FACT-INFO.AZ » SİYASƏT » Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu
Bu gün, 09:00 | SİYASƏT
Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqın iradəsi və hərbi qulluqçuların qəhrəmanlığı mühüm amillər olub. Müharibə zamanı dövlət rəhbərliyinin fəaliyyəti, cəmiyyətin səfərbər edilməsi və Ali Baş Komandanın hərbi-siyasi proseslərə birbaşa nəzarəti qələbənin əldə olunmasında xüsusi əhəmiyyət daşıyıb.

Bu fikirləri ABŞ Ordusunun ehtiyatda olan mayoru Con Spenser “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, müharibə dövründə və ondan sonra baş verən hadisələr Prezident İlham Əliyevin idarəetmə məharətinin və proseslərə birbaşa nəzarətinin əhəmiyyətini aydın şəkildə göstərir.

“Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə dərhal səfər etməsi həmin torpaqların azad olunmasının dövlət və xalq üçün daşıdığı mənəvi-siyasi əhəmiyyəti nümayiş etdirib. Hərbi qulluqçuların öz həyatlarını qurban verərək şəhid olmaları qələbənin qiymətini və onun arxasında dayanan fədakarlığı göstərir. Prezident İlham Əliyevin şəhidlərin xatirəsinə göstərdiyi yüksək ehtiram bu qələbənin mənəvi dəyərini daha da önə çıxarır.

C.Spenser bildirib ki, qələbəyə təsir göstərən mühüm amillər sırasında müharibənin müddəti, xalqın iradəsi və ali rəhbərlik səviyyəsində cəmiyyətin səfərbər edilməsi xüsusi yer tutur: “Hərbi uğur yalnız ordunun döyüş meydanındakı fəaliyyəti ilə məhdudlaşmır, həm də siyasi rəhbərliyin strateji qərarları və xalqın ümumi məqsəd ətrafında birləşməsi ilə bağlıdır”.

ABŞ Ordusunun ehtiyatda olan mayoru Prezident İlham Əliyevin müharibə dövründəki çıxışlarının əhəmiyyətinə də toxunub. O qeyd edib ki, dövlət başçısının xalqa müntəzəm müraciətləri cəmiyyətin məlumatlandırılması, xalqın iradəsinin möhkəmləndirilməsi və ölkənin qarşıya qoyduğu məqsədlərinin aydın şəkildə ifadə olunması baxımından mühüm rol oynayıb.




Baxış sayı: 75
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30