FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Repressiya qurbanları haqqında kitab
12-07-2017, 10:45 | TƏDQİQATLAR-ANALITIKA
Repressiya qurbanları haqqında kitab

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Sadıq Zeynaloğlunun rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş "Onları Vətəndən məhrum ediblər" və "Tarixin qan yaddaşı" kitablarının təqdimat mərasimi keçirilib. 
Mərasimdə millət vəkilləri, ziyalılar, yazarlar və media nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların, Qarabağ münaqişəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, hər iki kitabın sifarişçisi Mehdi Məmmədov, layihənin təşkilatçısı "Kaspi" Mətbuat və Təhsil Mərkəzi, tərcüməçi Elxan Zal Qaraxanlı, redaktoru isə Fərid Hüseyndir.

Təqdimatı giriş nitqi ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov kitabın tarixi və bədii əhəmiyyətindən danışıb, onu repressiya illərinin tarixini öyrənmək baxımından qiymətli mənbə kimi dəyərləndirib: "Sadıq Zeynalovun özü də repressiyadan əziyyət çəkmiş nəslin nümayəndəsidir. 1950-ci illərdən sonra repressiya qurbanları ilə bağlı komissiya yaradılmışdı. Bu kitabda həmin komissiyanın əldə etdiyi faktlar toplanıb. "Tarixin qan yaddaşı" kitabında Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsa, Şahbuz rayonunun Keçili, Xızının Ağdərə kəndlərində 1931-ci ilin fevral-mart aylarında baş verən hadisələr təsvir olunub. Oçerklərdən ibarət olan "Onları Vətəndən məhrum ediblər" kitabı arxiv materialları əsasında hazırlanıb. Burada cibində Kommunist Partiyasının biletini daşıyan NKVD-nin erməni əməkdaşlarının çıxardığı qərarlar əsasında Qazaxıstana sürgün edilən qarabağlıların siyahısı verilib. Kitabdakı adlar, soyadlar və digər məlumatlar arxiv materiallarından götürülüb. Kitab Qazaxıstanın və Orta Asiyanın nüfuzlu kitabxanalarına paylanıb. Bugünlərdə Azərbaycanın da bir sıra kitabxanalarında öz yerini tutacaq".

"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Azərbaycan xalqının repressiya tarixindən bəhs edən nəşrlər o dövr haqqında həqiqətləri sənədlər əsasında üzə çıxarır: "Repressiya qurbanları ailələrinin həyatından bəhs edən kitablar bütövlükdə Azərbaycan xalqının taleyi, onun başına gətirilən faciələrin, ona qarşı təcavüzlərin bir hissəsidir. Bu elə bir hadisədir ki, ona qarşı laqeyd qalmaq olmaz. Müəllif yazır ki, repressiya hadisələrinin 93 faizinin birbaşa təşkilatçısı ermənilər idilər. Onların Azərbaycan xalqına qarşı təcavüzü hələ də davam etməkdədir. Bunun ən sonuncu nəticəsini biz bir neçə gün öncə Füzulinin Alxanlı kəndindəki faciə ilə yaşadıq. Kitabda adları çəkilən kəndlərin repressiya qurbanları ya həbs olunub, ya Qazaxıstana sürgün edilib, ya da güllələnib. Çox ailələrin başçıları güllələnib, qalanları isə sürgünə göndərilib. Bunun əsas səbəbi isə o idi ki, onlar hakimiyyətə qarşı mərd-mərdanə dayanıb, boyun əyməyiblər. Ermənilər isə əllərinə fürsət düşən kimi onları məhv etmək niyyətlərini həyata keçiriblər. Əsas məqsəd Azərbaycan xalqının milli iradəsini sındırmaq, milli yaddaşını məhv etmək olub. Ancaq tarix bunu göstərir ki, onlar bu məqsədlərinə nail ola bilməyiblər. Sənədlər əsasında yazılan və qərəzdən, təhrifdən uzaq olan dəyərli kitablar ölkənin bütün kitabxanalarına göndəriləcək".

