FACT-INFO.AZ » XƏBƏR » Erməni plagiatlığına dair tarixi faktlar
29-03-2017, 09:30 | XƏBƏR
Erməni plagiatlığına dair tarixi faktlar

MHA-dən APA-ya verilən xəbərə görə, erməni musiqiçilərinin ilk həmlələri Azərbaycan xalqının folkloruna və klassik bəstəkarların əsərlərinə olub.
 Bildirilib ki, onlar “Vağzalı”, “Yallı”, “Uzundərə”, “Mirzeyi”, “Qazağı”, “Tərəkəmə” kimi oyun havalarını, “Sarı gəlin”, “Xan bacı”, “Dəli Ceyran” kimi Azərbaycan xalq mahnılarını erməni musiqisi kimi öz adlarına çıxarmağa, “Əsli və kərəm”, “Məlikməmməd” və digər dastan və nağıllarımızı, dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarının, “Koroğlu” operasının müəyyən hissələrini erməni nümunələri kimi təqdim etməyə başlayıblar.
 Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayev İnternet səhifələrində erməni bəstəkar kimi təqdim olunur: “Erməni sənətçilər hətta müasir bəstəkarların əsərlərini də oğurlamaqdan çəkinmirlər. Azərbaycan xalq rəqs nümunələri əsasında düzəldilmiş və aranjeman edilmiş “Vokaliz” adlı musiqi toplusunu 2004-cü ildə Ermənistan televiziyasında Ermənistan Mahnı Teatrının solisti Varduhi Vardanyan erməni xalq musiqisi kimi təqdim edərək, həm “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanunun tələblərini (mənşənin düz göstərilməməsi), həm də “Vokaliz” musiqi toplusunun müəllifi və ifaçısı Brilliant Dadaşovanın hüquqlarını pozub. “Vokaliz” Azərbaycan toplusu “Erməni mənzərələri” adı altında CD-yə yazılıb və satışa buraxılıb. Bu barədə məlumatlar http://www.narek.com/ internet saytında da yerləşdirilib. Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının müəllifi məlum olmayan, o cümlədən folklor əsərlərinin qorunmasını nəzərdə tutan 15(4) maddəsinin, aranjemanın qorunmasını nəzərdə tutan 12-ci maddəsinin və şəxsi qeyri-əmlak hüquqlarının qorunmasını nəzərdə tutan 6-cı maddəsinin tələbləri pozulub.
 Bəstəkar Aygün Səmədzadənin bəstələdiyi və Azərbaycanda çox populyar olan “Məktəb illəri” mahnısı 2002-ci ildə Ermənistanda keçirilən musiqi festivalında Manan adlı ifaçı tərəfindən ifa olunub. Mahnı erməni dilində və müəllif göstərilmədən səsləndirilib”.
 Məlumata əsasən, Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda tanınan Fikrət Məşədi Cəmil oğlu Əmirovun Azərbaycanın dahi şairi Hüseyn Cavidin sözlərinə («Şeyx Sənan» əsəri) bəstələdiyi “Kor Ərəbin mahnısı” da erməni əsəri kimi təqdim edilir. Erməni sənətçilər Artur Səfəryan, Raç Keşişyan, Aram Avakyan və Gevorq Dabağyanın çəkdikləri “Mayrik” adlı klipdə əvvəldən axıradək bu mahnıdan istifadə edilib. Həmin klip bu ilin əvvəlindən etibarən nümayiş etdirilməyə başlayıb. “Kor Ərəbin mahnısı” musiqi əsəri hələ 1963-cü ildə Azərbaycan Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb.
“15 sentyabr 2007-ci il tarixində Rusiya Federasiyasının ORT (1-ci) kanalında nümayiş etdirilən “Buz Dövrü” verilişində Azərbaycanın digər dünya şöhrətli bəstəkarı Tofiq Quliyevin “Sənə də qalmaz” adlı (sözləri Azərbaycanın xalq şairi Rəsul Rzanındır) məşhur musiqisi də erməni əsəri kimi təqdim edilib. Araşdırmalar zamanı məlum olub ki, “Armənskiy taneü” adı ilə təqdim edilən musiqi erməni bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə ABŞ-ın “EYE REKORDS” şirkətində yazılmış “Ani” və Civan Qasparyanın “Maqiçeskiy duduk” adlı disklərindən götürülüb” – deyə, məlumatda qeyd olunub.
 MHA-dan bildirilib ki, Rusiyada aşkar olunan “the art of armenian duduk” (“Maqiçeskiy Duduk”) adlı digər bir diskdə erməni ifaçısı C.Qasparyanın ifa etdiyi kompozisiyalar toplanıb. C.Qasparyanın diskinə yazılmış 15 mahnıdan 8-i Azərbaycan müəllifləri: Tofiq Quliyev (“Sənə də qalmaz”), Cahangir Cahangirov (“Ay qız”), Rauf Hacıyev (“Saçlarına gül düzüm”), Emin Sabitoğlu (“Neyləyim”), Ələkbər Tağıyev (“Nə gəlməz oldun” orijinal və instrumental variantda), və Eldar Mansurova (“Gecə zəngləri”, “Melodiya”) aiddir. Sözügedən diskdə “Sənə də qalmaz” mahnısı “i have a word with a prayer” adı altında verilir, müəllifinin isə Mkrtç Malxasyan olduğu bildirilir.
“Sənə də qalmaz” mahnısı keçən əsrin 50-ci illərinin əvvəlində yaranıb və 19 noyabr 1963-cü ildə Azərbaycan Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb. 

 

 

 

 




Baxış sayı: 1 740
Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031