FACT-INFO.AZ » MÜSAHİBƏ » Ölkəmizdə Konflikt Jurnalistikası Məktəbi yaradıldı
4-07-2017, 11:45 | MÜSAHİBƏ
Ölkəmizdə Konflikt Jurnalistikası Məktəbi yaradıldı

Bir xəbərin sorağına getdim. FB-dən oxudum ki, “Dinc Dünya” Araşdırma Mərkəzi Müdafiə Nazirliyinin bazasında, BDU-nun jurnalistika fakültəsinin tərəfdaşlığı ilə Konflikt Jurnalistikası Məktəbi yaradıb. Ölkə jurnalistikasında yeni və çox vacib olan bu öyrətmə mərkəzində nələr olacağından xəbər tutmaq istəyirdik.

Məktəbin qurucusu Əlisafa Mehdiyevlə Yasamal sərinliyində çay masasının arxasında oturduq. Mənə “Ekstremal Jurnalistin əl kitabı”-nə hədiyyə elədi. Son illərin savaş qovğalarında media nümayəndələrinin ekstremal şəraitlərdə həlak olmalarından, yaralanmalarından, zərər çəkmələrindən, o cümlədən, belə hallarda düzgün informasiya ala bilməmələrindən, yaxud yanlış məlumatlar aldıqlarından, hətta, bu hadisələrin düzgün redaksiya həllini çox vaxt bacarmadıqlarından danışdıq.

Belə düşünürəm, söhbətimizin daha gərəkli hissəsini oxucularımızla bölüşməyə dəyər.

Amma bircə şərtlə. Suallarınızı, istəklərinizi bizə yazın.

İlk sualım belə oldu:

-Müharibə şəraitində KİV-in davranışı sizi qane edirmi?

-Yox.

-Müharibə şəraitində jurnalistin davranması ilə bağlı təlim bazası yoxdursa, jurnalistika fakültə­lərində bu mövzuda dərslər keçirilmirsə, uzun müddət münaqişə zonasında olan jurnalist mütəxəssislər bir təlim mərkəzində cəmləşdirilməyibsə, dövlətin informasiya təhlükəsizliyi barədə qanun eləcə də öyrənilməmiş qalıbsa, tətbiqi variantları düşünülmürsə, KİV-lərdə döyüş meydanına getməyin xüsusi ezamiyyə təcrübəsi yoxdursa, gedənlər populust, üzəvari davranış və görsənişlərlə xəbər yayırlarsa, verilişlər yalnız ictimaiyyəti az maraqlandıran, şüarçı mövzularla yüklənirsə və sair və ilaxir səbəblər varsa, Ölkə KİV-lərinin hansı davranışından razı qalmaq olar?

Hələ atüstü cavab verdim. Axı bu sahə ciddi elmi-təcrübi müstəvidə hazırlaşılmalı olan bir bilim sahəsidir.

-Döyüş zamanı jurnalistlərin baş verən toqquşmalar haqqında bəzən səhv informasiya verməsi nədən qaynaqlanır?

Burada bir neçə məqamı açığa çıxartmaq gərəkdir.

Döyüşdən, terrordan xəbər yayan jurnalist, ümumiyyətlə, baş vermiş qarşıdurmanın xarakterini bilməlidir.

Qarşı tərəflərin hərbi durumunu, strateji və taktiki mövqelərini mümkün qədər bilməlidir.

Çağdaş silahların, sursatların taktiki-texniki xüsusiyyətini bilməlidir.

Döyüşçülərin psixoloji övqatını, onlarla işləmə üsullarını bilməlidir.

İnformasiya almaq üçün getdiyi tərəfin jurnalistə münasibətini, daha dəqiqi onun hərbi arenada nə qədər tanınmasını, ona olan etibarlılıq haqqını, onlarla dil tapma vərdişlərini bilməlidir.

O dövlətin informasiya müharibəsində müəyyən etdiyi strategiyanı bilməlidir.
O dövlətin bu sahədə qəbul etdiyi qanunları bilməlidir.

Savaş prosesində nəyi daha çox görməyi, nəyi daha çox qabartmağı, nəyin barəsində susmağı bilməlidir.

Yayacağı informasiyanın cəmiyyətin maraq gözündə nə qədər olmasını bilməlidir. Və s.

Bunlar barədə elementar xəbəri olmayan reportyor haydan, küydən özgə nə edə bilər ki?

-Müharibə şəraitində  sosial şəbəkələrdə yanlış informasiyalarla üzləşməmək üçün nə etmək lazımdır?

Sosial şəbəkələrdə...

Bu xeyli çətin məsələdir.

