FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Rənglərdə yaşanan ömür
1-04-2018, 22:20 | MƏDƏNİYYƏT
Rənglərdə yaşanan ömür

Hər gözəllikdə isə Yaradanın qüdrəti özünü göstərir. Elə ona görə də deyirlər ki, ən böyük rəssam Yaradanın özüdür. Bəli, yaşadığımız dünya, bizi əhatə edən aləm min bir rənglə doludur. Hər rəngin də öz mənası. Şair demişkən, Təbiətin könül açan

Min rəngi, min səsi var.

Hər könülün min arzusu,

Min səsli nəğməsi var. Bu rənglərin dilini isə dünyanın gözəlliklərini min bir rənglə əks etdirən rəssamlardan yaxşı bilən yoxdur. Hərdən adam fikirləşir ki, yəqin Adəm övladı ilk dəfə rəsm çəkməyi təbiətdən ilham alaraq öyrənib.

O, şəkil çəkməyə başlayanda bəlkə də rəssamlıq sənətinin nə olduğunu bilmirdi. Çünki o vaxtlar hələ yaşı çox az idi. Ata-anası, tanış-biliş, qonum-qonşu hamısı onun rəssamlığa olan marağından xəbərdar idi. Əlinə keçən kağız parçalarında qələmlə müxtəlif şəkillər cızırdı. Sanki təbiətən rəssam doğulmuşdu. Zaman təsdiq etdi ki, rəssamlıq onun alın yazısıdır. Onun sənət seçimini müəyyənləşdirən əsas amillərdən biri də elə doğulub boya-başa çatdığı şəhər idi. Bakıda dünyaya göz açan qəhrəmanımız-istedadlı rəssam Nəsimi Əhədovun həm xarakterinin, həm də bədii zövqünün formalaşmasında burada yaşanan milli ab-hava, nəsildən-nəslə keçən yüksək mənəvi dəyərlər, adət-ənənələr böyük rol oynayıb. Az əvvəl dediyimiz kimi, hələ lap uşaq yaşlarından Nəsiminin şəkil çəkməyə böyük həvəsi olub. Bu həvəsi onu Bakıda Əzim Əzimzadə adına rəssamlıq məktəbinə aparır. Burada dərs aldığı illərdə o, bu sənətin sirlərinə, peşəkar vərdişlərinə yiyələnir. Həmin illərdə həm doğma şəhərimizin qədim yaşayış binaları, məscidləri, həm də təzadlı Abşeronun təbiəti onun natura obyektinə çevrilir. Tətil vaxtı Nardarandakı bağlarında demək olar ki, bütün günü fırçası ilə baş-başa qalan Nəsimi müxtəlif etüdlər, mənzərələr çəkir. Bu etüdlər, mənzərələr arasında tez-tez bağ evlərinin həyətlərində gözə dəyən tut, badam, ərik, əncir, nar ağacları boy göstərirdi.

1989-cu ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirən Nəsimi Əhədov sənətdə özünün dəst-xəttini, yolunu, manerasını tapmaq haqqında fikirləşməyə başlayır. Sankt-Peterburq şəhərindəki Repin adına rəssamlıq institutu və Alexander Hertsen Dövlət Universiteti onun rəssamlıq təhsili aldığı növbəti ünvanlar olur. Burada o, Rusiyanın görkəmli pedaqoq-rəssamları Andrey Vetrogonskiy, Valeri Lednev, Andrey Korolçuk, Lubov Boçarnikova, Boris İvanovdan dərs alır. Ustad sənətkarlar ilk dərslərdən, ilk etüdlərdən hiss edirlər ki, Nəsimidə rəngləri hiss etmək qabiliyyəti çox güclüdür. Müəllimləri fəhm gücünə duyurlar ki, gələcəkdə ondan yaxşı rəssam olacaq. Nəsimi Əhədov bu inamı doğruldur. 1996-cı ildə "Neva çayı üzərində şəfəq" adlı diplom işini əla qiymətlə müdafiə edərək, daha bir uğura imza atır. Təhsilini başa vurub peşəkar rəssam kimi Bakıya qayıdan Nəsimi Əhədov həmin dönəmdə respublikada keçirilən bir sıra rəssamlıq sərgilərində müxtəlif məzmunlu əsərləri ilə çıxış edir və uğur qazanır.

Dahi fransız rəssamı Oqyüst Renuar yazır: “Ömrünü-gününü yaradıcılığa həsr edən hər bir sənət adamı əsrin diktəsinə yox, öz qəlbinin səsinə qulaq asmalı, daim dəyişmək, yeniləşmək hissi ilə yaşamalıdır”. Nəsimi Əhədov da daim dəyişməyə, yeniləşməyə meyilli bir sənətkardır. Gənclik illərindən başlayaraq müxtəlif mövzularda silsilə əsərlər yaradaraq, müəyyən uğurlar qazanmağına baxmayaraq yaradıcılıq axtarışlarını daim davam etdirir. Bütün varlığı ilə təbiətə bağlı olan Nəsimi Əhədov Azərbaycanımızın gözəllikləri böyük məhəbbətlə tablolarında əks etdirir. Bu tablolara baxdıqda ana təbiətimizin minbir rəngi ilə yanaşı, onun rəssam oğlunun-Nəsimi Əhədovun ürəyini də görmək olur.

