FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Ekoloji sivilizasiyanın astanasında: Yaşıl enerjiyə keçid”
10-11-2024, 10:00 | TƏDQİQATLAR-ANALITIKA
“Ekoloji sivilizasiyanın astanasında: Yaşıl enerjiyə keçid”

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə COP29 münasibətilə “Ekoloji sivilizasiyanın astanasında: Yaşıl enerjiyə keçid” kitabının təqdimatı keçirilib. Təqdimat çərçivəsində kitabın müəllifləri - Rusiya Prezident Akademiyasının professoru Nizami Məmmədov və AMEA-nın müxbir üzvü, professor Sevda Məmmədəliyeva universitetin qonağı olublar.

Fact-info.az xəbər verir ki, tədbirdən əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları universitetdə yaradılmış infrastrukturla tanış edib, qonaqlar Kimya və biologiya fakültəsində yaradılan Y.Məmmədəliyev adına auditoriyada olublar.

Təqdimat mərasimində açılış sözü ilə çıxış edən rektoru Cəfər Cəfərov bu il ölkəmizdə keçiriləcək və artıq hazırlıq prosesi yekunlaşan COP29 konfransının əhəmiyyətindən, ölkəmizdə bu istiqamətdə aparılan işlərdən, həmçinin ekoloji maarifləndirmə tədbirlərinin vacibliyindən söz açıb. Rektor təqdim olunan kitabın əhatə etdiyi mövzu və istiqamətlərin günün qlobal ekoloji problemlərinin araşdırılması və həlli kontekstində vacibliyini vurğulayıb, tədris prosesində də bu kitabdan dərs vəsaiti kimi istifadə olunmasının zəruriliyini qeyd edib.

Kitabın müəlliflərindən Nizami Məmmədov əsərin əhatə etdiyi məsələlər haqqında geniş məlumat verib, bəşəriyyətin ekoloji təhlükəsiz inkişafa keçid yolunda olduğunu və energetika sahəsində yaşıl inqilabın reallaşdırılmasının ekoloji sivilizasiyanın formalaşmasında mühüm nəticələr verəcəyini qeyd edib.

ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva COP29 tədbirlərinin əhəmiyyətini vurğulayaraq, qlobal ekoloji problemlərin həllində bərpaolunan və yaşıl enerji layihələrinin Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı olduğunu bildirib.

Nizami Məmmədov və Sevda Məmmədəliyevanın “Ekoloji sivilizasiyanın astanasında: Yaşıl enerjiyə keçid” əsəri Azərbaycan, rus və ingilis dillərində nəşr olunub.




Baxış sayı: 115
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30