FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycana qarşı təcrid siyasəti yürüdür
22-09-2015, 18:25 | TƏDQİQATLAR-ANALITIKA
Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycana qarşı təcrid siyasəti yürüdür

Nədənsə Qarabağ probleminin həll edilməsinin mümkünsüzlüyü ilə bağlı izahatları verib öz fikirlərini əsaslandırmağa çalışan liderlər Minsk qrupunun nə üçün yarandığını və fəaliyyəti barədə bir kəlmə də olsun bəhs etmədilər. Bundan belə bir nəticə çıxır ki Avropa İttifaqı Qarabağ probleminin indiki durumu onları qane edir. Problemin köklü şəkildə həll edilməsində maraqlı deyillər. 

İqtisadi forumda gənclərlə iqtisadi deyil, siyasi analizlər aparılırdı. 

Avropa İttifaqının Polşanın Novi Soç şəhərində sentyabırın 7-dən 11-nə kimi Gənc liderlərin 10-cu Iqtisadi forumunu təşkil etdilər. Bu forumda 42 ölkədən 377 nəfər iştirakçı var idi. Forumun mıvzusu belə idi (What can leaders of tomorrow do in order to save the European project?) Sabahın liderləri Avropada  layihə həyata keçirmək üçün nə etməlidirlər? Forum iqtisadi xarakterli nəzərdə tutulsada, təşkilatçılar onu tamamilə siyasi səmtə istiqamətləndirdilər. Bu forumda hökumət və dövlət liderləri iqtisadi inkişafa səbəb olan biznes imkanlarının təhlili əvəzinə, gənclərə müxtəlif siyasi təlimatlar verir Avropa dəyərlərini təbliğ edirdilər.

Tədbirin təşkilatçıları; Hannes Schreiber (Sərqi avropa üzrə söbə müdiri,Avropa və beynəlxalq məsələlər üzrə Federal Nazirlik, Avstriya); Christoph Zoepel (Kecmis dövlət naziri ve katibi, professor, Almaniya); Ramadan llazi (Avropa inteqrasiyası nazirinin müavini, Kosovo) və Zanda Kalnina -Lukasevica (BMT-nin məsələləri üzrə parlamentin dövlət katibi, Latviya) Avropanın ətraf  regionlarındakı münaqişələrdən danışarkən Rusiya prezidenti Putini tənqidindən başlayaraq ta Ukraynada yeni sistemin qurulması təklifinə və  Avropa Birliyinə daxil olkələr Ukraynada demokratiya yaratmaga yardim edəcəkləri barədə müxtəlif rəylər bildirsələrdə, Cənubi Qafqazın münaqişə ocaqlarından danışılarkən Azərbaycanın adını belə çəkmədilər. Diqqətçəkən məqamlardan biri də o idi ki, Azərbaycanın dövlət bayrağı, asılan dövlət bayraqları sırasında yox idi. Halbuki Ermənistanın Dövlət bayrağı bayraqların sırasında birinci yerdə qoyulmuşdu. Bütün bunlara Azərbaycandan gələn nümayəndə heyəti etiraz bildirməli idi. Lakin onlar bu hadisələri sükutla qarşıladılar. 

Halbuki Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

İtaliyanın “L’indro” xəbər portalının bu ilki saylarının birində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir yazıda deyilirdi: “Dünyanın diqqəti Ukrayna hadisələrinə yönəldiyi bir vaxtda Avropanın cənubunda qanlı müharibə ilə nəticələnə biləcək bir gərginlik yaşanmaqdadır. 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsi nizamlanmasa və son günlərdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginliyin qarşısı alınmasa Avropanın enerji təhlükəsizliyinin təmin olunması sual altına düşə bilər. Azərbaycan hazırda əsas enerji təminatçısı kimi Avropa üçün önəmli bir ölkədir. Bu baxımdan Avropa Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasında maraqlıdır”. Bildiyiniz kimi, Dağlıq Qarabağ hüquqi əsaslarla Azərbaycan ərazisidir. Sovet İttifaqının dağılmasından sonra yaranan siyasi boşluqdan faydalanan ermənilər bu torpaqları işğal etməyə başladılar və hamımızın şahid olduğu qətliamlar yaşandı. Ermənilər burada xüsusilə də dinc insanlara qarşı qətliamlar törətdilər. Burada məqsəd Dağlıq Qarabağda  torpaqların sahibi olmağa iddia etmək idi.

Əslində bu işğalçılıq siyasətinə görə çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Yəni heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Ermənistanın işğalçılıq siyasətinə məhəl qoyulmur.  

