FACT-INFO.AZ » CƏMİYYƏT » DİN-in Polis Akademiyasının tarixi və bu günü
11-12-2017, 12:25 | CƏMİYYƏT
DİN-in Polis Akademiyasının tarixi və bu günü

Belə ki, Akademiya sıravi milis nəfəri və komandir hazırlayan bir məktəb kimi 1921-ci ildə təsis olunmuş, 1936-cı ildən hazırda yerləşdiyi əraziyə köçürülmüşdür. 1957-ci ildə məktəbin bazasında Bakı Xüsusi Orta Milis Məktəbi təşkil edilmişdir. Təhsil müddəti 2 il təşkil edilməklə məzunlara orta təhsilli hüquqşünas diplomu verilirdi. Həmin illərdə məktəbin əyani, qiyabi şöbələrində və ixtisasartırma kurslarında Azərbaycan Respublikası vətəndaşları ilə birgə SSRİ-nin digər respublikalarının, o cümlədən Gürcüstan, Tacikistan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Dağıstan, Çeçenistan-İnquşetiya, Şimali Asetiya, Kabarda-Balkariya, Krasnodar və onlarca başqa şəhər və respublikalardan olan milis kadrları da təhsil almışlar. 1988-ci ildən isə Kampuçiya və Qvineya-Bisaudan olan 37 xarici vətəndaş da təhsil almışlar.

Ümummilli lider Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrdən milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sahəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etmiş, kadr cəhətdən möhkəmlənmiş və Akademiya səviyyəsinə qədər yüksəlmişdir. Məhz bunun davamlı nəticəsi olaraq respublika müstəqillik qazandıqdan sonra daxili işlər orqanlarının ali hüquq təhsilli kadrlara olan ehtiyacını təmin etmək məqsədilə Respublika Prezidentinin 23 may 1992-ci il tarixli məlum Fərmanı və bu Fərmanın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 09 iyun 1992-ci il tarixli Qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbinin zəminində ali hüquq təhsili verən Polis Akademiyası yaradılmışdır. Həmin dövrdə yeganə xüsusi təyinatlı ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən Akademiya ölkənin hüquq-mühafizə fəaliyyəti ilə məşğul olan bəzi Nazirlik və komitələrin əməkdaşlarının ixtisasartırmaları ilə də məşğul olurdu.

O zamankı maddi-texniki bazasının səviyyəsi, onun pedaqoji potensialı nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 1995-ci il tarixli Qərarına əsasən Akademiya birinci dərəcəli ali təhsil müəssisələri sırasına daxil edilmişdir. Təbii ki, zaman keçdikcə digər hüquq-mühafizə orqanları da öz ali təhsil müəssisələrini yaratdılar. Nəticədə Azərbaycan Respublikası Prezidentinin 10 may 2010-cu il tarixli 294 nömrəli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları” təsdiq olundu və DİN-in Polis Akademiyası xüsusi təyinatlı təhsil müəssisələrinin sırasına daxil edildi.

1992-ci ildən ölkənin təhsil sistemində aparılan məqsədyönlü islahatlar Akademiyadan da yan keçməmişdir. Ötən dövr ərzində Akademiyada xidməti və tədrisi tənzimləyən normativ sənədlər təkmilləşdirilmiş, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04 avqust 2016-cı il tarixli 1007 nömrəli Fərmanı ilə Akademiyanın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Akademiyanın qarşısında duran əsas vəzifə daxili işlər orqanları üçün ali hüquq təhsilli, xidməti fəaliyyətində peşəkar, yüksək fiziki hazırlığa malik, dövlətçiliyə sadiq polis əməkdaşlarının yetişdirməkdir.

Akademiyanın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: bakalavr və magistr pillələrində ali hüquq təhsilli kadrların hazırlanması; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə kadrların əlavə təhsilinin həyata keçirilməsi; dissertantlıq və doktorantura yolu ilə elmi kadrların hazırlanması; daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı elmi-tədqiqatların aparılması. Akademiyada təhsil 5 il, ali təhsilli dinləyicilər üçün isə 4 il təşkil edir. Məzunlara ali hüquq təhsili haqqında bakalavr diplomu, “polis leytenantı” xüsusi və ilkin zabit hərbi rütbəsi verilir. Kursantlar geyim forması, yataqxana, dərs vəsaitləri və yeməklə təchiz olunurlar.

