FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Qərb ölkələri beynəlxalq ictimai rəyin “gözünə” kül üfürməklə nəticə əldə edəcəklərini düşünürlər
4-11-2024, 19:30 | TƏDQİQATLAR-ANALITIKA
Qərb ölkələri beynəlxalq ictimai rəyin “gözünə” kül üfürməklə nəticə əldə edəcəklərini düşünürlər

Azərbaycana qarşı təkcə “X” sosial platforması üzərindən deyil, bütün digər, əslində hibrid informasiya savaşının elementi və geosiyasi təzyiq aləti kimi istifadə olunan şəbəkələr üzərindən də böhtan və qarayaxma kampaniyaları aparılır. Saxta hesablar yaratmaqla təxribat şəbəkəsi elementlərinin sayının çoxaldılması isə xüsusi proqramlar əsasında həyata keçirilir ki, bu da prosesin xarici xüsusi xidmət orqanlarının əli ilə reallaşdırıldığını, həmçinin vahid mərkəzdən idarə olunduğunu sübuta yetirir. Sosial platformalarda və kollektiv Qərbin bəzi ölkələrinin media resurslarında yer alan tezisləşdirilmiş böhtan və yalanların bir-birini təkrarladığını, həmçinin bir sıra “beynəlxalq” təsisatların, Avropa Parlamentinin, xüsusilə də ABŞ senatı və konqresinin, eləcə də oxşar uydurma ittihamların “azərbaycanlı” olduqlarını iddia edən bəzi təsir agentləri tərəfindən də dilə gətirildiyini nəzərə alsaq sifarişin haradan verildiyini və hansı məqsəd daşıdığını müəyyənləşdirmək mümkündür.

Fact-info.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Onun sözlərinə görə, təxribat kampaniyasının bütün iştirakçıları tutuquşu kimi Azərbaycanın yeni qaz yataqlarının kəşfinə və istismarına sərmayə yatırdığını bildirir və qeyd edirlər ki, ətraf mühitin qorunması ilə enerji sektorunun inkişafı istiqamətində atılan addımlar bir-birinə ziddir. Halbuki, qeyd olunanlar bəzi Qərb dövlətlərinin özlərinə aiddir: “Təkcə Norveçin 2024-cü ildə neft və qaz sektoruna yatırdığı sərmayənin həcmi 24 milyard ABŞ dolları təşkil edir. 2025-ci ildə isə Norveç hökuməti etni sektora 22,5 milyard vəsait yatırmağı planlaşdırır. Həmçinin Birləşmiş Ştatların öz ərazisində, eləcə də digər ölkələrdə sıxılmış qazın istehsalına yatırdığı sərmayələrin miqyasını Azərbaycanla müqayisə etmək belə mümkün deyil. Amma bəlli olduğu kimi, bu ölkələrin adlarını kimsə çəkmir”.

Milli Məclisin deputatı onu da diqqətə çatdırıb ki, Qərb Rusiya ilə açıq-aşkar savaşda olduğuna baxmayaraq, cari il ərzində bu ölkədən təbii qaz alışını 24 faiz artırıb və yenə də bu istiqamətdə addımlar atmaq niyyətindədir: “Eyni zamanda, Avropa İttifaqının təbii qaza olan ehtiyacını ödəmək və eyni mənbədən asılılığını azaltmaq üçün “döymədiyi qapı” yoxdur”.

Mənzərə göz qabağındadır. Əgər təbii qaz bu qədər pisdirsə, qoy Qərb ölkələri ondan tamamilə imtina etsinlər, yaxud Norveçin və digər ölkələrin neft və qaz sektoruna on milyardlarla dollarla ölçülən investisiyalarını pisləsinlər. Bunlarda nəinki ədalət və ləyaqət hissi, hətta adi, bəsit məntiq belə yoxdur və total şəkildə beynəlxalq ictimai rəyin “gözünə” kül üfürməklə nəticə əldə edəcəklərini düşünürlər. COP29 bütün böhtan və qarayaxma kampaniyalarına rəğmən yüksək səviyyədə təşkil olunacaq və iqlim dəyişiklikləri ilə mübarizəyə yeni töhfələr verəcək”.




Baxış sayı: 115
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30