FACT-INFO.AZ » CƏMİYYƏT » The Washington Times: Azərbaycan mühüm müttəfiqdir
14-03-2018, 09:25 | CƏMİYYƏT
The Washington Times: Azərbaycan mühüm müttəfiqdir

“The Washington Times” qəzetində ABŞ hərbi-dəniz qüvvələrinin ehtiyatda olan admiralı, ABŞ Sakit okean donanmasının sabiq komandanı və Birləşmiş Ştatların BMT-də yüksək vəzifəli hərbi nümayəndəsi Ceyms Laynsın “Azərbaycan - mühüm müttəfiq” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın ABŞ üçün mühüm müttəfiq olmasından və bu iki ölkə arasında münasibətləri pozmaq cəhdlərinin qarşısının alınmasının vacibliyindən bəhs olunur.

Müəllif yazır ki, şimaldan Rusiya, cənubdan İranla həmsərhəd olan Azərbaycanın qonşularla əlaqələrinin genişləndiyi dövrdə, bu ölkənin suverenliyi və müstəqilliyi ABŞ-ın maraqları üçün böyük əhəmiyyətə malikdir. Məqalədə xatırladılır ki, “Nyu-Yorkda 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktlarından sonra Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev rəsmi Vaşinqtona müraciət ünvanlamış, ona tam dəstəyini ifadə etmişdi. Bunu heç vaxt unutmamalıyıq. Bununla yanaşı, Azərbaycan NATO-nun rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlarda iştirak etmiş ilk ölkələrdən biridir. Bu ölkə NATO-ya uçuşların həyata keçirilməsi üçün strateji məkanlarından istifadə icazəsi verib, logistika sahəsində yardım göstərib”.

C.Layns vurğulayır ki, Bakının Türkiyə və Gürcüstanla əməkdaşlığı, Qərb ölkələrinin onu dəstəkləməsi sayəsində elə Qərbin də iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr həyata keçirilib. Son dövrlərdə Cənubi Qafqaz regionu “Yeni İpək yolu” layihəsinin həyata keçirilməsində, onun maraqlarının təmin edilməsində mühüm rol oynamağa başlayıb. Qeyd edək ki, bu layihə Avropa ilə Şərqi Asiyanı birləşdirəcək, habelə Avrasiyada yeni avtomagistrallar və dəmir yolları tikiləcək. Bu yaxınlarda Azərbaycanda açılış mərasimi keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə düşməsindən sonra, Asiyanın regionla real əlaqələri yaranacaq. Ceyms Layns yazır: “Qafqaz regionu və Azərbaycan, şübhəsiz, geostrateji əhəmiyyətə malikdir. Burada neft və qaz kimi resursların nəqli, nəqliyyat yollarının bu regionda kəsişməsi də öz rolunu oynayır. Belə bir şəraitdə Vaşinqtonla Bakı arasında əlaqələr genişlənir. Amma onların əməkdaşlığını pozmağa cəhdlər də göstərilir. Belə addımlar əsasən Azərbaycanın qonşusu olan Ermənistan və ABŞ-da fəaliyyət göstərən nüfuzlu, güclü erməni lobbisi tərəfindən atılır”. Müəllif qeyd edir ki, 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrindən Vaşinqtonla Bakı arasında əlaqələrə maneçilik törətmək, bundan Azərbaycana qarşı dezinformasiya kampaniyası aparmaq üçün istifadə olunur. Həmin hadisələr zamanı 26 erməni öldürülüb (erməni mənbələrində ölənlərin sayı şişirdilir). Həmin vaxt Sumqayıtda 14 min erməninin yaşadığı nəzərə alınsa, demək, bu, soyqırımı və ya qətliam olmayıb. O da məlumdur ki, Sumqayıtda ermənilərə hücum edən qrupa Eduard Qriqoryan adlı erməni başçılıq edib.

Məqalədə xatırladılır ki, 1991-ci ilin dekabrında, yəni SSRİ dağılan zaman Qafqaz regionunda xaos hökm sürürdü. Bundan istifadə edən erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirməyə cəhd göstərirdilər. Nəticədə həmin dövrdə azərbaycanlılar etnik təmizlənməyə məruz qaldı. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilən qətliam miqyasına, həyata keçirilmə məqsədinə görə əsl soyqırımı mahiyyəti daşıyırdı. Fevralın 26-na keçən gecə erməni hərbi birləşmələri Xocalını artilleriya atəşinə tutdular. Qaçmağa çalışan mülki əhali mühasirəyə alındı və qətlə yetirildi. Bu zaman qadın, uşaq və qocalar daxil olmaqla, 600-dən çox insan öldürüldü, çox sayda insan yaralandı.

“Etnik səciyyə daşımayan Sumqayıt hadisələrindən fərqli olaraq, Xocalı qətliamı Ermənistan rəhbərliyi tərəfindən planlı şəkildə həyata keçirilmişdi. Bu faciə zamanı insanlar məhz etnik mənsubiyyətinə görə öldürülmüşdü. Bu, soyqırımı aktı idi!”, - deyə məqalədə vurğulanır.

Ceyms Layns məqalənin sonunda yazır ki, ABŞ-da, Avropada fəaliyyət göstərən erməni lobbisi Xocalı qətliamı, Sumqayıt hadisələri haqqında həqiqətlərin dünyaya yayılmasına mane olub. Bu gün isə erməni lobbisi ABŞ-Azərbaycan əlaqələrinə maneə yaradır. Odur ki, gələcəkdə Bakı ilə Vaşinqton arasında əlaqələrin pisləşməməsi üçün bu dezinformasiya kampaniyasının qarşısı alınmalıdır.




Baxış sayı: 1 872
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30