FACT-INFO.AZ » CƏMİYYƏT » Şura Şirvanda QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib
27-09-2017, 22:10 | CƏMİYYƏT
Şura Şirvanda QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 27 sentyabr 2017-ci ildə Şirvan şəhərində Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Masallı və Lənkəranda fəaliyyət göstərən QHT-lərin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda regional konfrans keçirib.

Toplantıda çıxış edən Şirvan şəhər icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov QHT-lərin vətəndaş təşəbbüskarlığının və cəmiyyətin ümumi inkişafında oynadığı roldan danışaraq bu istiqamətdə əldə olunan uğurların davamlı şəkildə həyata keçirilən dövlət siyasətinin nəticəsi olduğunu qeyd edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Şura sədrinin müavini Vüsal Quliyev vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişlənməsində, səmərəliliyinin artmasında dövlətin maraqlı olduğunu, bunun üçün hərtərəfli münbit şəraitin yaradıldığını qeyd edib. Bildirilib ki, son on ildə QHT-dövlət əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verdiyini vurğulayıb. Ölkə başçısının bu istiqamətdə apardığı siyasət Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunu xeyli sürətləndirib, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə, müxtəlif profilli təşkilatların yaranmasına və s. əlverişli zəmin yaradıb.

V. Quliyev Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun bugünkü dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizin iqtisadi uğurlarını, Azərbaycanın dinamik inkişafını vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik.

Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov konfrasnda geniş məruzə və təqdimatla ilə çıxış edərək dövlətin QHT sektorunun formalaşması və inkişafı istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən və mövcud prioritetlərdən danışıb. İcraçı direktor cənab prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq hazırda ölkəmizin bütün regionlarında QHT-lərin dövlət qurumlarının başlıca partnyoruna çevrildiyini, həmçinin onların müxtəlif dövlət proqramlarının hazırlanması işində də fəal iştirak etdiklərini vurğulayıb.

F.Qurbanov ötən müddət ərzində QHT-hökumət münasibətlərinin əməkdaşlıqdan tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib: “Bu gün QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq bütün sahələrdə ölkənin inkişafına töhfələrini verirlər. Dövlət QHT-lərin fəaliyyət imkanlarının genişlənməsi üçün onlara hər cür dəstək verir. Bunun da nəticəsi olaraq QHT-lər hər il humanitar, ekoloji, sosial, iqtisadi və istiqamətlər üzrə yüzlərə layihə həyata keçirərək vətəndaşların maarifləndirilməsi, ictimai problemlərin həllində fəallıqlarını artırırlar”.

“Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq Şuranın QHT-lərə göstərdiyi xidmətlər haqında danışan Fərasət Qurbanov təmsil etdiyi qurumun QHT-lərin bilik və bacarıqlarını artırmaq, icra etdikləri layihələrin səmərəliliyini yüksəltmək məqsədi ilə gördüyü işlər haqqında da məlumat verib: “Şura yalnız 2016-cı ildə 32 mövzu istiqaməti üzrə 556 layihəyə 5,3 milyon manatdan çox vəsait ayırıb. Bu layihələrdən faydalananların sayı 100 mindən artıq olub. Həyata keçirilən layihələr çərçivəsində 32 kitab nəşr olunub, 23 sayt, 26 film, 29 sosial çarx hazırlanıb”.

Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin sədri Əli Mirzəyev, Şəfəq Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev, “Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Lütfəli Zeynallı, Gənclər üçün Təhsil Mərkəzinin Şirvan ofisinin rəhbəri Yusif Poladov, Kimsəsiz və Aztəminatlı Ailələrin uşaqlarına mənəvi dəstək İctimai Birliyinin sədri Təranə Əhməd, Tərəqqi Gəncliyin İnkişafı İctimai Birliyinin sədri Raci Səfərov, Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyinin sədri Vüsal Əhmədov, həmçinin rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək layihələrin icra prosesində qarşılıqlı əməkdaşlığın faydaları haqqında danışaraq rəy və təkliflərini bildiriblər.

Fact-info.az




Baxış sayı: 1 771
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30