Avropa Parlamentinin Fransadan olan deputatı, Azərbaycana qarşı ənənəvi olaraq qərəzli münasibət sərgiləyən Natali Luazo Ermənistanın “Armenpress” mətbuat orqanına verdiyi müsahibəsində sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib.
Fact-info.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Bəyanatında bildirilir. Müsahibəsində bir tərəfdən guya Ermənistanın suverenliyinin qeydinə qaldığını göstərməyə çalışan fransız siyasətçisi, digər tərəfdən suveren ölkə adlandırdığı Ermənistana Azərbaycanla danışıqlarda hansı mövqedə çıxış etməli olduğuna dair ağıl öyrədir. N. Luazo Ermənistanı Qərbi azərbaycanlıların qayıdış hüququ və regional kommunikasiyaların açılması məsələsini müzakirə etməməyə çağıraraq əsl niyyətinin iki ölkə arasında davamlı sülhün bərqərar olmasının qarşısını almaq olduğunu açıq şəkildə nümayiş etdirir.
N. Luazo, Xocalı soyqırımı daxil olmaqla çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri törətməkdə şübhəli bilinən şəxslərin azad edilməsi kimi əsassız tələb irəli sürməklə hüquqa zidd yanaşmasını bir daha ortaya qoyur.
Bütün bunlar Natali Luazonun irqi əsasda ayrı-seçkili yanaşmasını və sülhə qarşı olmasını bir daha sübut edir. Bu həmçinin, ona Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə əlaqələr heyətinin rəhbər müavini rolunun həvalə edilməsinin nə qədər yanlış olduğunu göstərir.
Qərbi Azərbaycan İcması, Natali Luazonun azərbaycanlıların qayıdış hüququna zidd və sülhə qarşı fikirlərini qınayır.
Baxış sayı: 155
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
