Bakı Ekspo Mərkəzində tanınmış türkoloq-alim, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Məmmədov Tağısoyun dördcildlik “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimat mərasimi keçirilib.
Fact-info.az xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və dəstəyi ilə XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində reallaşıb.
Təqdimat mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, professorlar İmamverdi Həmidov, Məmməd Əliyev, Seyfəddin Rzasoy, Abid Tahirli, Elman Quliyev və digər tanınmış alimlər, ədəbiyyatşünaslar, Bakı Slavyan Universitetinin professor-müəllim heyətinin nümayəndələri, tələbələr iştirak ediblər.
Şair, tədqiqatçı Fərid Hüseynin aparıcılığı keçən təqdimatda çıxış edənlər nəşrin elmi əhəmiyyətini vurğulayaraq onun Azərbaycan ədəbiyyatşünaslığı və türkologiya elmi üçün mühüm mənbə olduğunu bildiriblər. Qeyd olunub ki, əsər qazax ədəbiyyatının tarixi, inkişaf mərhələləri və zəngin ədəbi irsinin sistemli şəkildə öyrənilməsi baxımından əhəmiyyət daşıyır.
Çıxışlarda kitabın Azərbaycan ilə Qazaxıstan arasında ədəbi-mədəni əlaqələrin inkişafına, türk xalqlarının ortaq mənəvi irsinin və dəyərlərinin araşdırılmasına, eləcə də təbliğinə töhfə verəcəyi diqqətə çatdırılıb.
Qazax ədəbiyyatı türk xalqlarının çoxəsrlik tarixi yaddaşını, milli düşüncəsini və mənəvi dəyərlərini əks etdirən zəngin ədəbi irsə malikdir. Professor Nizami Məmmədov Tağısoyun dördcildlik əsəri bu irsin sistemli və konseptual şəkildə tədqiqi, həmçinin qazax ədəbiyyatının Azərbaycan elmi ictimaiyyətinə daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Uzun illərdir elmi-tədqiqat və pedaqoji fəaliyyətlə məşğul olan professor Nizami Tağısoyun bu nəşri türk xalqlarının ədəbiyyatının, qarşılıqlı ədəbi əlaqələrin, müqayisəli ədəbiyyatşünaslığın və türkologiyanın inkişafına verilən dəyərli töhfə kimi səciyyələndirilib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın rəhbərlik etdiyi qurumun nəşrə göstərdiyi dəstək türk xalqlarının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Kitabın təqdimatı Azərbaycan ilə Qazaxıstan arasında elmi-mədəni əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində əlamətdar hadisə olub.
Baxış sayı: 75
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
