FACT-INFO.AZ » XƏBƏR » Boykot: anlayıb anlamadığımız, bəlkədə anlamaq istəmədiyimiz ifadə...
18-02-2018, 15:05 | XƏBƏR
Boykot: anlayıb anlamadığımız, bəlkədə anlamaq istəmədiyimiz ifadə...

Ümumi mənada siyasi sistem, cəmiyyətin siyasi həyatında yaranan siyasi və ictimai qurumları, onların fəaliyyətini və qarşılıqlı münasibətlərini ifadə edir. Əlbətdə ki, hər olkənin siyasi sistemi onun inkişafının qanunauyğunun nəticəsi kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə edir.

Fəal siyasi qurumlar ölkəsinin iqtisadi və siyasi inkişafına töhfə vermək üçün hakimiyyətin təşkilinə maraqlı olurlar və bu istiqamətdə ölkədəki digər siyasi qruplarla rəqabət aparırlar. Siyasi qruplar arasındakı rəqabətdə qalib gəlmək üçün bu siyasi qurumlar əsasən aşağadakı imkanlara malik olmalıdırlar.

Ölkənin seçki sisteminə təsir göstərəbiləcək sayda insan faktorunun olması

Güclü sosial bazaya malik olması

Üzvlər arasında idarəçilik sistemində təcrübəsi olan kadr potensialının olması.

Belə imkanlara malik olan siyasi qurumlar ölkənun ictimai-siyasi həyatına təsir imkanları olduğundan, ölkədə aparıcı qüvvəyə çevrilir və ölkə iqtidarı belə qurumlarla hesablaşmağa məcbur olurlar. Lakin bəzən belə güclü siyasi qurumlar güclü liderin yoxluğu ucbaatından ölkədə hakimiyyətin təşkilinə nail ola bilmirlər. Cəmiyyətdə liderin olması vacib şərtdir. Qonşu dövlətlərin təcrübəsindən görürük ki, bəzən də güclü siyasi lider, siyasi qurumlara daxil olmadan belə ətrafına böyük sayda elaktrat toplaya bilir. Məsələn Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin meri olmuş Mixail Saakaşvili Ukraynaya qayıtmaqla ölkədə təlatüm yarada bildi. Rusiyada Aleksey Navalnı ölkə əhalisinin 30%-dən çoxunu ayağa qaldırmaqla Putin hakimiyyətini həyəcanlandırdı və hökuməti təcili tədbirlər görməyə vadar etdi.

Bütün bunları danışmaqla diqqəti Azərbaycandakı növbədənkənar prezident seçkilərinə yönəltmək istədim. Birmənalı şəkildə, əminliklə deyə bilərəm ki, Azərbaycanın daxilində birmənalı qarşılanmasada Prezident seçkilərinin tezləşdirilməsi, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin intensivləşdirilməsinə hesablanıb. Məncə burada digər kənar təsirlərdən söhbət gedə bilməz.

Azərbaycanın siyasi sistemində istər insan resurslarının çoxluğuna, istər güçlü sosial bazasının olmasına, istərsədə idarəçilik sistemində təcrübəsi olan kadr potensialının çoxluğuna görə liderlik Yeni Azərbaycan Partiyasına məxsusdur. Qalan digər partiyalar hamısı birlikdə faktiki olaraq ölkədəki seçicilərin hətta 3-8 %-nə təsir etmək gücündə deyillər. İstəsək də istəməsək də bugünkü Azərbaycanın siyasi həyatında reallıq bundan ibarətdir. Mənim qənaətimə görə YAP-ın bu liderliyi hələ uzun illər davam edəcək.

Azərbaycanda digər partiya rəhbərinin 20-30 nəfər yaxın dostlarından və qohumlarından təşkil edilən partiyalar, bu gün öz acnacaqlı həyatlarını yaşayırlar. Partiyaların böyük sayda üzvlərinin güclü sosial bazasının olmamasına görə, ölkə həyatında bu partiyalar fəal mövqe və əhali arasında özlərinə inam hissi (imic) formalaşdıra bilmirlər.

