FACT-INFO.AZ » XƏBƏR » “Keşikçidağ” və “Avey” dövlət tarix-mədəniyyət qoruqları ərazisində elmi diskussiyalar təşkil olunub
22-05-2025, 09:30 | XƏBƏR
“Keşikçidağ” və “Avey” dövlət tarix-mədəniyyət qoruqları ərazisində elmi diskussiyalar təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun iştirakı ilə “Keşikçidağ” və “Avey” dövlət tarix-mədəniyyət qoruqları ərazisində silsilə ustad dərslər və elmi diskussiyalar təşkil olunub. Tədbirdə Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları da iştirak ediblər.

“İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eyni zamanda Azərbaycanın Qərb bölgəsində yerləşən tarixi abidələrdə aparılmış elmi tədqiqat və arxeoloji qazıntılar” mövzusuna həsr olunmuş tədbirdə Pərviz Qasımov Ağdam rayonunda yerləşən Pənahəli xan saray kompleksi və Üzərliktəpə yaşayış məskənində aparılmış arxeoloji tədqiqatların nəticələrini iştirakçılarla bölüşüb. Müzakirələrdə material-mədəniyyət nümunələrinin tipləri, dəfn adətləri və bu tapıntıların Azərbaycanın qədim tarixinin öyrənilməsi baxımından elmi əhəmiyyəti geniş şəkildə izah edilib.

Ermənistanın işğalı dövründə bölgənin mədəni irsinə qarşı həyata keçirilmiş dağıdıcı fəaliyyətlərə xüsusi diqqət yönəldilib, abidələrə vurulmuş ziyanın miqyası və bu ziyanın elmi rekonstruksiya baxımından yaratdığı çətinliklər vurğulanıb.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında təşkil olunan dəyirmi masada “Keşikçidağ Kurqanlar Vadisində aparılan arxeoloji qazıntılar və bu qazıntılar nəticəsində üzə çıxarılan maddi-mədəniyyət nümunələrinin elmi təhlili” mövzusunda diskussiyalar aparılıb.

Sonra Pərviz Qasımovun rəhbərliyi ilə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun Göyəzən filialı ərazisində açıq səma altında növbəti ustad dərs keçirilib.

Tədbirin yekununda “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda daha bir dəyirmi masa təşkil oluub. Bu müzakirələrdə xüsusilə Damcılı mağarası, Daşsalahlı kurqanları və Göyəzən abidələrinin yerli və beynəlxalq elmi ictimaiyyət üçün strateji əhəmiyyəti vurğulanıb, bu abidələrin elmi tədqiqi və müasir metodlarla təbliği istiqamətində fikir mübadiləsi aparılıb.




Baxış sayı: 230
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30