FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Bu əməkdaşlıq bütövlükdə Türk dünyasının maraqlarına xidmət edir
9-12-2024, 10:00 | TƏDQİQATLAR-ANALITIKA
Bu əməkdaşlıq bütövlükdə Türk dünyasının maraqlarına xidmət edir

Azərbaycanla Türkiyə arasında ictimai diplomatiya sahəsindəki əməkdaşlıq qardaşlıq prinsiplərinə əsaslanır. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütövlükdə Türk dünyasının maraqlarına xidmət edir. Bununla belə, bu birliyə mane olmağa çalışan qüvvələrin mövcudluğu da müşahidə olunur. Bu kimi halların qarşısını almaq və birgə fəaliyyətin effektivliyini artırmaq üçün hər iki ölkənin parlamentləri müvafiq mexanizmlər hazırlamalıdır. Parlamentlər dövlətlərin təhlükəsizlik siyasətində mühüm rol oynayan təsisatlardır. Azərbaycanla Türkiyə arasında təhlükəsizlik məsələlərində birgə fəaliyyət regional və qlobal sabitliyə töhfə vermək baxımından əhəmiyyətlidir. Bu kontekstdə hər iki ölkənin təhlükəsizliyinin birgə qorunması zərurəti ön plana çıxır. Fact-info.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Ziyafət Əsgərov dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxışı zamanı səsləndirib.

Z.Əsgərov qeyd edib ki, müasir dünyada “gücün hüququ” deyil, “hüququn gücü” əsas prinsip kimi qəbul edilir: “Bu baxımdan diplomatiyanın rolu daha da artır və beynəlxalq münasibətlər sistemində hüququn prioritet olmasını təmin etmək üçün hüquqi mexanizmlərin inkişaf etdirilməsi tələb olunur. Azərbaycanla Türkiyə arasında diplomatik əməkdaşlıq bu baxımdan digər türk dövlətləri üçün də nümunəvi model hesab oluna bilər”.

“Türkiyə ilə Azərbaycan arasında formalaşan qardaşlıq və strateji tərəfdaşlıq digər türk dövlətləri üçün də həmrəyliyin, ortaq təhlükəsizlik sisteminin və birgə inkişaf modelinin nümunəsi kimi çıxış edir. Bu əlaqələrin möhkəmləndirilməsi yalnız iki ölkənin deyil, həm də Türk dünyasının digər dövlətlərinin taleyinə və gələcəyinə birbaşa təsir göstərir. Bu baxımdan, Azərbaycanla Türkiyə arasında ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsi digər türk dövlətləri ilə də ortaq layihələrin həyata keçirilməsinə zəmin yarada bilər”, - deyə Ziyafət Əsgərov əlavə edib.




Baxış sayı: 155
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30