FACT-INFO.AZ » XƏBƏR » Cenevrədə keçirilən “Sülh həftəsi”ndə Qarabağ məsələsi gündəmə gətirilib
10-11-2017, 09:45 | XƏBƏR
Cenevrədə keçirilən “Sülh həftəsi”ndə Qarabağ məsələsi gündəmə gətirilib

Müzakirələr dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrin aradan qaldırılmasında sülh təşəbbüslərinin dəstəklənməsinə həsr olunub. Gündəlikdə qoyulan əsas məsələlər “Sülhə gedən yolun gələcək perspektivləri”, “ Münaqişələrin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolu: çətinliklər, imkanlar və reallıqlar”, “ Münaqişələrin aradan qaldırılmasında bacarıqların artırılması”, “Din- münaqişəyə aparan , yoxsa münaqişənin qarşısını alan vasitə kimi”, “Münaqişələrin həllində gənclərin yerli bacarıqlarının artırılması” və.s mövzuları əhatə edib. Tədbir İsveçrə Sülh Platforması, İsveçrə Xarici İşlər Nazirliyi, Dünya Bankı, BMT dayanıqlı İnkişaf Məqsədləri Fondu, UNHCR, UNDP, UNİCEF, UNESCO, BMT-nin digər agentlikləri, müxtəlif transmilli korporasiyalar və qurumların, beynəlxalq təşkilatların diqqət mərkəzində olub.

BAMF-ın prezidenti Umud Mirzəyev, vitse prezident Ramil Əzizov, BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina, BAMF-ın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Maykl Montafi, partnyor təşkilat İSEO –nun baş katibi Qustav Qrob və təşkilatın katibi Abdulrza Metğalçı BMT-nin Cenevrə ofisində “Sülh həftəsi” çərçivəsində keçirilən müzakirələrə qatılıblar.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə keçirilən “Münaqişələrin qarşısının alınmasında mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi” mövzusunda tədbirdə çıxış edən Maykl Montafi Azərbaycanın multikultural dəyərlərindən, dinc birgə yaşama kimi qədim ənənələrindən danışıb.

O, Tbilisidə keçirilən Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının perspektivlərinə inandığını bildirib. “İllər boyu bir yerdə yaşayan azərbaycanlı və erməni əhalisi arasında sülhün və barışın təşviq edilməsi üçün Sülh Platforması gözəl vasitədir” deyən Maykl Montafi beynəlxalq qurumları platformaya dəstək verməyə çağırıb.

Çıxış edən İSEO baş katibi “xalqların müxtəlif ərazilərdə yaşaması, heç bir halda ərazi bütövlüyünə təhdid olmamalıdır və separatist çağırışlar beynəlxalq hüquqa, bütün beynəlxalq norma və qaydalarına ziddir” deyib. O, münaqişələrin həllində vətəndaş cəmiyyətinin rolu, münaqişələrin həll edilməsi üçün ilk növbədə işğal altındakı ərazilərin azad olunmasının vacibliyindən danışıb.

“Sülh həftəsi” çərçivəsində “Sülhün təşviq edilməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda müzakirələrə qatılan BAMF–ın prezidenti Qarabağ münaqişəsinin həllində beynəlxalq qurumların sərgilədiyi ikili standartlardan danışıb. “Qlobal münaqişələrin iki iştirakçısı vardır. Bir tərəfdə işğalçı, digər tərəfdə isə işğaldan əziyyət çəkən tərəf. Dünya birliyi münaqişə iştirakçılarını olduğu kimi qəbul etməyi bacarmalıdır. Təəssüf ki, 20 ildən çoxdur ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparılsa da, qeyri obyektiv yanaşma, dünyanın güc mərkəzlərinin korporativ maraqları səbəbindən bu gün də münaqişənin həlli ilə bağlı ciddi nəticələr əldə edilməmişdir”, - deyə Umud Mirzəyev bildirib.

“Münaqişələrin həllində milli bacarıqların artırılması: Uyğun olan və olmayanlar” mövzusunda BMT İnkişaf Fondunun və bir sıra vətəndaş cəmiyyəti qurumları tərəfindən təşkil edilən toplantıda çıxış edən BAMF-ın vitse prezidenti münaqişələrin həllində qeyri obyektiv informasiyanın rolu mövzusunda çıxış edib.

O, BMT qurumlarını vətəndaş cəmiyyəti sülh platformalarına dəstək olmağa çağırıb. “Sülh həftəsi” çərçivəsində İsveçrə Sülh Platforması qurumunun rəhbəri professor Laurent Goetşel, Berghof Fondunun direktoru Oliver Vils, Cenevrə Sülh quruculuğu Platformasının icraçı koordinatoru Açim Venman, Sülh quruculuğu şəbəkəsinin icra orqanının üzvü Cenni Aulin və digər vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşən Umud Mirzəyev Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı perspektivlərə dair müzakirələr aparıb, Ermənistan Azərbaycan Vətəndaş Sülh Platformasının əhəmiyyətindən söz açıb. Müzakirələr zamanı vətəndaş cəmiyyəti qurumları platformanın fəaliyyətində maraqlı olduqlarını ifadə ediblər.(Azərtac)




Baxış sayı: 1 593
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30