FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Birinci Türkoloji Qurultay məxfi sənədlərdə
23-10-2025, 20:00 | TƏDQİQATLAR-ANALITIKA
Birinci Türkoloji Qurultay məxfi sənədlərdə

Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir.

Fact-info.az bu dəfə AMEA Nəsimi adıma Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin arxiv materiallarına əsaslanan elmi məqaləsini təqdim edir.

O gün Bakı tamam başqa bir şəhərə çevrilmişdi - dənizdən qalxan duzlu küləklərlə nəfəs alırdı. İstiqlaliyyət küçəsi boyunca, İçərişəhərin daş divarlarından Sabir bağına qədər hər yer bayram ab-havasına bürünmüşdü. Minlərlə insan böyük bir hadisənin şahidi olmaq üçün küçələrə axın edirdi. Həmin gün neft qoxulu Bakıda həyəcan dalğası hər kəsi eyni bir məkana, İsmailiyyə binasına çəkirdi. Bütün bakılılar dəniz kimi dalğalanan bu izdihamın bir parçası olmağa çalışırdılar. İsmailiyyə binası bu dəfə sadəcə möhtəşəm bir memarlıq abidəsi deyildi, Türk dünyasının gələcəyi haqqında söz açılan, tarix yazılan bir məbədə çevrilmişdi. Min illərlə türklərin hafizəsini daşıyan ərəb qrafikası ilə yeni dünyanın işıqlı sabahı kimi təqdim edilən latın əlifbası ilk dəfə idi ki, burada üz-üzə gəlirdi.

Tribunaya qurultaya sədrlik edən nümayəndə qalxdı, zal sükuta qərq oldu. Səmədağa Ağamalıoğlu əvvəlcə titrək, sonra get-gedə daha qüvvətli səslə nitqinə başladı: “Sovet Sosialist Azərbaycanında ilk Türkoloji Qurultayın ilk iclasını açıq elan edirəm!”

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər Arxivi I Ümumittifaq Türkoloji Qurultayın (I Bakı Türkoloji Qurultayı - red.) tarixi üçün mühüm əhəmiyyət kəsb edən sənədlərlə zəngindir. Bu tarixi hadisənin siyasi, iqtisadi, sosial və mədəni mənzərəsini əks etdirən sənədlər tariximizin yenidən işlənməsi və müstəqillik düşüncəsinin dəyərləndirilməsi baxımından zəngin mənbədir.

Arxivdə qorunan I Ümumittifaq Türkoloji Qurultaya aid məxfi, tam məxfi və adi sənədlər arasında İ.Stalinə göndərilmiş teleqramlar, VKP(b) MK-nın qərarları, Təşkilat Komissiyasının protokolları, məktublar, nümayəndə heyətlərinin siyahıları, qurultaya rəhbərlik edən şəxslər haqqında materiallar, SSRİ üzrə stenoqrafik hesabatlar və bölmə iclaslarındakı çıxışlar toplanıb.

Qurultay başlandı, ancaq bu möhtəşəm toplantı başlayana qədər nələr baş vermişdi? Niyə məhz Bakı ev sahibliyi edirdi?

Məxfi sənədlərin dili ilə:

Bu tip məxfi və gizli sənədlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 6-cı şöbəsi tərəfindən verilir və qorunub saxlanılırdı. Hərçənd onları oxuduqdan sonra yandırılması tapşırılırdı. Ancaq taleyin qismətindən həmin sənədlər 6-cı şöbənin arxivində qorunub qalmışdır.

1926-cı il I Ümumittifaq Bakı Türkoloji Qurultayı həm türkologiya tarixi, həm Türkiyə–Rusiya münasibətləri, həm də Türküstan xalqlarının gələcəyi üçün dönüş nöqtəsi oldu. İlk baxışda türkdilli xalqların latın qrafikasına keçmək qərarı ilə müşayiət olunsa da, əslində, bu hadisə strateji əhəmiyyət daşıyırdı. Qərbə qarşı Rusiyanın Osmanlı Türkiyəsi ilə üzdə görünən hərbi, siyasi və mədəni əməkdaşlığının elmi təzahürü idi.

