribute to ensuring peace between Azerbaijan and Armenia 14-04-2026, 08:00 Qazaxıstanlı şair-publisist Sayat Kamşıgerin “Qarabağ” kitabının təqdimatı keçirilib 14-04-2026, 07:30 BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur 14-04-2026, 07:30 Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq 13-04-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930