Akademiya baş idarə statusuna malikdir, onun strukturuna rəhbərlik, 4 şöbə, 2 fakültə, 13 kafedra, katiblik, kitabxana və digər struktur bölmələri daxildir. Akademiyada tədris prosesinin təşkili Dövlət Təhsli Standartlarının tələblərinə müvafiq həyata keçirilir. Təhsil müddəti ərzində yiyələndikləri nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi və xidməti vəzifələrinin yerinə yetirilməsində əməli vərdişlərin qavranılması məqsədilə kursantlar ərazi-polis orqanlarında tədris və ixtisas təcrübələrinə cəlb olunurlar. Bununla yanaşı tədris prosesinə Respublikanın nüfuzlu ali təhsil müəssisələrinin və hüquq-mühafizə orqanlarının təcrübəli mütəxəssisləri cəlb edilir, ayrı-ayrı fənlər üzrə təcrübə dərslərinin ərazi-polis orqanlarında, ekspertiza mərkəzində, məhkəmələrdə, istintaq təcridxanasında keçirilməsi təmin olunur.

Müasir tələblərə cavab verən polis kadrlarının hazırlanması ölkə başçısının və DİN rəhbərliyinin daimi diqqət mərkəzində saxlanılır. Akademiyanın maddi-texniki bazası günü-gündən yeniləşir və təkmilləşir. Son illər kursant və dinləyicilərin tədris və sosial şəraitinin yaxşılaşdırılması üçün yeni yataqxana kompleksi istifadəyə verilmiş, dərslərin real şəraitə uyğun keçirilməsi məqsədilə isə tədrisin maddi-texniki bazası, təhsil infrastrukturu yenidən qurulmuş, müasir standartlara cavab verən texniki vasitələrlə təchiz olunmuş 6-sı fənn kabineti, 8-i kompyuter otağı, 21-i isə sinif otağı olmaqla 35 auditoriya təhsilalanların istifadəsinə verilmişdir. Bu gün Akademiyada fəaliyyət göstərən mühazirə zallarının hamısında, auditoriyaların isə böyük əksəriyyətində ağıllı lövhələr, videoproyektorlar quraşdırılmış, bu da interaktiv üsulların tətbiqi ilə dərslərin keyfiyyətinin yüksəldilməsinə və tələbələrin fənnə olan marağının daha da artmasına zəmin yaratmışdır.

2013-cü ildə Akademiyada Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyəti və irsinin daha dərindən öyrənilməsi və təhsilalanların peşə hazırlığının yüksəldilməsi məqsədlə “Heydər Əliyev Mərkəzi” inşa edilmişdir. Mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubovun iştirak etmişlər. Mərkəzin fəaliyyətinin əsas vəzifəsi təhsilalanlara ümummilli lider Heydər Əliyevin zəngin irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin aşılanması, eyni zamanda onlarda Ulu Öndərin ideyalarına uyğun dövlətçiliyə və xalqa sədaqətin formalaşmasında bir şəxsiyyət kimi yetişməsinə xidmət etməkdən ibarətdir.

Hazırda Akademiyada tədrisin Boloniya prosesinin tələblərinə uyğun planlaşdırılıb aparılmasında müəyyən təcrübə əldə olunub, kredit sistemi ilə tədrisin təşkili məqsədilə zəruri sənəd bazası yaradılıb. Bu məqsədlə 2012-ci ildən “Elektron Akademiya”nın yaradılmasına başlanılıb. Sms məlumat sistemi vasitəsilə hər bir dərs buraxma halları barədə valideynlərin dərhal məlumatlandırılması və səbəbindən asılı olmayaraq buraxılmış dərslərin yenidən işlənilməsi mexanizminin tətbiqi fənlərin daha yaxşı mənimsənilməsinə təkan vermişdir.Hazırda fəaliyyət göstərən “Tədris prosesinin idarəetmə sistemi” vasitəsilə hər bir valideyn övladının Akademiyadakı gündəlik fəaliyyətinə, cari qiymətlərinə və eyni zamanda imtahan sessiyaları zamanı onun biliyinin obyektiv qiymətləndirilməsinə də nəzarət imkanı əldə edir. İmtahanların keçirilmə formasından asılı olmayaraq(test,yaxili,şifahi),prosesin tam şəffaf və obyektiv aparılması üçün lazımi şərait yaradılır .

Akademiyanın yeniləşdirilmiş mövcud internet saytında Daxili İşlər Nazirliyi ilə birbaşa əlaqə ilə yanaşı elektron kitabxana bölməsi yaradılmış, bu da tələbələrin fənlər üzrə zəruri təhsil resurslarından daha operativ istifadə etmələri imkanlarını genişləndirmişdir. Saytın istifadəyə verilməsi təhsil müəssisəsi barədə geniş və ətraflı məlumat əldə etməklə yanaşı Akademiyada olan şəraitlə, yataqxanaların və yemək-qida məsullarının vəziyyəti ilə tanış olmaq, tədris olunan fənlər barədə ətraflı məlumat almaq imkanı yaradır.

