FACT-INFO.AZ » CƏMİYYƏT » Litvada Qarabağ mövzusunda əsərlər nəşr edilib
30-03-2018, 07:20 | CƏMİYYƏT
Litvada Qarabağ mövzusunda əsərlər nəşr edilib

Azərbaycan yazıçısı, dramaturq və publisisti Elçin Hüseynbəylinin “Boz eşşəyin məktubları” adlı seçilmiş hekayələr toplusu Vilnüsdə litvaca nəşr olunub. Kitaba müəllifin 1998-2014-cü illərdə yazdığı 16 hekayəsi salınıb. Bunlardan altısı - “Boz eşşəyin məktubları”, “Gözünə gün düşür”, „İlk öpüş“, “Şimallı gəlin”, “Qocanın axdığı gün”, “Qaracanın qara başı” - Qarabağ savaşı mövzusunda qələmə alınmış və diqqəti cəlb edən məşhur əsərlər sırasına daxildir.

Əsərləri orijinaldan Litva dilinə dünya karay türklərinin ünlü simalarından biri, görkəmli Litva ictimai-mədəni xadimi və diplomat, Litvanın Azərbaycan və Türkiyədəki sabiq səfiri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, tanınmış ədəbiyyatşünas-araşdırmaçı, publisist və mütərcim Mahir Həmzəyev tərcümə ediblər.

Kitab Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən 500 nüsxədən ibarət tirajla nəşr edilərək yayımlanıb və həmçinin ölkənin bütün böyük kitabxanalarının fondlarına təqdim olunaraq geniş oxucu auditoriyasının ixtiyarına verilib.

Bu barədə məlumat verən Mahir Həmzəyev bildirib ki, 1988-ci ildə Vilnüsdə yaradılmış Litva Azərbaycanlıları Cəmiyyətinin prioritet fəaliyyət istiqamətlərindən biri Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, tarixi faktları həm də bədii üsullarla Litva ictimaiyyətinə çatdırmaq, bununla əlaqədar ölkədə təbliğat və maarifləndirmə tədbirlərinin innovativ üsullarını tətbiq etmək, Ermənistanın işğalçı siyasətini ifşa edərək onu qınaq hədəfinə çevirmək, problemin ədalətli həllinə Litva Respublikası Seymi və Hökuməti tərəfindən siyasi dəstəyin verilməsi üçün akademik layihələr çərçivəsində effektli tədbirlər görməkdən ibarətdir.

İndiyədək Cəmiyyət tərəfindən bu yönümdə bir sıra konkret işlər görülüb. E. Hüseynbəylinin kitabının Litva dilində nəşri də ilk növbədə göstərilən məqsədlərə xidmət edir.(qhtxeber.az)




Baxış sayı: 1 688
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30