O, həmçinin kitab qrafikası ilə də məşğul olub. Lev Tolstoyun "Hacı Murad", Charles Dickensin "Oliver Twist", Mixail Lermontovun “Zəmanəmizin qəhrəmanı”, Nodar Dumbadzenin “İliko” Eleanora Porterin "Pollyanna" və digər tanınmış müəlliflərin əsərlərinə illistruasiyalar işləyib. Nəsimi Əhədovun rəsm əsərləri ABŞ, Böyük Britaniya, Almaniya, Macarıstan, Türkiyə və Azərbaycanda özəl kolleksiyalarda saxlanılır.

Gözəllik və sevgi şairi olan Hüseyn Cavid deyirdi ki,

Bən gözəllərdə gözəl ruh ararım,

Ruhu düşgünləri çirkin sayarım.

Bir gözəl lövhə ki, yapmış rəssam,

Daha xoşdur ona məftun olsam.

Böyük Cavidin bu şeirində deyildiyi kimi gözəl rəsm əsərlərinə tamaşa edəndə adam sözün həqiqi mənasında heyrətini gizlədə bilmir. Bəli, rəssamların yaratdıqları əsərlər yalnız özləri üçün deyil, bütün bəşəriyyət üçündür. Söhbət təbii ki, əsl rəssamlardan və onların ərsəyə gətirdikləri qiymətli tablolardan gedir. Hansı ki, onlar sərhəd tanımır. Bu həqiqəti anlamaq üçün dünyanın ən böyük və zəngin muzeylərində sərgilənən əsərləri göz önünə gətirmək kifayətdir. Bu il mart ayının 23-dən Almaniyanın Köln şəhərinin mərkəzində, “Altes-Phanhaus” sənət qalereyasında keçirilən beynəlxalq sənət sərgisində 12 ölkədən 28 rəssamın rəngkarlıq, heykəltaraşlıq, dizayn, qrafika və başqa janrlarda əl işləri mümayiş olunur. “Zarifa-art” incəsənət mərkəzinin təçkilatçılığı, Almaniyanın Köln şəhər mədəniyyət departamenti, “Tube” şirkətlər qrupunun maliyyə dəstəyi ilə baş tutan sərgidə Azərbaycanı Nəsimi Əhədov, Marqarita Kərimova-Sokolova və Nataliya Kin təmsil edirlər. Nəsimi Əhədov sərgiyə 8, Marqarita Kərimova-Sokolova 10, Nataliya Kin isə 10 iş təqdim edib.

Sərginin açılışında dünyanın 350-dən çox ölkəsindən sənətsevərlər, mədəniyyət və incəsənət adamları, o cümlədən Almaniyanın tanınmış qrafika ustası, dünya şöhrətli rəssam Hans Yurgen Kul, sənətşunaslıq professoru, müasir sənət eksperti, doktor Georg Kreger, Almaniya mədəniyyət departamentinin işçiləri olmuş İngrid Mayer, Yohannes Bunk , Avropada tanınmış “Kontrast” sənət qalereyasının təsisçıləri Xose və Evelen Okonlar ailəsi və başqa mötəbər qonaqlar, mətbuat işçiləri iştirak ediblər. Mərasimdə sərginin təşkilatçısı “Zarifa-art” incəsənət mərkəzinin rəhbəri, Avropada tanınmış qalereyaçı, Azərbaycan mədəniyyəti və incəsənətinin yorulmaz təbliğatçısı İldırım Sultanov, Anna Derksen, tanınmış rəssamlar Leon Ariev, Anton Bekker, Katarina Dyuk, Anna Hammer, Şhar Tyegel və başqaları ilə yanaşı, azərbaycanlı rəssam Nəsimi Əhədovun nümayəndəsi Namiq Əhədov və başqaları çıxış edərək belə tədbirlərin müxtəlif xalqlaın mədəniyyət və incəsənətlərinin tanıdılması, təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Tədbirin canlı musiqi, o cümlədən, Azərbaycan bəstəkarlarının əsərləri ilə müşayiəti, kübar qadın geyimlərinin, kostyumlarının nümayiş etdirilməsi və bayram furşeti iştirakçılarında xoş təəssüratlar yaradıb. Azərbaycanlı rəssam Nəsimi Əhədovun sərgiyə təqdim etdiyi “Mələk” və “Məhəbbət” adlı kompazisiyalar, “Yay natürmortu”, “Köln dom”, “Nürnberq gecə”, “Şəhər meydanı”, “İstanbul” adlı şəhər mənzərələri, “Ukrayna” təbiət mənzərəsi də ziyarətçilərdə xüsusi maraq doğurub. Əsasən kətan üzərində yağlı və ya akril boyalarla çəkilən əsərlərin sırasında bir neçə alman motivi Nürnberq və Köln şəhərinin memarlıq abidələrini əks etdirir. Onu da əlavə edək ki, Nəsimi Əhədovun daha 12 əsəri isə bu il aprelin 21-dən iyulun 15-dək Almaniyanın Vestfaliya torpağının Ervitte-Horn şəhərində keçiriləcək “Sərhədsiz” adlı digər beynalxalq sərgidə nümayiş etdiriləcək.

Rövşən Ramazanlı




Baxış sayı: 3 270
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031