Belə bir vəziyyət partiyaların müstəqil şəkildə seçkilərə qatılaraq qələbə qazanmaq imkamılarını məhdudlaşdırır. Beləki özlərini radikal müxalifət adlandıran partiyalar (bir neçə partiya birlikdə) təşkil etdikləri mitinqlərdə ümumilikdə 1,5-2 min nəfər tərəftar toplaya bilirlər. Lakin bir partiyanın və ya partiyalar blokunun Azərbaycanda seçkilərə qatılıb, seçki məntəqələrində yerləşdirmək üçün 5000 min nəfər müşahidəçi tələb olunur. 2000 min tərəftarı olan bir siyasi blokun 5000 min nəfər müşahidəçi ilə seçkilərdə təmsil olunması ağıla sığan deyil. Üstəlik bu bloka daxil olan partiya rəhbərlərinin xalq arasında reytinqlərinin aşağı olması, onların seçkilərdə qələbə çalmaq arzularını iflasa uğradır.

Azərbaycanda erkən seçrilərin təyin edilməsi, dünya dövlətləri arasında normal qarşılandı. Çünki seçkilərin təyin edilməsi hər ölkənin öz daxili işidir, seçkilərin vaxtı ölkənin dövlət qanunvericiliyinə və seçki məcəlləsinə oyğun olaraq müəyyənləşdirilir. Azərbaycanda erkən seçkilərin təyin edilməsinin ölkədə reytinqi olmayan bəzi siyasi qruplar tərəfindən qanunsuz elan edilməsi və narazılıqla qarşılanması sadəcə acı gülüş doğurur. Guya seçkilər altı ay sonra keçirilsəydi bu qruplar hansı fövqaladə güclə seçicilərin 5-10% səsini qazana biləcəkdi? Əgər qazansalar belə bu ölkə həyatında nəyi dəyişəcəkdi?

Ölkədə heç bir gücə malik olmayan bu qruplar hələ üstəlik seçkilərin “boykot” etdiklərini bəyan etdilər. Boykot etirazın qeyri-zorakı formasıdır və istər sosial, istər də siyasi problemlərin dinc həlli vasitəsi kimi qəbul olunur. Misal üçün, Fransa ABŞ-ın İraqa müdaxiləsinə qarşı çıxan kimi amerikalılar nümayişkaranə şəkildə fransız mallarını almaqdan imtina etdilər. Bu Fransa iqtisadiyyatına təsirsiz ötüşmədi.

Boykot ifadəsinin arxasında ciddi güclü qüvvə dayanırsa, boykot bəzən hətta böyük siyasətə də təsir göstərir. Boykot edən tərəf bunun qarşı tərəfə necə təsir edib etməyəcəyini hesablamalıdır. Əgər boykot qarşı tərəfə təsirsiz ötüşəcəksə onu elan etməyin heç bir mənası qalmır. Azərbaycanda radikal müxalifət tərəfindən elan edilən boykot iddiası, əslində xaricdəki “demokratiya” carçılarının rəğbətini qazanmaq üçün atılan addımdan başqa bir şey deyildir. Öz zəifliklərini gizlətmək üşün düşünülmüş ideyadır.

Bu gün Azərbaycanın siyasi həyatında reallıq ondan ibarətdir ki, hələlik Azərbaycanda YAP-a qarşı seçkilərdə ciddi rəqib ola biləcək müxalif siyasi qurum və ya qurumlar hələ formalaşmayıb. Azərbaycanda müxalif qurumların zəifliyinin səbəbləri başqa bir mövzunun söhbətidir. Ola bilsin ki gələcəkdə mən buna bir daha toxundum.

Faiq İsmayılov. AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.




Baxış sayı: 2 998
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30