FACT-INFO.AZ » CƏMİYYƏT » Şərəfli tariximizə böyük ehtiramın nümunəsi
10-05-2018, 08:35 | CƏMİYYƏT
Şərəfli tariximizə böyük ehtiramın nümunəsi

Kitaba yüksək qiymət verən böyük şəxsiyyətin varlığı, siyasət aləmində qazandığı nüfuz, xalqına gətirdiyi ucalıq, "azərbaycançılıq" ideologiyasının təbliği və genişlənməsi istiqamətində milli təfəkkürün oyanışında əməli fəaliyyəti və yaratdığı zəngin irsi bu gün milli xəzinəmizdir. Xalqın bu sərvəti, varidatı isə kitabxanalarda qorunur və gələcəyə ötürülən mirasdır.

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) da Heydər Əliyevə aid külli miqdarda sənədlər var. Milyon yarım fondu olan bu kitabxanada Ulu öndərin fəaliyyətini əks etdirən sənədlərin axtarışı aparılıb və MEK-in özünün layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Bu barədə Mərkəzi Elmi kitabxananın, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və "Yeni Azərbaycan" qəzeti ilə birlikdə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş anım tədbirində geniş məlumat verilib. Tədbiri giriş sözü ilə açan direktor Leyla İmanova tarixi şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin irsinin toplanması, qorunması, əlçatan edilməsi və təbliği istiqamətində görülən işləri və Mərkəzi Elmi Kitabxananın yeni binasında yaradılan ən birinci sərgi güşəsinin, ilk kitab kolleksiyasının, rəqəmsal bazanın, elektron kataloqun ilk hissəsinin Heydər Əliyev mövzusunda olduğunu diqqətə çatdırıb.

Kitabxana Xidmət şöbəsinin müdiri Aygün Səfərova və İnformasiya Resurslarına Nəzarət və Əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova Heydər Əliyevin həyat və fəaliyyəti, kitabxanaların inkişafı istiqamətində imzaladığı sənədlər və Ulu öndərin yubileyi münasibəti ilə əsərlərinin elektronlaşdırılması, Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi istiqamətində MEK-də həyata keçirilən layihələr barədə geniş məlumat veriblər. Qeyd olunub ki, "kitabxanaları xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi" adlandıraın Ulu öndər 1998-ci il dekabr ayının 29-da "Kitabxana işi haqqında" qanun imzalayıb. Qanunda kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri, kitabxana işinin və kitabxana sisteminin ümumi əsasları, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələbləri, maliyyələşmə mənbələri, kitabxanalardan istifadə edən vətəndaşların hüquq və vəzifələri, bu sahədə beynəlxalq əməkdaşlığın prinsipləri əks olunub.

Onun imzaladığı digər bir dövlət sənədində qanunla özəlləşdirilməsi qadağan olunmuş obyektlərin siyahısına kitabxanaların da adı salınıb. Bu fərmanın imzalanması kitabxanaların qorunub saxlanmasına şərait yaradıb. Kitabxanalar müstəqil dövlətimizin əsas atributlarından biri kimi dövlət müəssisəsi statusunu alıb. Ümummilli liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də müxtəlif illərdə milli-mənəvi sərvətimiz olan kitabxanalar və onların zənginləşdirilməsi haqqında çox lazımi qərarlar qəbul edib və sərəncamlar imzalayıb. Azərbaycan Milli Ensiklopediyasının nəşri, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi, Azərbaycan ədəbiyyatıının virtual kitabxanasının yaradılması, Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması haqqında imzaladığı qərar və sərəncamlar xalqın maddi-mənəvi sərvətlərinin, milli irsin toplayıcısı, qoruyucusu olan kitabxanaların fəaliyyətində mühüm rol oynayır.

2007-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" kitabxanaların dinamik fəaliyyəti üçün daha böyük imkanlar yaradıb. Bununla da Azərbaycan kitabxanalarının, o cümlədən, AMEA Mərkəzi Elmi Kitabxanasının yeni informasiya tipli müəssisəyə çevrilməsi prosesi başlanılıb.

Kitabxana üçün yüksək memarlıq üslubunda yeni bina inşa olunub. Kitabxananın Sərgi salonunda və Akademiklərin zalında daimi fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyevin və İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən guşələr yaradılıb. Sərgi salonu və Akademiklər zalında Heydər Əliyev guşəsi ulu öndərin anadan olmasının 95 illik yubileyi münasibəti ilə yeni daxil olan kitablarla zənginləşdirilib.

