FACT-INFO.AZ » XƏBƏR » Fransanın “Le Moci” jurnalı Azərbaycan həqiqətlərindən yazıb
5-06-2017, 07:40 | XƏBƏR
Fransanın “Le Moci” jurnalı Azərbaycan həqiqətlərindən yazıb

Müsahibədə səfir Azərbaycan-Fransa iqtisadi əlaqələrindən, ölkəmizin tarixindən, turizm potensialından, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və s. söz açıb.

Səfir iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycanın Cənubi Qafqazda Fransanın bir nömrəli iqtisadiyyat və ticarət tərəfdaşı olduğunu vurğulayıb. Fransanın sabiq Prezidenti Fransua Ollandın 2014-cü ildə Cənubi Qafqaza səfərini ölkəmizdən başlamasının bunun bariz nümunəsi olduğunu qeyd edib. Bildirib ki, Fransa Prezidentinin Azərbaycana səfəri çərçivəsində siyasi əlaqələrin əsas istiqamətlərini müəyyən edən mühüm sənəd imzalanıb. Həmin sənəd Fransanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıdığını təsdiqləyir. Eyni zamanda, səfər çərçivəsində kənd təsərrüfatı, nəqliyyat, enerji kimi bir sıra sahələrdə hökumətlərarası əməkdaşlıq sazişləri imzalanıb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin ilk rəsmi səfərini Fransaya etdiyini, fransalı həmkarının dəvəti ilə dəfələrlə bu ölkədə olduğunu diqqətə çatdırıb. O, həmçinin Azərbaycan Prezidentinin Fransaya son səfəri və keçirilən mühüm görüşlər barədə ətraflı məlumat verib. Diplomat ölkəmizdə uğurla fəaliyyət göstərən 50-dən çox fransız şirkətinin enerji, aviasiya, kosmik sənaye, nəqliyyat, su təminatı, kənd təsərrüfatı kimi sahələrdə həyata keçirilən 30 genişmiqyaslı layihədə iştirak etdiyini bildirib.

Qeyd edilib ki, regionun aparıcı dövləti olan Azərbaycan enerji və nəqliyyat sahələrində beynəlxalq səviyyəli böyük layihələrə imza atıb. Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələri reallaşdırıb.

Səfir deyib ki, Azərbaycanın bütün qonşu ölkələrlə yaxşı münasibət saxlamaq niyyətinə baxmayaraq, Ermənistan tarixi torpaqlarımızın 20 faizini - Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasına dair qəbul etdiyi 4 qətnaməyə, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – Fransa, ABŞ və Rusiyanın mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan etməsinə baxmayaraq, Ermənistan 25 ildir işğalçı siyasətindən əl çəkmir və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur.

Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən səfir bəzi fransız şirkətlərinin birbaşa və ya dolayı yolla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda fəaliyyət göstərməyə cəlb olunduqlarını, ancaq sonradan onlardan bəzilərinin vəziyyəti araşdıraraq özləri də bilmədən Fransanın beynəlxalq öhdəliklərini pozaraq qeyri-qanuni fəaliyyət göstərdiklərini anladıqlarını bildirib. O, BMT Baş Assambleyasının 62/243 saylı qətnaməsini xatırladaraq, Azərbaycanın işğal altındakı torpaqlarında fəaliyyət göstərən fransız şirkətlərinin ölkəmizin qanunvericiliyinin müddəalarını kobud şəkildə pozmaqla yanaşı, dövlət sərhədi haqqında qanunu, vergi və gömrük məcəllələrini və digər müvafiq qanunları pozmaqla bərabər, vergi və rüsum ödəmələrindən yayınmaqla cinayətkara çevrildiklərini qeyd edib. Bildirib ki, səhv etdiklərini görən bəzi fransız şirkətləri Azərbaycandan üzr istəyiblər. Səfir Ermənistanla əlaqəsi olan fransız şirkətlərini ayıq olmağa çağırıb, Azərbaycan hökumətinin icazəsi olmadan onun işğal altındakı Dağlıq Qarabağ regionunda aparılan bütün iqtisadiyyat və ticarət fəaliyyətlərinin qeyri-qanuni olduğunu və beynəlxalq hüquqa və milli qanunvericiliyimizə zidd olduğunu xatırladıb.

Avropa ilə Asiya arasında, Böyük İpək Yolu üzərində, Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycan haqqında ətraflı məlumat verən diplomat ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika olmasından söz açıb. O deyib ki, bu gün ölkəmizin əsas prioritetlərindən biri turizmin inkişafıdır. Bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan beynəlxalq səviyyədə tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoq platformasına çevrilib.

Səfir qeyd edib ki, Heydər Əliyev Fondu 25 fransız şəhərində Azərbaycan mədəniyyət günləri təşkil etməklə mədəniyyət əlaqələrinin möhkəmlənməsinə töhfə verib. Rayonların, şəhərlərin, xüsusilə də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün böyük potensial var. Fransa və Azərbaycanın 15 rayon və şəhəri arasında dostluq və qardaşlaşma xartiyası imzalanıb. O, Fransada erməni icmalarının yaşadığı bəzi şəhərlərin merlərinin erməni silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ regionundakı separatçı rejimlə qeyri-qanuni konvensiyalar imzaladıqlarını və bunun beynəlxalq hüquqa, eləcə də Fransa və Azərbaycanın milli qanunvericiliklərinə, Fransanın beynəlxalq öhdəliklərinə tam zidd olduğunu qeyd edib. Bildirib ki, bu Ermənistan və Azərbaycan arasında onsuz da kövrək olan danışıqlara mənfi təsir edir.

E.Əmirbəyov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu, ölkəmizin turizm imkanları, “ASAN xidmət” haqqında ətraflı məlumat verərək, Azərbaycanın dinamik inkişafının şahidi olmaq üçün fransalı iş adamlarını, jurnalın oxucularını ölkəmizə dəvət edib. (Azərtac)

 

 




Baxış sayı: 1 562
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Bu gün, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Bu gün, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir Dünən, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Dünən, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək Dünən, 18:00 Azerbaijan’s mine problem raised in Prague Dünən, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı Dünən, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb Dünən, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova Dünən, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib Dünən, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930