Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov işgüzar səfərlə “Xorqos” Sərhədyanı Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəzdə olub. Fact-info.az xəbər verir ki, bu layihə “NURLI YOL” («НҰРЛЫ ЖОЛ») yeni iqtisadi siyasət və “Bir kəmər, bir yol” strategiyası çərçivəsində həyata keçirilir.
“Xorqos” Qazaxıstan və Çinin sərhəd zonasında yerləşən və ticarət, iqtisadiyyat, investisiya və turizmin inkişafı sahələrində əməkdaşlığı özündə birləşdirən kompleksdir.
Səfər zamanı A. Atamoğlanov “Xorqos” Beynəlxalq Mərkəzinin İdarə Heyətinin sədri Nurjan Sultanaliyev ilə görüşüb, mərkəzin fəaliyyəti, logistika və tranzit imkanları ilə tanış olub.
Səfir Beynəlxalq Mərkəzin potensialını yüksək qiymətləndirib və Azərbaycanla Qazaxıstan arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Diplomat Azərbaycanın Orta Dəhlizin reallaşdırılmasındakı rolundan, dəhlizin inkişafına yönəlmiş infrastruktur layihələrindən, avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması istiqamətində görülən işlərdən danışıb.
Baxış sayı: 185
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
