FACT-INFO.AZ » SİYASƏT » Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil
21-11-2024, 19:30 | SİYASƏT
Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil

Lüksemburq Deputatlar Palatası növbəti dəfə qərəzli və absurd yanaşma sərgiləyib. Belə ki, bu dəfə cırtdan ölkənin qanunverici orqanının təmsilçiləri Qarabağda separatçı hərəkətlərə yol verən, Azərbaycan torpaqlarında terror aktlarına imza atan şəxslərin azad olunmasını tələb edən “qətnamə” qəbul ediblər. Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olaraq bu yanaşmadan, sadəcə, təəssüf hissi keçirirəm. Təbii ki, bu sənədin heç bir hüquqi əsası yoxdur və bizim üçün adi kağız parçasından başqa bir şey deyil.

Bu sözləri Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

“Məsələ burasındadır ki, milli dili olmayan, öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna da fransızsayağı yanaşırlar. “Qətnamə”də erməni lobbisinin, E.Makronun dəst-xəti kifayət qədər aydın sezilir. Belə ki, kağız parçasında Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü il 26 avqust tarixli qərarı ilə AŞPA-nın 76 deputatını "arzuolunmaz şəxs" elan etməsinə qarşı bənd də salınıb. Beynəlxalq münasibətlər sistemində heç bir nüfuzu olmayan cırtdan ölkənin bu cür qərəzli yanaşmaları təbii ki, rəsmi Bakının mövqeyinə təsir edə bilməz", - deyə deputat bildirib.

O bildirib ki, Lüksemburq parlamentinin qəbul etdiyi sənəd beynəlxalq birliyin Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycana münasibətini dəyişə bilməz.

Erməni lobbisinin təsiri altına düşən lüksemburqlu parlamentarilər reallıq hissini itirərək, BMT-nin ən nüfuzlu tədbirlərindən biri olan COP29-un keçirildiyi bir vaxtda bu cür qarayaxma kampaniyasına qoşulublar. Azərbaycanı heç bir əsas olmadan söz azadlığını pozmaqda ittiham edirlər, amma nədənsə, COP29-un fəaliyyətini azad şəkildə işıqlandıran 4000-ə qədər yerli və beynəlxalq media təmsilçisini görməzdən gəlirlər. Eyni zamanda, 197 ölkənin vətəndaş cəmiyyətinin nümayəndələrinin məhz COP29 çərçivəsində müxtəlif mövzularda aparılan müzakirələrdə maneəsiz iştirakı söz azadlığının ən bariz göstəricisidir. Bu reallıqlar fonunda Azərbaycanı insan haqlarının pozulmasında ittiham etmək, sadəcə, riyakarlıqdır.

Məsələ burasındadır ki, Lüksemburqun Deputatlar Palatasının sədri də bu ilin mayında Ermənistana səfər edərək, bu ölkənin parlamentində çıxışı zamanı Azərbaycanın ünvanına ittihamlar səsləndirmişdi. Azərbaycan parlamenti bu qərəzli və absurd fikirləri kəskin şəkildə qınayaraq qətiyyətlə etirazını bildirmişdi.

Görünən odur ki, Lüksemburq 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqları hələ dərk edə bilməyib. Müharibədən sonra bu ölkənin xarici işlər naziri də absurd bəyanatlarla çıxış etmişdi. O vaxt Prezident İlham Əliyevin bu cırtdan ölkəyə “sadəcə, müqayisə üçün sizə deyə bilərəm ki, bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Ona görə də Lüksemburqun xarici işlər naziri yaxşı olardı öz qayğısına qalsın və bu eyhamlara son qoysun” məzmunlu çox tutarlı reaksiyasını cırtdan dövlətin deputatlarına da xatırlatmaq yerinə düşər.




Baxış sayı: 155
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30