FACT-INFO.AZ » XƏBƏR » Cenevrədə Azərbaycanın qaçqın və məcburi köçkün problemindən bəhs olunub
23-03-2018, 09:55 | XƏBƏR
Cenevrədə Azərbaycanın qaçqın və məcburi köçkün problemindən bəhs olunub

Cenevrədə davam edən BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində İnsan Hüquqlarının Təşviqi və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi və həmin şəhərdə yerləşən Daxili Köçürülmələr üzrə Monitorinq Mərkəzinin birgə təşkilatçılığı ilə “Hərəkətdə olan insanların müdafiəsi: Qaçqın və miqrant böhranı kontekstində məcburi köçkünlər” mövzusunda panel müzakirələr təşkil edilib.

Panel iclası dünyanın müxtəlif regionlarında münaqişə və zorakılıq nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının qorunması və onlara yardım göstərilməsi istiqamətində səylərin gücləndirilməsi ətrafında müzakirələrin aparılması məqsədini daşıyıb.

Beynəlxalq gündəmdə əsas yer tutan Suriya və İraqda məcburi köçkün problemi ilə bir sırada Azərbaycanda mövcud olan eyni problemin tədbirdə müzakirə edilməsi ölkəmizdəki məcburi köçkün məsələlərinə daha geniş beynəlxalq diqqətin cəlb edilməsi üçün münbit şərait yaradıb. Panel müzakirələrinin açılışında çıxış etmiş Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov dünyada məcburi köçkünlərin sayının rekord göstəriciyə - 41 milyon nəfərə çatmasına və əksər hallarda münaqişə vəziyyətlərinin siyasi həllini tapmaması səbəbindən onillər boyu insanların hüquq və azadlıqlarının tapdanılmış vəziyyətdə qalmasına baxmayaraq, problemin beynəlxalq ictimaiyyətin və medianın diqqətindən kənar qaldığını vurğulayıb. Azərbaycanda məcburi köçürülmə problemindən və onun köklərindən danışan daimi nümayəndə V.Sadıqov son 20 il ərzində ölkə hökuməti tərəfindən köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard ABŞ dolları məbləğində vəsaitin xərcləndiyi qeyd edib. Azərbaycanda məcburi köçkün probleminin davamlı həllinin Ermənistanın silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və könüllü şəkildə öz evlərinə qayıtmasının təmin edilməsindən ibarət olduğu bildirilib.

Panelist qismində tədbirdə çıxış etmiş ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məcburi köçkünlərə münasibətdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasətə dair ətraflı məlumat verib. Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasının Azərbaycan hökumətinin başlıca prioriteti olduğunu bildirən F.İsmayilzadə bu siyasətin inkişaf mərhələləri, məcburi köçkünlərin yaşayış şəraiti və sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb. O, məcburi köçkünlərin probleminin davamlı həllinin onların doğma yurdlarına qayıdışının təmin edilməsindən ibarət olmasını xüsusi vurğulayaraq ötən il 50 məcburi köçkün ailəsinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə qayıtdığını qeyd edib.

Tədbirə sədrlik edən İnsan Hüquqlarının Təşviqi və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru səfir İdris Cəzairi Azərbaycan hökumətinin siyasətini alqışlayaraq, ölkəmizin təcrübəsinin əsasında ölkə rəhbərliyinin güclü siyasi iradəsinin durduğunu və bu təcrübənin digər dövlətlər üçün yaxşı nümunə olduğunu bildirib. Azərbaycanın bu sahədə siyasəti, həmçinin panelist qismində çıxış etmiş Daxili Köçürülmələr üzrə Monitorinq Mərkəzinin direktoru xanım Aleksandra Bilak tərəfindən yüksək qiymətləndirilib. Tədbirdə Cenevrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, BMT qurumlarının təmsilçiləri və beynəlxalq QHT-lər iştirak ediblər. (Azərtac)




Baxış sayı: 1 625
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30