Sosial şəbəkələrdə hərə özünün redaktorudur. Üstəlik də biri birindən paylaşmalar kütləvi çoxalmaqla tarlanı yağmalayan çəyirtkə sürüsü deməkdir. Təbii, xəbərin cəmiyyətin maraqlarını təmin edib-etməsindən asılı olaraq. Hərənin əlində bir android telefon var. Lap elə adi telefonla, cəbhə yaxınlığından nəvəsi Gülsənəmə zəng edən Fatmanisə qarı ağlına gələni danışırsa, Gülsənəm də fürsəti itirməyib birbaşa “studiyaya bağlanırsa”, nə etməlisən?

Bundan da ciddi başqa bir fakt. Düşmən məqsədli dez-informasiya yayırsa, özü də çox peşəkar səviyyədə, hədəfləri snayper gözü ilə görməklə, yəni əhalinin maraqlarını qaşıya-qaşıya. Xəbərsiz kütlə də bu informasiya təxribatına küylənirsə, nə etməlisən?

Ona görə də münaqişəyə cavabdeh olan güc nazirliyinin mətbuat xidməti bu məqamda çox çevik işləməlidir. O cür xəbərləri önləməlidir. Peşəkar savaş jurnalistlərini, daha dəqiq desək, konflikt jurnalistikası mütəxəssislərini o güc nazirliyinin uyğun idarəsi çevik gedişlə səfərbər etməlidir, hadisə yerinə aparmalıdır. Akkreditə almağa layiq olan redaksiyalar (Tv-lər, radiolar, qəzetlər, saytlar) gülsənəmlərin səsini batırmalıdırlar.

Güc nazirliyi bu işi etməsə, konflikt jurnalistikası məktəbinin yaranmasında maraqlı olmasa, bu məktəbdə təlim alanlardan bir klub yaratmasa, onları bu hadısələrdə gərək olan əlbəsə ilə, sursatla, nəqliyyatla təmin etməsə, nə etməlisən?

Heç nə. Ölünü qoy, dirini ağla.

-Müharibə şəraitində media ilə bərabər sosial şəbəkələrdə də vətənsevərlik ruhunu qaldırmaq üçün nə etmək lazımdır?

-Şüarçılıq, təşviqatçılıq SSRİ kimi uçub dağılan bir anlayışdır. Kabinet məmurundan tutmuş ən xırda komandirəcən xidmətdə dürüstlük, təmizlik bütün cəmiyyətdə vətənsevərlik ruhunu şüarsız, təbliğatsız da yarada bilir. Vətənsevərlik təbii hissdir. Buna görə sənin sualına belə cavab verirəm. Ən doğru iş KİV-də düzgün informasiya yayımlamaqdır, yalan danışmamaqdır, xalqı aldatmamaqdır.

Sosal şəbəkələrdə təlaşla, vahimə ilə çaxnaşma salmaq hələ dövlət dayaqları yetərincə bərkiməmiş ölkələrdə gözlənilən haldır. Bu hallarda qadınların, qadın xislətlilərin, yəni zəiflərin, qorxuya uyanların, həmçinin çaxnaşmaya meylli olan ünsürlərin, düşmən təxribatçılarının klaviaturasını əlindən necə alasan? Bunlar olacaq. Bunların olmaması üçün yalnız uğurlu döyüş əməliyyatları etmək gərəkdir. Qalibiyyət yolunda çaxnaşma meyilli səslər eşidilmir.

-Müharibə şəraitində media əməkdaşlarının məsuliyyətli davranması üçün nə etmək gərəkdir?

-Bayaq dedim. Əlavə edim. Ölkə mediasında işləyənlərin böyük çoxluğu jurnalistika təhsili almayıblar, jurnalistikanın qızıl qaydalarını bilmirlər. Konflikt məqamında davranmanın elementar vərdişlərini bilmirlər. Onlar elə bilirlər ki, əllərinə düşəni yaymaq gərəkdir. Onlar jurnalistikada uşaq kimidirlər. Ona görə də bu mövzuda işləmək meyli olanların hamısına təlim vermək gərəkdir.

Münaqişənin məziyyətlərini, xatakterini bilən jurnalist istər-istəməz məsuliyyətli olur. Xəbərsizə ha de məsuliyyətli ol! Uşağa ha de ağıllı ol! Qayıdıb deyəcək ağıl nədir?

-Müharibə şəraitində KİV-in informasiya təhlükəsizliyinə münasibət sizi qane edirmi?

-Bu sənin birinci sualının eynidir. Amma əlavə edim. İnformasiya Təhlükəsizliyi barədə Dövlət Qanunu var. Bunun jurnalistikaya az dəxli var.

Jurnalist informasiya axtarışçısıdır, qoruyucusu deyil. Dövlətə hansı informasiyanın yayılmasının təhlükə olması barədə jurnalistlərə heç bir açıqlama verilmir. Dövlət sirrinə cavabdeh olan məmur bu informasiyanı açığa çıxarda bilməz.

