FACT-INFO.AZ » SİYASƏT » Türkiyə ilə danışıqların gündəmində Cənubi Qafqazın rolu əsas yer tutur
26-05-2025, 09:00 | SİYASƏT
Türkiyə ilə danışıqların gündəmində Cənubi Qafqazın rolu əsas yer tutur

Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya gözlənilən səfəri ilə bağlı mediaya açıqlama yayıb.

Rusiya XİN-in məlumatına görə, tərəflər ikitərəfli və beynəlxalq əməkdaşlığa dair geniş dairədə məsələləri müzakirə edəcəklər. Xüsusilə, Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi məsələsinin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və regionun postmünaqişə bərpasının ətraflı şəkildə nəzərdən keçirilməsi planlaşdırılır.

Rusiya və Türkiyə Cənubi Qafqazın sülh və sabitlik içində olmasında maraqlıdırlar. Tərəflərin fikrincə, buna “3+3” Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylərlə nail olmaq mümkündür.

Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır.

Rusiya XİN qeyd edib ki, illərin sınağından çıxmış balanslı və dinamik Rusiya-Türkiyə siyasi dialoqu prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın mütəmadi təmasları sayəsində formalaşıb. Regional və beynəlxalq məsələlər üzrə sıx təmasların gücləndirilməsi məqsədilə nazirliklərarası məsləhətləşmələr aparılır və bu format effektiv və etibarlı əməkdaşlıq modeli kimi özünü doğruldub.

Sənəddə vurğulanır ki, Rusiya və Türkiyə Suriya və Liviyada vəziyyətin normallaşması prosesinə əhəmiyyətli töhfə verirlər.

Bundan başqa, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq, turizm, “Akkuyu” AES-in tikintisi, “Mavi axın” və “Türk axını” qaz kəmərlərinin istismarı olacaq.

“Rusiya tərəfi ümid edir ki, Moskvada keçiriləcək nazirlərin qarşıdakı görüşü iki dövlət arasında əlaqələrin dərinləşməsinə və regional təhlükəsizlik arxitekturasının formalaşmasına mühüm töhfə verəcək”, – deyə açıqlamada qeyd olunur.




Baxış sayı: 70
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30