Sumqayıt Dövlət Dram Teatrında 1-ci Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən Fact-info.az-a bildirilib ki, səhnə əsəri Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramıdır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edəcək.
Tamaşanın premyerası yaxın vaxtlarda nəzərdə tutulub.
Tamaşada Natiq Qasımovun qəhrəmanlığından geniş bəhs edilir. Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağa razılaşır. O, hətta təslim olduqda belə Azərbaycan bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Baxış sayı: 115
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
