FACT-INFO.AZ » AKTUAL » Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Cümhuriyyət qurucularına borcluyuq”
23-05-2025, 16:30 | AKTUAL
Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Cümhuriyyət qurucularına borcluyuq”

Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-cı ildönümü tamam olur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Cümhuriyyət müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoymuşdu. Ona görə də, 28 May –Müstəqillik Günü xalqımız üçün ən dəyərli və müqəddəs bayramlardan biridir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi qürur hissi ilə qeyd edir.

 

44 günlük Vətən müharibəsinin iştirakçısı,  tanınmış cərrah Anar Yusibov bu şərəfli tariximizə nəzər salır:

 “Gerçəkdən Azərbaycan Xalq Cümhuriyyəti bizim şərəfli tariximizdir.  İlk Bəyannaməsini Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Tiflisdə élan edən bu, cümhuriyyət sonra Gəncəyə köçüb. Tarixdən məlumdur ki, bu insanlar çox ağır şəraitdə çalışıblar. Bakı işğalçılardan azad edildikdən sonra bütün hakimiyyət paytaxtda cəmləşib.  AXC-nin ömrü qısa  olsa da, çox fədakarlıqla çalışıblar. 23 ay ərzində bu insanlar əzmlə  çalışaraq Şərqdə ilk demokratik  dövlət qurublar. Təhsilin inkişafının zərurətini dərk edən AXC rəhbərliyi xeyli sayda azərbaycanlı gənci xarici ölkələrə təhsil almağa  göndəriblər. Bütün sahələrdə dövlət quruculuğu işləri aparılıb.  Amma işğalçı qüvvələr milli hakimiyyətin fəaliyyətini qəbul edə bilmədilər. Beləliklə, Xalq Cümhuriyyətinə qəsd etdilər.

Amma  70 ildən sonra,  1991-ci ildə Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Bu gün biz Cümhuriyyət qurucularına borcluyuq. Onları ehtiramla anırıq. Həmin liderlərin ideyaları gerçəkləşdi. Bu gün biz  müstəqilliyimizin əbədi olduğunu dərk edirik. Azərbaycanın ərazi bütövlüyü  təmin edilib. Cümhuriyyət qurucuları məhz bunu arzulayırdılar. Torpaqlarımızın, Vətənimizin azadlığı uğrunda Şəhid olmuş bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm.

   Fact-info.az




Baxış sayı: 615
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30