1922-ci ilin martında Türkiyə mətbuatında Anadoluda “Şərq Məktəbi”nin açılacağı və bu məktəbdə Asiya ölkələrinə göndəriləcək məmurların hazırlanacağı barədə xəbərlər yayıldı. Bu məlumatlar türkiyyat aləmində canlanma yaratdı. Azərbaycanın Ankaradakı səfiri İbrahim Əbilov Şərqin dost xalqlarının gəncləri üçün nur mənbəyi olacaq ortaq bir universitet yaradılması ideyasını irəli sürmüş, bu fikir qısa zamanda həyata keçə biləcək bir təşəbbüsə çevrilmişdi.

M.Fuad Köprülünün rəhbərliyi ilə 1924-cü ildə İstanbul Universiteti daxilində Türkiyyat İnstitutu yaradıldı. İnstitutun əsas məqsədlərindən biri 1925-ci ildə İstanbulda Beynəlxalq Türkologiya Qurultayı keçirmək idi. Lakin bu plan reallaşmadı. Əslində, bir il əvvəl Türkiyədə keçirilməsi nəzərdə tutulan qurultayın bir il sonra Bakıda baş tutması diqqətçəkicidir. Çünki Fuad Köprülü Atatürkün arzusu ilə həmin qurultayın təşkili üçün məsul edilmişdi.

Rusiya türkologiyasında isə hələ 1913-cü ildə Aleksandr N. Samoyloviç türkologiya qurultayı keçirilməsi ideyasını irəli sürmüş, lakin maddi dəstək tapmamışdı. Sovet dönəmində, 1922-ci ildə bu fikir yenidən gündəmə gətirildi. Samoyloviçin də daxil olduğu rus şərqşünasları Peterburqda bu məsələni müzakirə etmiş, 1923-cü ildən etibarən Azərbaycan ziyalılarının dəstəyini qazanmağa çalışmışdılar.

Qurultayın təşkili ideyasını dəstəkləyən müxtəlif qruplar formalaşmışdı: latın əlifbasının ifrat müdafiəçiləri olan azərbaycanlılar, Azərbaycanda fəaliyyət göstərən əcnəbi alimlər, rus türkoloqları, sovet orqanları və latın qrafikasını geriliyin aradan qaldırılmasının açarı kimi görən azsaylı etnik türk icmaları. Qurultayın əsas məqsədi SSRİ-də yaşayan türk xalqlarının mədəni həyatında latın əlifbasının tətbiqi idi.

Latın qrafikasına keçid məsələsi ilk dəfə 1920-ci il iyulun 3-də Azərbaycan Xalq Maarif Komissarlığının kollegiya iclasında qaldırılmışdı.

1925-ci il sentyabrın 15-də Moskvada SSRİ şərqşünaslarının iclasında bütün türkoloqların iştirakı ilə ümumittifaq qurultay çağırılması qərara alındı. Gündəliyin əsas mövzularından biri türkdilli xalqların ərəb qrafikasından latın qrafikasına keçidi idi. İclasa Azərbaycan MİK sədri S.Ağamalıoğlu rəhbərlik edirdi.

Qərara əsasən, qurultayın təşkili Moskvada SSRİ Şərqşünaslıq Elmi Assosiasiyasına, Bakıda isə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinə tapşırıldı. Azərbaycanın təşəbbüsü nəticəsində qurultaya SSRİ-dəki bütün türkdilli xalqların tanınmış ziyalıları, eləcə də Türkiyə, İran, Almaniya, Macarıstan, Avstriya və digər ölkələrdən tanınmış türkoloqlar dəvət edildi.

Sovet siyasi strategiyası baxımından isə I Bakı Türkoloji Qurultayı intellektual türkçülük hərəkatına qarşı yönəlmiş bir addım idi. Türkologiya elmi akademiyalardan çox, siyasi və ədəbi mühitlərdə formalaşırdı. Tarix göstərir ki, türklər hər zaman güclü siyasi instinktlərə malik olmuşlar. Sovet dövründə də öz tarixi və mədəniyyətini önə çıxarmaq istəyən ən fəal qüvvə məhz türklər idi.

1920-ci illərdə Bakı SSRİ-nin türkdilli respublikalarından olan alim və mütəxəssislərin fəaliyyət göstərdiyi mühüm elmi və mədəni mərkəzə çevrilmişdi. Bu səbəbdən I Türkoloji Qurultayın Bakıda keçirilməsi tamamilə qanunauyğun idi.

