FACT-INFO.AZ » QHT » Azad Azərbaycanın balaca fidanları
7-04-2026, 20:00 | QHT
Azad Azərbaycanın balaca fidanları

07.04.2026-cı il tarixində Süleyman Sani Axundov adına 172 saylı tam orta məktəbdə yaşıl kart təqdimatı sadəcə bir məktəb tədbiri deyildi, bu, bir millətin sabahına ünvanlanmış mənəvi bayram idi.

Yaşıl kart – paklığın, məsuliyyətin, fədakarlığın rəmzi olaraq 1-ci sinif şagirdlərinə təqdim edildi. Bu kart onların nümunəvi davranışına, dərs müddətində fəallığına, məktəb həyatına bağlılığına verilən bir mükafat idi.

Məktəbin rəhbəri Vəfa Bağırova hər bir şagirdə uğurlar arzulayaraq yaşıl kartı təqdim etdi. Onun sözləri sadəcə bir rəhbərin çıxışı deyildi – bu, bir ananın nəfəsi, bir müəllimin qayğısı, bir vətəndaşın vətənə sədaqət andı idi. Vəfa xanımın simasında biz yalnız bir məktəb rəhbərini görmürük, biz millətin vicdanını, xalqın analıq məhəbbətini, dövlətin sabaha olan ümidini görürük. O, hər bir şagirdə öz övladı kimi yanaşaraq, onların ruhuna işıq saçır, gələcəyinə ümid toxumu səpir. Onun səsi bir dua kimi sinif otaqlarında dolaşır, bir bayraq kimi şagirdlərin ürəyində dalğalanır. Vəfa xanımın hər addımı bir fədakarlıq dastanı, hər baxışı bir ana məhəbbəti, hər sözü bir millət duasıdır.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Elfira Nurullayeva da öz ürək sözlərini şagirdlərə çatdırdı. Onun çıxışı bir müəllim səsi deyil, bir millətin çağırışı idi. Elfira xanımın sözlərində biz elmə sədaqəti, təhsilə fədakarlığı, vətənə bağlılığı gördük. O, şagirdlərin ruhuna biliklə yanaşı, vətən sevgisi, dövlətə sədaqət, xalqa məhəbbət aşılayır. Onun səsi bir məktəb divarlarını aşaraq, millətin sabahına ünvanlanır. Elfira xanımın hər kəlməsi bir şeir misrası kimi səslənir, hər arzusu bir dua kimi yüksəlir, hər tövsiyəsi bir yol işığına çevrilir. Onun varlığı bir müəllim fədakarlığının, bir qadın mərhəmətinin, bir vətəndaş sədaqətinin canlı təcəssümüdür.

Valideynlər tədbirə şahidlik edərkən qürur hissi keçirirdilər. Çünki övladlarının adı nümunəvi şagirdlər sırasında çəkildikcə, onların qəlbində millətə və dövlətə inam daha da möhkəmlənirdi.

Bu gün yaşıl kart alanlar arasında mənim oğlum Mirəli də vardı. Bu, həm ailəmizin, həm də məktəbin fəxri idi. Mirəli kimi uşaqlar sabahın ümid işığına çevrilərək gələcəyin ləyaqətli vətəndaşının təməl daşını qoyurlar.

Sinif otaqlarında asılan qəhrəman Şəhidlərimizin şəkilləri bu torpağın qanla yazılmış tarixidir. Hər bir uşaq o şəkillərə baxaraq anlayır ki, azadlıq təsadüf deyil, fədakarlığın, qəhrəmanlığın bəhrəsidir.

“Azad Azərbaycan” kəlməsi şagirdlərin dilində sadəcə bir şüar deyil, onların ruhunda yaşayan bir iman, bir əhd, bir borcdur. Bu borc – Şəhidlərə, Qazilərə və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə olan minnətdarlıqdır.

Məktəbdə keçirilən tədbirlər milli yaddaşın təzələnməsi, vətənpərvərlik ruhunun yenidən doğulmasıdır. Burada hər bir söz, hər bir jest bir millətin fəlsəfəsinə çevrilir.

Müəllim – xalqın vicdanıdır. Onun sözündə millətin sabahı, onun qayğısında dövlətin gücü, onun fədakarlığında xalqın gələcəyi gizlidir. Vəfa xanım və Elfira xanım bu vicdanın canlı təcəssümüdürlər. Onların hər addımı, hər sözü, hər qayğısı bir millətin sabahına yazılmış dua kimidir.

Valideynlərin təşəkkürü sadəcə bir minnətdarlıq deyil, həm də bir dua, bir inamdır: “Bu torpağın sabahı sizin əllərinizdədir, fədakar müəllimlər!”

Beləcə, 07.04.2026-cı il tarixində yaşıl kart təqdimatı ilə başlayan bu gün bir fəlsəfi mesaj verdi: Elm – gücün, bilik – azadlığın, müəllim fədakarlığı – millətin əbədiyyətinin rəmzidir.

Mövsümağa Ədalətoğlu
44GUNSAVASH.az saytının Baş Redaktoru
AJB-nin üzvü
Yazıçı-publisist




Baxış sayı: 105
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30