Akademiyada xidmət edən pedaqoji heyətin elmi yaradıcılıq fəaliyyətinin artırılması daima diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, hazırda 2 elmlər doktoru, 17 elmlər namizədi, 1 professor və 8 dosent tədris-təlim prosesinin həyata keçirilməsində yaxından iştirak edir. Bu günə 5 əməkdaş doktorluq, 13 əməkdaş isə namizədlik dissertasiyası üzərində işlərini tamamlamaq üzrədir. Hazırda 1 əməkdaş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə Ekspert Şurasının sədr müavinidir.

Ali Attestasiya Komissiyasının rəsmi siyahısında olan “Akademiyanın elmi xəbərləri” jurnalının elmi ictimaiyyət arasında nüfuzunun artması Akademiya haqqında müsbət ictimai fikrin formalaşmasına, həmçinin elmi yaradıcılığın, tədrisin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərməkdədir. Jurnalda dərc edilən elmi məqalələrdən nəinki professor-müəllim heyəti, o cümlədən təhsilalanlar da səmərəli istifadə edirlər. Bundan başqa Akademiyanın fəaliyyəti haqqında məlumatların daha geniş kütləyə çatdırılması məqsədilə “Polis Akademiyası” adlı qazet də təsis edilib.

Professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin bir istiqaməti də tədris olunan fənlərin təhsil resursları ilə zənginləşdirilməsidir. Bu sahə də daim diqqət mərkəzində saxlanılır. Bu gün tələbələr tədris olunan fənlər üzrə normalara uyğun nəzərdə tutulmuş vəsaitlərlə tam təmin olunurlar.

Hazırda akademiyada fəliyyət göstərən kitabxanaların ümumi fondu 143867 ədəd təşkil edir. Onlardan 105589 ədədi hüqüq ədəbiyyatı, dərslik, dərs vəsaiti və normativ hüquqi aktlar, 38278-si isə Ensiklopediya,lüğət və bədii ədəbiyyatlardır. Təkcə onu demək kifayətdir ki, son 3 ildə əməkdaşlar tərəfindən 22 dərs vəsaiti, 25 metodiki tövsiyə, 6 sxemlər albomu, 16 mühazirələr toplusu, kursantlar üçün 23, dinləyicilər üçün isə 16 tədris proqramı - ümumilikdə 108 təhsil resursu hazırlanıb nəşr etdirilmişdir. Bundan başqa cari il ərzində tədris olunan fənlərin təhsil resursları ilə zənginləşdirilməsi, təhsilalanların mənimsəmə səviyyəsinin və dünyagörüşünün yüksəldilməsi məqsədilə 86 adda 7455 ədəd dərslik və dərs vəsaiti, 33 adda 205 ədəd bədii ədəbiyyat alınaraq kitabxana fondlarına yerləşdirilmişdir.

Digər ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələr formalarından biri də professor-müəllim heyəti tərəfindən tədris resurslarının birgə hazırlanması olduğundan Akademiyanın pedaqoji heyəti tərəfindən ayrı-ayrı ali təhsil müəssisələri ilə birgə vəsaitlərin nəşri həyata keçirilməkdədir. Buna misal olaraq:

- “Kriminalistika” kafedrasının əməkdaşları ilə Bakı Dövlət Universiteti, Ədliyyə Nazirliyinin Akademiyası və Azərbaycan MEA-nın FSH İnstitutunun əməkdaşlarının birgə hazırladıqları “Kriminalistika” adlı dərs vəsaitini;

- “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin rəisi, polis polkovnik-leytenantı h.ü.f.d. Hikmət Eyvazovun Bakı Dövlət Universitetinin əməkdaşları ilə birgə hazırladıqları “Hüquq-mühafizə orqanları” adlı və Rusiya DİN-in Moskva Universitetinin, Belarusiya Respublikasının Baş Prokurorluğunun əməkdaşları ilə birgə hazırladıqları “Xarici ölkələrin inzibati hüququ” adlı dərslikləri;

- Akademiyanın əməkdaşlarının iştirakı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Avropa Şurasının birgə layihəsi əsasında “İnsan hüquqları və polis” dərs vəsaitini; -Hərbi kafedranın əməkdaşları ilə Silihlı QuvvələrinHərbi Akademiyasının əməkdaşlarının birgə hazırladıqları “Atəş hazırlıgı” adlı dərs vəsaitini;

