FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Brüsseldə alman fotoqrafın azərbaycanlı məcburi köçkünləri əks edən əsərləri sərgilənir
24-02-2017, 09:35 | MƏDƏNİYYƏT
Brüsseldə alman fotoqrafın azərbaycanlı məcburi köçkünləri əks edən əsərləri sərgilənir

Brüsseldəki “Art Thema” qalereyasında məşhur alman fotoqrafı Filip Ratmerin işləri fevralın 28-dək sərgilənəcək.
Nümayiş etdirilən şəkillərdə təqribən bir milyona yaxın azərbaycanlı məcburi köçkünün portreti yer alıb. Bu təsirli və emosional şəkillərdə onların simaları qara fonda yaxın rakursdan çəkilib. Fotosərgi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunub.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin direktoru Mark Vervilghen sərginin açılışda çıxış edib. 
TEAS-dan AZƏRTAC-a bildirilib ki, o çıxışında Beynəlxalq Cinayət Hüququ üzrə ixtisaslaşan bir hüquqşünasdan məsləhət istədiyini deyib: “O bildirdi ki, bu hadisələri törədənlərə qarşı məhkəmə işi uğurlu ola bilər. Hətta, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında belə. Qaçqın və məcburi köçkünlər hələ də ölkənin müxtəlif yerlərində yerləşən düşərgələrdə yaşayırlar. 9,7 milyon əhalisi olan Azərbaycan üçün bu rəqəm dünyada adambaşına hesablanan ən yüksək göstəricilərdən biridir”. 
Filip Ratmer Dağlıq Qarabağın dünyanın unudulmuş münaqişələrindən biri olduğunu söyləyib: “Artıq 25 ildir ki, bu münaqişə bitmir. Atəşkəs çox kövrək bir sülhü qoruyur. Bu məcburi köçkünlər münaqişənin doğurduğu çətinliklərdən əziyyət çəkirlər. 2012-ci ildə qaçqın düşərgələrini ziyarət edərkən bu insanlar mənə öz taleləri, ümidləri və narahatçılıqları haqqında danışıb – bəziləri çox həvəslə, bəziləri isə müəyyən təmkinlə. Fotoşəkillər münaqişənin qurbanı olmuş tərəflərdən birini göstərir – evlərini tərk etməyə vadar olan tərəfi. Onlar dünyanın bir çox müharibələrində məcburi köçkün olmuş bütün insanları təmsil edirlər. Onların hamısının bir istəyi var - işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək istəyi”. 
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov bildirib ki, bu gün biz Xocalı faciəsinin 25-ci ildönümünü anırıq. Bu faciə bütün azərbaycanlılar üçün çox şeyi dəyişdi. Fuad İsgəndərov təəssüflə qeyd edib ki, bu hadisəni törədənlər məlumdur, lakin onlar hələ də cəzalandırılmayıb. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür, lakin Ermənistan tərəfi bu prosesdə aydın şəkildə iştirak etmir. 
TEAS-ın Benelüks ofisinin bu unikal sərgini Avropanın mərkəzində təşkil etdiyinə şad olduğunu söyləyən Fuad İsgəndərov bildirib ki, burada bütün avropalılar 25 il əvvəl Azərbaycanın Xocalı şəhərində nə baş verdiyini öyrənməlidirlər. O, Dağlıq Qarabağdan olan bütün azərbaycanlı məcburi köçkünlərin fotoqraf Filip Ratmerin öz işində göstərdiyi beş yoldan birini seçərək tezliklə evlərinə qayıdacaqlarına ümid etdiyini deyib. 
Tədbir pianoçu, bəstəkar və müğənni Nəzrin Əfəndiyevanın həzin musiqi ifası ilə yekunlaşıb. Qeyd edək ki, Nəzrin Əfəndiyeva Azərbaycanın görkəmli bəstəkarlarından olan Fikrət Əmirovun nəvəsidir.

 

 




Baxış sayı: 1 793
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib Dünən, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir Dünən, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır Dünən, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See Dünən, 16:30 Vətən və Qərbi Azərbaycan Dünən, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı Dünən, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub Dünən, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər Dünən, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi Dünən, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00 İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   27-09-2026, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 27-09-2026, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb 27-09-2026, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub 27-09-2026, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb 26-09-2026, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır 26-09-2026, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930