FACT-INFO.AZ » XƏBƏR » Avropada Diaspora və Media lobbiçiliyi
3-05-2018, 11:20 | XƏBƏR
Avropada Diaspora və Media lobbiçiliyi

2016-cı ildə Dünya azərbaycanlılarının IV qurultayında Azərbaycan diasporunun qarşısında duran vəzifələrə yenidən baxıldı, erməni lobbisinə və xaricdə Azərbaycana qarşı olan qüvvələrə effektiv əks-hücumun təşkil olunması üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təlimatlar da verildi. İki il əvvəl verilmiş bu təlimatlarda ölkə başçısı əsasən xarici media orqanlarında Azərbaycana qarşı qarayaxma kompaniyaların təşkil olunduğunu bildirir, bu əsassız ittihamlara qarşı diaspor təşkilatlarının görməli olduğu əsas vəzifələri də xatırladırdı.

Bu həmin vaxtlar idi ki, Avropada mühacir olan "sapı özümüzdən olan baltalar" Azərbaycana qarşı anti təbliğatın içərisində yeni yer almağa başlamışdılar. Xüsusilə, ölkə başçısı Azərbaycan və Türk xalqlarının diaspor təşkilatlarının xarici media orqanları ilə təmas qurmalarını, qarşılıqlı faydalı əməkdaşlıq etmələrini, bu media oqranlarında Türk dünyasına qarşı qərəzli hücumları neytrallaşırmağı, onlarla əlaqələrinin gücləndirilməsinə diqqət ayrılmasını vacib sayırdı.

Bu həmin vaxtlar idi ki, ayrı-ayrı ölkələrin mətbu orqanlarında Azərbaycana qarşı müəyyən təxribat xarakterli yazılar dərc olunurdu, ölkəmizə qarşı şər-böhtan atılırdı. Lakin təəssüflər olsun ki, ötən iki il ərzində ölkəmizə qarşı olan qərəz, xarici mediada qarayaxmalar azalmaq bilmir, əksinə vaxtaşırı bu cür hücumlarla üz-üzə qalırıq. Bununla bağlı iki il əvvəl Xarcdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinə verdiyimiz layihəyə isə heç etika xatirinə bir cavab da yazmamışdılar.

Məlumdur ki, Azərbaycan diasporunun ən təsirli hissəsinin fəaliyyət dairəsi Avropa ölkələrində cəmlənib. Avropa Birliyi ölkələri ilə Azərbaycanın əlaqələrini nəzərə alsaq, bu ölkələrdə milli maraqlarımızın yüksək səviyyədə təmin olunmasına da ehtiyac vardır. Avropa Birliyi ölkələri həm də erməni lobbisinin və diaspora təşkilatlarının ən güclü olduğu bir coğrafi məkandır. Odur ki, bu gücə qarşı mübarizədə Azərbaycan diaspor təşkilatlarının, diplomatik korpuslarımızın fəaliyyəti ilə yanaşı, üç başlıca güc mənbəyindən istifadə edilməlidir;

- Avropada fəaliyyət göstərən bütün Türk xalqlarının diaspor və lobbi təşkilatları ilə ortaq əlaqə; - Avropa Birliyi ölkələrində fəaliyyət göstərən xarici Media qurumları ilə əlaqə; - Avropada fəaliyyət göstərən Türkcə Media Qurumları ilə əlaqə.

İki il əvvəl Diaspor Komitəsinə təqdim etdiyimiz layihənin iki mərhələdə həyata keçirilməsi planlaşdırılırdı. Təqdim etdiyimiz layihənin birinci mərhələsində Avropa ölkələrində fəaliyyət göstərən diaspor və Türkcə Media orqanlarının iştirakı ilə Ümumavropa Türkcə Media Platformunun yaradılması nəzərdə tutulurdu. Bu Platformun Azərbaycan Media orqanları ilə əməkdaşlıq şəraitində fəaliyyəti Azərbaycan həqiqətlərinin Avropada təbliği istiqamətində yeni bir mərhələ ola bilirdi. Çünki, Avropa məkanında Türk xalqlarına aid olan 147 media orqanı fəaliyyət göstərir ki, bu media orqanlarının yerli təsir imkanları heç də ümidsizlik vəd etmir.