S.Vəliyeva Heydər Əliyevin 1996-cı ildə imzaladığı "1920-50-ci illər arası repressiya qurbanı olmuş azərbaycanlıların reabilitasiyası haqqında" sərəncamı xatırlayıb, bu sərəncamdan sonra arxivlərin aydın şəkildə öz xalqına xidmət etdiyini deyib: "Bu sərəncamda sürgündə dünyaya gəlmiş uşaqlar bel, repressiya qurbanı hesab edilir. Bu, reabilitasiya haqqında yeganə sənəddir. Sadıq bəyə Naxçıvanda Daxili İşlər naziri işləyəndə bu faktları yandırmaq tapşırılsa da, gizli şəkildə qoruyub-saxlamağı bacarıb. 1996-cı il sərəncamından sonra isə bütün sənədləri arxivdən çıxararaq Heydər Əliyevə təqdim edib. Mən düşünürəm ki, bu kitablarda çox ailələr o dövrdə itirdiyi üzvünü, yaxınını tapacaq". Çıxışının sonunda S.Vəliyeva qeyd edib ki, faciələri yaşamamaq üçün bizim bir xalq olaraq, milli yaddaşımız möhkəm olmalıdır. Bu kitablar da məhz buna xidmət edir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, kitablardakı məlumatlar tariximizin müstəqilliyə gətirən yollarını yenidən öyrənmək, onları təhlil etmək baxımından olduqca əhəmiyyətlidir. Akademik bildirib ki, kitablarda Azərbaycanın müxtəlif rayonlarında 1920-ci illərindən sonra baş verən repressiyalar, faciələr öz əksini tapıb: "Burada məhkəmə prosesləri, yaddaş materialları var. Bütün bunlar insanlara məlumatları dolğun təqdim etməyə imkan verir. Sovet dövründə uzun müddət "Keçili hadisələri" Keçili banditlərinin hadisəsi kimi təqdim edilirdi. Bunu süni şəkildə belə təqdim edənlər də ermənilər idi. O dövrdə bu mövzuları dilləndirmək qadağan idi. Ancaq Heydər Əliyevin qərarından sonra bütün elmi və bədii ədəbiyyatda bu mövzu yazılmağa, araşdırılmağa başladı. İlk sanballı əsəri isə mərhum Ziya Bünyadov yazdı".

Xalq şairi Sabir Rüstəmxanlı Sadıq Ziyadoğlunun qardaşı Murtuz Sadıqovun da repressiya ilə bağlı kitab yazdığını xatırlayıb və qeyd edib ki, bir ailə bir millətin qan yaddaşının araşdırılması ilə məşğul olub. Şair Azərbaycanda "Soyqırım muzeyi"nin yaradılması təklifini irəli sürüb və deyib ki, orada təkcə Qarabağ, Xocalı deyil, tarix boyu Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş, sürgün edilmiş bütün qurbanların adları yazılmalıdır.

Millət vəkili Elmira Axundova Ümummilli lider Heydər Əliyevin 1940-cı illərdə KQB-nin şöbə müdiri vəzifəsində çalışarkən gördüyü işlərdən danışıb, Dövlət Təhlükəsizlik orqanlarının ermənilərdən təmizlənməsində xüsusi rolunu vurğulayıb.

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid kitablarda bəhs olunan hadisələri "səssiz soyqırım" adlandırıb: "Bu araşdırmalar maarifçilik hərəkatı, klassik irsimizə sadiqlik baxımından çox önəmlidir. Kitabları oxuduqca gözlərim önünə müəllifin daxili yanğısı, keçirdiyi əzab hissləri gəlirdi. Ermənilərin törətdiyi bu məkrli siyasət məhz soyqırımdan xəbər verir. Bu hadisələr 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən etnik təmizləmənin davamıdır. Burada elə insanlar var ki, onların həyatından ayrıca roman yazmaq mümkündür. Məsələn, Əməkdar artist Cahan Talışinskayanın həyatı mənə çox təsir etdi. Bu sənədlər yazıçılara, jurnalistlərə imkan verəcək ki, onlar bu hadisələr əsasında bədii, poetik əsərlər yazsınlar".

Millət vəkili Musa Qasımlı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, eləcə də İbrahim Əliyev, Siyavuş Mustafayev, Elxan Zal Qaraxanlı və başqaları çıxış edərək hər nəşrin ölkə kitabxanalarına və diplomatik korpus nümayəndələrinə göndərilməsinin vacibliyinə diqqət çəkiblər.

 

Sonda kitabların sifarişçisi Mehdi Məmmədov bu layihədə əziyyəti olan və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib, özünün və ailəsinin də repressiyadan əziyyət çəkdiklərini nəzərə çatdırıb: "Mənim valideynlərim də 1937-ci ildə Naxçıvandan deportasiya olunublar. Bu kitablarda daşnakların 1918-ci ildən başlayaraq, öz cinayətlərini sistemləşdirməsi haqqında faktlar var. Bu, təkcə repressiya deyil, millətin ən parlaq nümayəndələrinə qarşı cinayət, soyqırımdır".




Baxış sayı: 1 866
“Çal qılıncın, yetdim!.." Dünən, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Dünən, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Dünən, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Dünən, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Dünən, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Dünən, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Dünən, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Dünən, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Dünən, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930