Bütün bu həqiqətləri çox gözəl anlayan Avropa liderləri gənclərin bu iqtisadi forumunu ssiyasi hoqqabazlığa çevirsələr də, Avropanın ən etibarlı enerji təminatçısı olan və ərazisinin 20%-i Ermənistanın işğalı altında olan Azərbaycanın adını belə çəkmədilər. 

Xarici ölkələrdə yaşayan və təhsil alan gənclərimiz forumda Azərbaycan həqiqətlərini diqqətə çatdırmağa cəhd etdilər.

Bölmə iclaslarından sonra gənclərə sual vermək üçün şərait yaradıldı. İngiltərədə yaşayan Avropa Qafqaz evi təşkilatında Beynəlxalq əlaqələr şöbəsində məsul vəzifədə çalışan  Maniçestr Universitetində magistatura təhsili alan azərbaycanlı tələbə, eyni zamanda Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin əməkdaşı Leyla Qasımova söz alaraq “Avropa şərq tərəfdaşları ölkələrində sabitlik Avropa üçün nə qədər vacbdir? – sualı ünvanladı və təşkilatçıların Ermənistan-Azərbaycan münaqişəsinə nəzər salmalarını və buna münasibət bildirmələrini tələb etdi.

İngiltərənin kecmis mudafiə naziri Liam Fox Azerbaycanın inkişafından bir xeyli dəm vursa da, Qarabağ münaqişəsinin tezliklə həllinin mümkün olmayacağını dedi.  General Klaus Wittmann(Aspen Institut, Almaniya), mövzunu dəyişərək Azərbaycanda qeyri-hokumət təskilatlarının zəif fəaliyyətindən danışaraq bunun münaqişənin həllinin ləngiməsinə səbəb olduğunu bildirdi. Qəribədir, güya Azərbaycanda QHT-rı Avropalıların istədiyi kimi inkişaf yolunu keçsəydi, ermənilər öz qoşunlarını Qarabağdan çıxaracaqdımı? Göründüyü kimi Avropa siyasətçiləri, Qarabağ münaqişəsinin həllinə ciddi yanaşmır hətta  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin, icra olunmasına, eləcədə işğalçı Ermənistan dövlətinin təcavüzü nəticəsində Qarabağdan məcburi köçürülmüş sakinlərin döğma torpaqlarına qaytarılmalarını təmin edilməsinə və sonu gorünməyən erməni təcəvüzünə  göz yumurlar. Budurmu demokratiya. Budurmu insan hüquqlarının qorunması? 

Erməni gəncləri müharibə şəraitində yaşamaqdan beziblər

Leyla Qasımovanın mənə göndərdiyi məlumatlardan və görüntülərdən məlum olur ki, erməni gənclər hərbi xidmətdən yayınmaq üçün Ermənistandan Rusiyaya və Avropa ölkələrinə axışaraq özlərinə iş axtarır və vətəndaşlıq almağa çalışırlar. Lakin onlar öz ölkələrinin siyasətin əleyhinə çəkinmədən fikir söyləyirdilər. Onlar, Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsini dəfələrlə vurğulayıblar. Tədbirin sonunda orta yaşlı bir erməni bizim nümayəndəmizə yaxınlaşaraq Azərbaycan və Bakı haqqında xoş xatirələrini bölüşüb, Bakıya gəlmək istədiklərini bildiriblər. Onlar Bakıda keçirilən Olimpiya Oyunları zamanı ölkə başçısı İlham Əliyevin erməni idmançıya yönəli jestləri müsbət qarşıladıqlarından bəhs ediblər. Hətta yaşlı bir erməni, deyib ki mənim azərbaycanlılara böyük hörmətim var Ermənistanda zəlzələ zamanı Bakıdan gələn yardımı heç vaxt unutmayacam. 

Bütün bunlar erməni xalqının indiki Ermənistanın dövlət və hökumət başçılarının siyasətindən cana doyduqlarının əyani göstəricisidir. Sarkisyan rejiminin öz xalqını qonşu xalqlara və millətlərə düşmənçilik və nifrət ruhunda təbliği nəticəsində, Ermənistan Respublikasının digər dövlətlərdən asılı və dilənçi duruma düşməsinin əyani sübutudur.  Forumun sonunda azərbaycanlı gənclər medianın gözü qarşısında Azərbaycan bayrağını qaldıraraq müxtəlif ölkələrin nümayəndələri ilə şəkillər çəkdiriblər.




Baxış sayı: 4 062
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30