"Avropada Diaspora və Media lobbiçiliyi; Ümumavropa Türkcə Media Platformunun yaradılması" layihəsinin əsas məqsədi də Avropanın aparıcı dövlətlərində fəaliyyət göstərən media qurumları, ictimai təşkilatları ilə əlaqələri dərinləşdirmək, sistem halında onlar arasında konsalidasiya rolunu gücləndirməkdən ibarət idi. Təbii ki, Avropada fəaliyyət göstərən bir çox diaspora təşkilatları ilə qarşılıqlı əlaqələrimizin mövcudluğu, onlarla ortaq layihələri gerçəkləşdirməyimiz nəticəsində əldə etdiyimiz təcrübədən də yararlanaraq, qeyd edə bilərik ki, xarici media ilə əlaqələrə önəm vermək üçün öncədən bir sıra addımlar atılmalıdır. Bu addımlardan biri kimi, aparıcı Avropa ölkələrində olan Türkcə Media Qurumlarının bir araya gətirilməsi, onlar arasında əlaqələrin qurulmasıdır. Məsələn, məlumat üçün bildirim ki, təkcə Avropanın siyasi mərkəzi olan Brüsseldə 21 türk media qurumu fəaliyyət göstərir ki, onlar da vahid Belçika Türkcə Media Platforumunda birləşiblər. Eyni qaydada Avropanın digər qabaqcıl ölkələrində - Holandiya, Almaniya, Fransa, İsveç, Norveç, İtaliya, İngiltərə və s. olan Türkcə media orqanları arasında əlaqələrin qurulması və onların Ümumavropa Türkcə Media Platformunda mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərməsi dağınıq halda görünməyən media fəaliyyətlərinin açıq bir güc mərkəzi halında lobbi fəaliyyəti göstərməsini təmin edə bilər. Əslində düşünülən layihənin də məqsədi bu idi; Avropadakı media qurumları ilə bu məsələləri müzakirə etmək, onlar arasındakı birliyin yaradılmasına çalışmaq, hər halda bu ilk cəhd ola bilərdi.

Təbii ki, belə bir platformun yaranacağı təqdirdə Azərbaycanın 25 ildən artıq bir vaxtda məcburən üzləşdiyi Dağlıq Qarabağ probleminin səbəb və nəticələri haqda Avropa media qurumlarında, beynəlxalq mətbuat orqanlarında, xüsusən Avropa İttifaqı üzvü olan dövlətlərin ictimai və media qurumlarında dolğun məlumat formalaşacaq, bu münaqişənin tənzimlənməsində və ədalətli həllində onların Azərbaycanın maraqlarını müdafiə etməsində təmsil etdikləri ölkələrin rəsmi qurumlarına təsir imkanları artacaqdır.

Eyni zamanda Azərbaycanın inkişafı, vətəndaş cəmiyyəti quruculuğu prosesləri, ölkəmizin demokratikləşməsi məsələləri Avropa dövlətlərin universitetlərində təhsil alan tələbələrin, siyasi partiyaların, Avropada fəaliyyət göstərən ayrı-ayrı dövlətlərin diplomatik korpusları əməkdaşlarının, kütləvi informasiya vasitələri əməkdaşlarının da faydalanacağı şəksizdir.Bu platformun yaranması həm də Azərbaycanın Dağlıq Qarabağ problemin həllinin sürətlənməsini təmin edə biləcək müvafiq məlumatların bütün Avropa cəmiyyətləri və aparıcı media orqanlarının əlçatarlıq əmsalını artıra biləcək, erməni diasporunun yalanlarına qarşı müştərək vahid təbliğat mexanizmin qurulması baxımından da olduqca vacibdir. Ümid edirəm ki, Diasporla İş üzrə Komitəsinin yeni sədri və onun komandası belə layihələrin dəstəklənməsində maraqlı olacaqlar. Çünki artıq yeni mərhələdə ciddi lobbiçilik fəaliyyətinə ehtiyacımız var.

İlqar İlkin Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, "Birlik" jurnalının baş redaktoru




Baxış sayı: 1 667
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Bu gün, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Bu gün, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Bu gün, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930