Görkəmli siyasi xadimin AMEA Mərkəzi Elmi Kitabxanasında mühafizə olunan bütün sənədləri elektron kataloqa daxil edilib və rəqəmsallaşdırılıb. O cümlədən, aprel ayında keçirilmiş Azərbaycan xalqının Ümmumilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə AMEA-nın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə müsabiqəsində AMEA Mərkəzi Elmi Kitabxanası da iştirak edib. Müsabiqə üçün "Heydər Əliyev: elektron baza və sənədlərin reyestri" adlı elektron resurs hazırlanıb. Bu elektron resursa ümumilli liderin AMEA Mərkəzi Elmi Kitabxanasında mühafizə olunan kitablarının elektron məlumat bazası, video-film, sadələşdirilmiş siyahı və sənədlərin reyestri daxil edilib.

Tədbirdə qeyd olunub ki, Mərkəzi Elmi Kitabxana tərəfindən Azərbaycana aid informasiyanı idarə oluna bilən və əlaqələndirilə bilən strateji resursa çevirmək və informasiya müharibəsində üstünlük qazandıra bilən təsirli silah formalaşdırılması ehtiyaclarını qarşılaya bilən Milli Rəqəmsal Yaddaş layihəsi yaradılıb. Layihənin qarşısına Azərbaycanın qədim mədəniyyəti, tarixi, coğrafiyası və s. bəşəriyyətin inkişafına qoyduğu intellektual yatırımları barədə mövcud olan məlumatları toplayıb sistemləşdirmək, rəqəmsallaşdırmaq,

arxivləşdirmək, elektron kataloq vasitəsilə axtarışları asanlaşdırmaq, Azərbaycan və dünya oxucusunun, elmi araşdırıcısının, siyasətçisinin, diplomatının, diaspor nümayəndəsinin istifadəsinə verib silahlandırmaq və milli yaddaşımıza aid olan məlumatları etibarlı şəkildə qoruyub növbəti nəsillərə ötürmək kimi vəzifələr qoyulub. Məhz bunları nəzərə alaraq görkəmli siyasi xadim Heydər Əliyevə həsr olunmuş, eləcə də öz müəllifi olduğu sənədlər MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

AMEA Mərkəzi Elmi Kitabxananın tərkibində fəaliyyət göstərən "Sərbəst elektron resurlarla iş" bölməsi də Vikipediya onlayn bazasına "91-lər" adlı məqalə yerləşdirilib. Məqalə 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı haqqındadır... Heydər Əliyevin "Azərbaycan" şeirinin göz yaşları ilə ifasının görüntülərini əks etdirən videoçarx və həyat yoluna aid fotoşəkillərdən ibarət slaydlar mərasimdə kövrək notlar yaradıb.

Yeni Azərbaycan partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Heydər Əliyevin gənc yaşlarından Azərbaycanın inkişafı üçün çalışdığını, hələ gənc yaşlarında təhlükəsizlik sistemində fəaliyyət göstərdiyi illərdə ölkədə ana dilimizə doğma münasibətinə görə danlandığını, 86 nəfər azərbaycanlının məhv edilməsi üçün ona siyahı təqdim edildiyini, lakin uğurlu siyasi gediş edərək həmin insanların sağ qalmasına müvəffəq olduğunu və illər sonra ölümünə fərman verilmiş həmin ziyalıların professorlar, akademiklər səviyyəsinə yüksəldiyini, milli xidmətləri ilə seçildiyini, belə alimlərlə daima öyündüyünü, sayəsində onların yaşadığı üçün özüylə qürur hissi keçirdiyini bildirib. Tağı Əhmədov ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, eyni zamanda, SSRİ-nin yüksək vəzifələrində təmsil olunduğu illərdə 15 respublika arasında ölkəmizin adının birinci çəkilməsi üçün daima mübarizə apardığını, azad müstəqil dövlətimizin yaranmasında və inkişafında fenomen şəxsiyyətin böyük xidmətlərini faktlara, sənədlərə və xronoloji ardıcıllıqla auditoriyaya çatdırıb.

Tədbirdə iştirak edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili, professor Hikmət Babaoğlu, Qarabağ müharibəsi veteranı İslam Əzimov da Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, böyük siyasi xadimin Azərbaycan xalqına xidmətindən və milli varlığımız yolunda tarixi nailiyyətlərindən danışıblar.

Şəlalə MƏHYƏDDİNQIZI




Baxış sayı: 1 869
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30