Məxfi sənədlərdən:

AK(b)P MK Katibliyinin 14 iyun 1925-ci il, 6-cı iclasının 32 saylı protokolu: Qurultayın 1925-ci ilin iyununda Bakıda keçirilməsi məqsədəuyğun hesab edilir. Çıxarışların adı çəkilməyən şəxslərə verilməsi qəti qadağandır. Qərarların pozulması halında məsul şəxslər ciddi partiya cəzasına cəlb olunur.

Əlavə 5/1:

Ağamalıoğlu, Cəbiyev və Hüseynzadəyə tapşırılsın ki, yeni Azərbaycan əlifbasının xüsusilə rayonlarda tətbiq və yayılma səviyyəsini yoxlasınlar, maarifləndirmə işlərinin vəziyyətini müəyyən etsinlər və nəticələr barədə MK-ya məlumat versinlər.

AK(b)P MK Katibliyinin 24 oktyabr 1925-ci il, 54 saylı protokolu:

SSRİ MİK-in diqqətinə çatdırılsın ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinə münasibətdə laqeydlik var; Cəmiyyət yararsız binada yerləşir.

Rəyasət Heyətinin 2 noyabr 1925-ci il, 80 saylı protokolu:

Türkoloji Qurultayın təşkili üzrə Təşkilat Komissiyasının nümayəndələri Məmmədzadə və Zifeldin Moskvaya ezam olunması qərara alınır. Bu, qurultayın həm elmi, həm də siyasi nəzarət altında aparıldığını göstərir.

16 noyabr 1925-ci il, 82 saylı protokol:

S.M. Kirovun məruzəsi dinlənilir, qurultayın təxirə salınması müzakirə edilir. Ağamalıoğlu və Axundova tapşırılır ki, yeni Təşkilat Komissiyasının tərkibini təqdim etsinlər.

25 yanvar 1926-cı il, 9 nömrəli protokol:

Türkoloji Qurultayın keçirilmə tarixi 1926-cı il fevralın 25-nə təsdiq edilir.

Moskva – VKP(b) MK-ya Qarayevin Stalinə məlumatı:

25 fevralda Qurultay açılır. Gündəliyə yeni əlifba məsələsi də daxildir. Bəzi nümayəndələr, xüsusilə Tatarıstan, Başqırdıstan və Qırğızıstan təmsilçiləri latın əlifbasına qarşı çıxacaq. Lakin nümayəndələrin yarıdan çoxu onu dəstəkləyəcək.

Mirzoyanın Mikoyana məktubu:

Qurultayda bütün türk, dağlı və müsəlman respublikaları təmsil olunur. Dağıstana təxminən on beş yer ayrılıb. Tələb olunur ki, bu nümayəndələr latın əlifbasının fəal tərəfdarları kimi seçilsinlər.

Bu məxfi sənəddə SSRİ rəhbərliyinin əks mövqedə olan nümayəndələri siyahıdan çıxarması qeyd edilir.

8 fevral 1926-cı il, Zifeldin S. Ağamalıoğluna məktubu:

Məktubda 1926-cı il Bakı Türkoloji Qurultayı ərəfəsində əlifba məsələsindəki siyasi və ideoloji gərginliklər əks olunur. Rəsmi rəqəmlərə görə latınçılar çoxluq təşkil etsə də, Zifeldin yazır:

Latın - 30

Ərəb - 73

Rus - 14

Tərəddüdlü - 14

Beləliklə, latın tərəfdarlarının azlıqda olduğu etiraf edilir və bu, müəllif üçün ciddi narahatlıq yaradır.




Baxış sayı: 135
Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00 Zelenski ABŞ-dən "Patriot" raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib 13-08-2026, 10:30 İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi 13-08-2026, 10:00 BDYPİ piyadalara müraciət edib: “Yol təhlükəsizliyi hər kəsin düzgün davranışından başlayır” 13-08-2026, 10:00 Türk dünyasında diasporun rolu müzakirə edilib 13-08-2026, 10:00 Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir 13-08-2026, 09:30 Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb 12-08-2026, 21:00 "Onun adındakı işıq"  12-08-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31