FACT-INFO.AZ » QHT » Milli QHT Forumu və ANAMA yanında İctimai Şura mina təhlükəsi ilə bağlı Bəyanat yayıb
3-04-2026, 19:00 | QHT
Milli QHT Forumu və ANAMA yanında İctimai Şura mina təhlükəsi ilə bağlı Bəyanat yayıb

Azərbaycan Milli QHT Forumu və ANAMA yanında İctimai Şura mina təhlükəsizliyi ilə bağlı birgə Bəyanat qəbul edib.

Fact-info.az xəbər verir ki, bəyanatın mətnini Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev QHT-lərin mina təhlükəsi mövzusunda keçirdiyi ictimai dinləmədə səsləndirib.

Bəyanatda deyilir: “Biz - Azərbaycan Milli QHT Forumunun, ANAMA yanında İctimai Şuranın üzvləri 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edirik.

Mina təhdidi beynəlxalq humanitar gündəliyin ən ciddi problemlərindən biri olaraq qalır. Bu gün dünyada 60-dan çox ölkədə 10 milyonlarla mina basdırılıb. Təəssüf ki, bu rəqəm davam edən müharibələr və silahlı münaqişələr fonunda daha da artır və mina təhlükəsinin coğrafiyası genişlənir.

Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir və minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. İşğaldan azad olunmuş ərazilərdə mina və partlamamış sursat qalıqları ilə çirklənmiş sahə təxminən 12 min kvadratkilometrə yaxındır. Bu ərazilərdə təxminən 1 milyondan çox mina və partlayıcı sursat qalıqları var. 1991-ci ildən ötən dövr ərzində Ermənistanın basdırdığı minalardan zərərçəkənlərin ümumi sayı 3400 nəfərə yaxınlaşır.

Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə intensiv şəkildə minatəmizləmə işləri aparılır. Minatəmizləyənlərin fədakar əməyi sayəsində 248 min hektardan çox ərazi təmizlənib. Minalarla çirklənmənin yüksək səviyyədə olması ilə yanaşı, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin yararsız olmasını da xüsusi qeyd etməliyik.

2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra qeydə alınan mina partlayışları nəticəsində 421 Azərbaycan vətəndaşı zərər çəkib. Onlardan 72-si həlak olub, 349-u isə ağır yaralanıb. Bu fakt mina probleminin postmünaqişə dövründə də insan həyatı üçün real və çox ciddi təhlükə olaraq qaldığını bir daha diqqətə çatdırır. Mina ilə çirklənmiş ərazilər kənd təsərrüfatının inkişafına mane olur, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını ləngidir və insanların gündəlik həyatını təhlükə altında saxlayır.

Minatəmizləmə həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas şərtlərdən biridir. Azərbaycan özü də minatəmizləməni milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərindən biri elan edib. Azərbaycan, həmçinin mina və partlamamış hərbi sursatlara qarşı mübarizədə beynəlxalq tərəfdaşlığın qurulması, resursların mobilizasiyası, minadan zərərçəkən ölkələrə xüsusi diqqətin ayrılması üçün humanitar minatəmizləməni 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təklif edib.

Mina təhlükəsinin beynəlxalq gündəliyin əsas məsələlərindən biri kimi diqqətdə saxlanılmasına böyük ehtiyac var.

Biz beynəlxalq ictimaiyyəti mina təhlükəsinə münasibətdə daha ardıcıl və prinsipial mövqe tutmağa çağırırıq. Azərbaycanın bu sahədə irəli sürdüyü təşəbbüslərə dəstək verməyə, mina problemi ilə üzləşən ölkələrə texniki və maliyyə yardımının həcmini artırmağa səsləyirik. Mina qurbanlarının reabilitasiyası, yarımçıq qalmış həyatların yenidən bərpası və gələcək nəsillərin qorunması hamımızın ortaq mənəvi borcudur”.




Baxış sayı: 90
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30