“Ukrayna ABŞ-la Səudiyyə Ərəbistanında danışıqların məhsuldar olacağını gözləyir və Ukraynanın maraqlarının nəzərə alınacağına ümid edir”.
Fact-info.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Biz Səudiyyə Ərəbistanında görüş hazırlayırıq. Əminəm ki, görüş məhsuldar olacaq: Biz Ukraynada bunu etməkdə qərarlıyıq. Biz Ukraynanın maraqlarının nəzərə alınması üçün hər şeyi edəcəyik” - deyə Prezident vurğulayıb.
Zelenski bildirib ki, Ukrayna nümayəndə heyətini Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov və Prezident Ofisi Aparatı rəhbərinin müavini Pavlo Palisa təmsil edəcək.
Həmçinin, Ukrayna diplomatik korpusunun daha bir neçə nümayəndəsi də iştirak edəcək, lakin Zelenski konkret kimin olduğunu açıqlamayıb.
Baxış sayı: 75
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