Ümumiyyətlə bu mövzunun nə olduğu barədə jurnalist tələbələrə mühazirələr edilmir. Sadəcə olaraq, həssas, savadlı jurnalist intuitiv olaraq nəyin dövlətçiliyə təhlükə ola biləcəyini duya bilir. Yazılmamış qanunlar kimi.

Yalnız Müdafiə Nazirliyi döyüş şəraitində olduğumuza görə, jurnalist özbaşınalığından zərər çəkdiyinə görə açıqlamalar verir. Bu isə hərbi sirrlərə aiddir. Bunu da bilirsiniz.

Jurnalist milli maraqlara xidmət edən sirrlərin qoruyucusu olur. Jurnalist xalq siyasətinin diplomatı olur. Jurnalist xalqdan dolayı dövlət sirrlərinə sayğı göstərir. Jurnalist dövlətlə yox, cəmiyyətlə işləyir. Məsələn, jurnalist Qarabağın azad edilməsinin istəyindədir. Qonşu dövlətlərlə aparılan danışıqlardan xəbərsizdir. Bəzi silahların haradan alınmasından xəbərsizdir. Döyüşün gedişində dövlətin üzləşə biləcəyi risklər barədə çox az bilə bilər. Jurnalist qaçqın-köçkünlərinin rifahı istəyindədir, dövlətin bu rifaha ayıracağı vəsaitin büdcəyə ağırlığı-yüngüllüyü onu maraqlandırmır.

Jurnalist milli təəssübün, milli şərəfin qoruyucusudur. Məmurlar da jurnalistikanın bu xüsuslarını anlamalı və qəbul etməlidirlər. Qəbul etməlidirlər və mane olmamalıdırlar.

-Ekstremal şəraitdə Azərbaycan mediasının davranışını tənzimləmək üçün nəyi etmək faydalı olar?

Müdafiə nazirinin əmri ilə 3-cü ildir ekstremal situasiyalarda işləyən jurnalistlərə təlim edirik. QHT-lərə Dövlət Dəstəyi Şurası bu vacib təlimlərə maliyyə yardımı ayırır. Artıq SQ-nin bir ordu korpusunda təlimçi-zabit heyəti formalaşdırmışıq. İki ilin təcrübə bazası yaratdıqdan sonra “Konflikt Jurnalistikası Məktəbi” (KJM) yaratmışıq.

Mənə belə gəlir, bütün redaksiyalardan cəbhə zonasına gedən jurnalistlər bu məktəbin təlimlərində olmalıdırlar, bitkin bilik qazanmalıdırlar.

Bundan sonra, müdafiə Nazirliyi KJM-in məzunlarını akkreditə etməlidir, onların bir növ klubunun yaradılmasına maraqlı olmalıdır. Vaxtaşırı yeniliklərlə onları təmin etməlidir. Həmçinin, o reportyor və operatorlar üçün xüsusi zireh jiletlərin, kaskaların alınmasına maraqlı olmalıdır.

Redaktorlar ekstremal hadisə yerinə hazırlaşmış jurnalistləri işə almalıdırlar. Onların sığorta olunmasını, zamanında həkim yoxlanışından keçmələrini, gərəkən sənədlərinin hazırlanmasını, ezamiyyə haqlarının vaxtında ödənilməsini təmin etməlidirlər.

-Belə düşünürəm, bu gedişlərdə püxtələşmək mümkündür. Başqa cür necə ola bilər ki?

Yalnız bu sahəni mükəmməl bilən jurnalist savaş, terror, lap küçə mitinqlərində məsuliyyətli davranmanı bacaracaqlar.

Bu qədər.

Sizə uğurlar, Əlisafa müəllim. Çox maraqlı oldu söhbətimiz. Var olasınız.

Sağ ol, həmkar. Bu da Vətənə xidmətdir.

 Həmsöhbətimən ayrılandan bəri interneti aradım. Jurnalistlərin ekstremal situasiyalarda təhlükəsizliyini təmin etməklə bağlı inkişaf etmiş ölkələrin demək olar ki, hamısında bu cür təlim bazalarının olduğunu gördüm. Ona görə də bütün həmkarlarıma xitab edirəm. Biz KJM təlimlərini mütləq keçməliyik! Ölkəmizdə müharibə bitməyib.
 Əkrəm Bəydəmirli




Baxış sayı: 2 674
Beyin stimulyasiyası vasitəsilə yuxunun bəzi faydalarını süni şəkildə təqlid etmək mümkündür Bu gün, 10:30 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib 22-11-2024, 08:00 Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil 21-11-2024, 19:30 Şəfiqə Kutluer: Festivalımızın açılışının Qarabağ Zəfərinə həsr edilməsi məni çox qürurlandırır 21-11-2024, 19:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930