FACT-INFO.AZ » SİYASƏT » Türkiyəli ekspert: Qərbi Azərbaycan reallıqlarının təbliği bütün dünyanı əhatə etməlidir
24-05-2025, 10:30 | SİYASƏT
Türkiyəli ekspert: Qərbi Azərbaycan reallıqlarının təbliği bütün dünyanı əhatə etməlidir

Qərbi Azərbaycan mövzusunda tədbirlər yalnız Türkiyədə deyil, dünyanın digər ölkələrində də dövlət xadimləri, siyasətçilər və alimlərin iştirakı ilə keçirilməlidir ki, dünya ictimaiyyəti müasir Ermənistan ərazisindəki tarixi torpaqlardan qovulmuş azərbaycanlıların taleyindən xəbərdar olsun.

Bu fikirləri Türkiyə Milli Müdafiə Universitetinin Quru Qoşunları Məktəbinin dekanı, professor İbrahim Ethem AtnurAnkarada keçirilmiş “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin təminatıdır” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycanın reallıqlarının təbliği Cənubi Qafqazın bu bölgəsinin yerli əhalisinin zəngin irsinin və mədəniyyətinin unudulmamasına da xidmət edən bir yoldur. “Qərbi Azərbaycan haqqında təkcə siyasətçilər və alimlər deyil, həm də qeyri-hökumət qurumları, insan hüquqları təşkilatları, media strukturları və nəhayət, sadə vətəndaşlar danışmalıdır”, – deyə Türkiyə universitetinin dekanı qeyd edib və elmi nəşrlərin auditoriyasının məhdudluğuna diqqət çəkib.

İ.E.Atnur əminliklə bildirib ki, Qərbi Azərbaycan sakinlərinin dəfələrlə yaşadığı faciə və ağrı dünya ölkələrinin ictimaiyyətinə çatdırılmalıdır. “Ankarada keçirilmiş tədbir kimi böyük tədbirlər geniş auditoriyanı məlumatlandırmaq üçün təkan ola bilər və olmalıdır. Bu məsələnin unudulmasına imkan verə bilmərik”, – deyə Türkiyə Milli Müdafiə Universitetinin professoru vurğulayıb.

İ.E. Atnur diqqəti bu fakta yönəldib ki, bu gün Qarsda, İğdırda, Ərzurumda və Anadolunun bir çox digər bölgələrində Qərbi Azərbaycanı tərk etməyə məcbur qalmış azərbaycanlıların yüz minlərlə nəvəsi yaşayır. “Bu insanlar Qərbi Azərbaycan sakinlərinin faciəsi haqqında məlumatı nəsildən-nəslə ötürürlər. Lakin, təəssüf ki, geniş ictimaiyyət bu mövzu haqqında məlumatsızdır. Bir çoxları müasir Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni və memarlıq abidələri haqqında heç nə bilmir. Onların böyük əksəriyyəti artıq ermənilər tərəfindən məhv edilib”, – deyə türkiyəli alim qeyd edib.




Baxış sayı: 110
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30