- “Mülki hüquq” kafedrasının dosenti, polis polkovnik-leytenantı h.ü.f.d. Rəşad Məmmədovun Qazaxıstan Respublikası Karaqanda Dövlət Universitetinin, Ukrayna DİN-in Livov Dövlət Universitetinin, Belarusiya Respublikası DİN-in Magilov İnstitutunun əməkdaşları ilə birgə hazırladıqları “Mülki-prosesual hüquq” fənni üzrə tədris-metodiki vəsaiti göstərmək olar. Ölkənin təhsil sisteminin avro-atlantik məkana inteqrasiyası həmin dövlətlərin bu sahədəki təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi günün tələblərinə çevrilib.

Bu məqsədlə Akademiyada beynəlxalq əlaqələr daha da inkişaf etdirilmiş, əməkdaşlar bir sıra xarici dövlətlərdə keçirilmiş beynəlxalq tədbirlərdə iştirak edərək ölkəmizi layiqincə təmsil etmişlər. Artıq Akademiyada hüququn müxtəlif sahələri üzrə beynəlxalq elmi-praktiki konfransların keçirilməsi davamlı xarakter alıb. Buna misal 2013-cü ildən başlayaraq Polis Akademiyasında Türkiyə, Rusiya, Belarus, Moldova və Ukrayna alimlərinin, eləcə də Respublikanın Konstitusiya Məhkəməsinin sədri və hakimləri, millət vəkilləri, Ombudsman Aparatı, Ali Məhkəmə, Apellyasiya Məhkəmələri, Respublika Baş Prokurorluğu, Ədliyyə orqanları və ölkəmizdəki ali təhsil müəsissələri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransları göstərmək olar.

Təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədilə imzalanmış əməkdaşlıq protokollarına əsasən hazırda Akademiya ilə Rusiya Federasiyası DİN-in Volqoqrad Akademiyası, Sankt-Peterburq Universiteti, Voronej İnstitutu, Ukrayna Milli Universiteti “Odessa Hüquq Akademiyası”, Belarusiya Respublikası DİN-in Mogilyov İnstitutu, Qazaxıstan Respublikası DİN-in Aktyubinsk Hüquq İnstitutu, Gürcüstan DİN-in Akademiyası arasında işgüzar əlaqələr daha da genişləndirilmişdir.

Bu gün qeyd olunan ali təhsil müəssisələri ilə tədris resurslarının qarşlıqlı mübadiləsi həyata keçirilir. Bununla yanaşı peşəkar polis kadrlarının yetişdirilməsində müasir beynəlxalq təcrübənin tətbiqi məqsədilə son illər ərzində təhsil müəssisəsinin əməkdaşları 96 dəfə dünyanın bir sıra dövlətlərində keçirilən konfrans, seminar, təlim və beynəlxalq intellektual müsabiqələrdə iştirak etmiş, həmin təhsil müəssisələrinin qabaqcıl təcrübəsinin öyrənilərək tədris-təlim prosesinə tətbiqi öz müsbət nəticələrini göstərməkdədir. Eyni zamanda ölkəmizdə yerli və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən müxtəlif layihələrdə də Akademiya əməkdaşları ekspert qismində fəal iştirak edirlər.

Məsələn, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində yaradılmış hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun tərkibinə “Kriminalistika” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d. dosent Allahverdi Mahmudov və “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d. dosent Səyyad Ağayev daxil edilmiş, UNİSEF tərəfindən verilmiş sertifikata əsasən baş müəllim, polis polkovnik-leytenantı Vüqar Mansurov “Yuvenal Ədliyyə” sahəsində, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev isə Azərbaycanda “Məhkəmə və hüquq islahatlarının dəstəklənməsi layihəsi” üzrə ekspertlərdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Rusiya Hüquq Elmləri Akademiyası Elmi Şurasının qərarına əsasən “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d. dosent, əməkdar müəllim Ceyhun Süleymanov və “Müki hüquq” kafedrasının dosenti, polis polkovnik-leytenantı, h.ü.f.d. Rəşad Məmmədov həmin Akademiyaya üzv seçilmişdirlər.

Beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirakın nəticəsidir ki, artıq Akademiya 2010-cu ilin fevral ayından Avropa Polis Kollecləri Assosiasiyasının (AEPC) üzvüdür, Beynəlxalq Polis Akademiyaları Birliyinin (İNTERPA) tədbirlərində isə müşahidəçi qismində iştirak edir. Təqdirəlayiq haldır ki, Akademiyada təhsil alan kursantların da beynəlxalq və yerli bilik yarışması, müsabiqə və elmi-praktik konfranslarda çıxış edərək uğur əldə etmələri davamlı xarakter almışdır. Kursantlar 11 noyabr 2017-ci il tarixdə “Heydər Əliyev Mərkəzi”nin təşkilatçılığı və Respublikanın 46 ali təhsil müəssisəsinin tələbələrinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən IV ümumrespublika bilik yarışmasında 4-cü yeri tutmuş, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tələblərinə müvafiq Azərbaycan Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar, Təhsil Nazirlikləri və Azərbaycan Televiziyası və Radio verlişləri qapalı səhmdar cəmiyyətinin dəstəyi ilə keçirilən “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının 7-ci mövsümünün super finalında əyani təhsil üzrə I kursun kursantı “Prezident təqaüdçüsü” Ələkbərov İlkin İntiqam oğlu II yerə layiq görülmüş, eyni zamanda Rusiya Federasiyasının Nijeqorodsk Dövlət Universitetinin Hüquq fakültəsi tərəfindən “Müasir hüquq elminin və təcrübəsinin aktual problemləri” mövzusunda keçirilən elmi-praktik konfransda müxtəlif nominasiyalar üzrə fəxri fərmanlarla təltif olunmuşlar. Bundan başqa Akademiyamız respublikamızda beynəlxalq səviyyədə keçirilən elm festivallarında layiqincə təmsil olunmuş və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

Akademiya xüsusi təyinatlı ali təhsil müəssisəsidir və Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2014-cü il tarixli 739 nömrəli Sərəncamı ilə Akademiyada “Hərbi” kafedra yaradılmış və bununla da onun qarşısında yeni vəzifələr qoyulmuşdur. Hazırda Akademiyanın tədris planının bir bölümü də “Hərbi hazırlıq” fənlərinə ayrılıb. Polis Akademiya-sına qəbul olmuş kursantların həqiqi hərbi xidmət keçməmələrini nəzərə alaraq, onların fiziki və sıra hazırlığı, ekstremal vəziyyətdə silah və xüsusi vasitələrin tətbiqi, yüksək psixoloji dayanıqlığı və peşə sayıqlığının formalaşması və möhkəmləndirilməsi məqsədilə 1-ci kursa qəbul olmuş kursantlarla Akademiyanın bazasında 1 aylıq gənc əsgərin ilkin hazırlıq kursu, 2-ci kursu bitirmiş kursantlarla DİN-in Daxili Qoşunlarının hərbi hissəsində 2 aylıq təcrübi hərbi hazırlıq kursu, 4-cü və 5- ci kursların kursantları ilə hərbi səhra təlim məşqləri keçirilir.

Akademiyada kursantların xarici dilləri və informatika texnologiyalarını daha yaxşı mənimsəmələri üçün müvafiq fənlərin tədrisi intensivləşdiril-mişdir. Bununla yanaşı fiziki hazırlıq səviyyələrinin artırmalarına, xüsusən ekstremal vəziyyətdə düzgün qərar qəbul etməyi bacaran, mətin və cəsarətli polis əməkdaşlarının hazırlanmasına da xüsusi diqqət yetirilir. Hazırda beynəlxalq standartlara cavab verən, müasir futbol, voleybol meydançaları, əlbəyaxa döyüş təlimləri meydanı olan idman şəhərciyi, yeni avadanlıqlarla təchiz olunmuş idman zalları şəxsi heyətin istifadəsindədir. Fiziki hazırlığa verilən diqqətin nəticəsidir ki, idmanın bir sıra növləri üzrə Respublika və Avropa çempionatlarında təmsilçilər fəxri kürsün yüksək pilləsinə qalxmışlar.

Təhsilalanların vətənpərvər, milli mənəvi dəyərlərimizə, dövlətçilik, qanunçuluq ideyalarına, insan hüquq və azadlıqlarına hörmət ruhunda yetişdirmək bütün təhsil ocaqlarının əsas vəzifələrindəndir. Bu baxımdan təhsilalanların gələcəkdə bir şəxsiyyət kimi formalaşdırılması Akademiyanın qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə hər il xüsusi tədbirlər planına əsasən Böyük Vətən və Qarabağ müharibəsi veteranlarının, təqaüddə olan hüquq-mühafizə orqanlarının aparıcı mütəxəssislərinin kursant heyəti ilə görüşlərinin təşkil edilməsi bir ənənə halını almışdır

Toğrul
Fact-info.az




Baxış sayı: 3 731
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930