FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » COP29 tədbiri ətraf mühit məsələsi olmaqla yanaşı, həm də insan sağlamlığına diqqətin artırılması deməkdir
19-09-2024, 17:30 | TƏDQİQATLAR-ANALITIKA
COP29 tədbiri ətraf mühit məsələsi olmaqla yanaşı, həm də insan sağlamlığına diqqətin artırılması deməkdir

Hazırda dünyada ətraf mühitdə baş verən proseslər, ekoloji durum, bütün bu tendensiyaların fonunda insan amili, sağlamlığı  geniş auditoriyanı düşündürən mühüm məsələdir. İqlim dəyişikliyinin dünyada ciddi fəsadlar yaratması insanın sağlıq durumuna təsirsiz ötüşmür. Yəni COP 29 yalnız ekologiya və ətraf aləmlə bağlı deyil.  Bu, həm də  insan sağlamlığı, mövcud problemlərin həllinə dəstək məqsədilə atılacaq addımlardır. Məhz belə önəmli tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bir çox qlobal problemlərin həllinə töhfəsi olacaq.

 Onu qeyd edim ki,  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi miqyasına görə heç də BMT-nin Baş Assambleyası qədər əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun ən bariz göstəricilərindən biridir. Bu da Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahiblik etməsinin nəticəsidir.

 Məntiqlə yanaşanda da bu qənaətə gəlmək olar ki, ətraf aləmin qorunması, dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsi və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsi birbaşa insan faktoru, sağlamlığı ilə bağlıdır. Çox müsbət haldır ki, ölkəmiz bütün resursları ilə bu prosesə dəstək verir. COP 29-un Azərbaycanda keçirilməsi həm “yaşıl enerji”yə keçid üçün yeni imkanlar yaradır, həm də ölkəmizin dünya miqyasında olan yüksək nüfuzunu göstərir. Çünki belə toplantı ən mühüm beynəlxalq tədbirlərdən biridir.

 Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyətində insan amilini əsas məqsəd kimi qarşıya qoyur. Belə konfransın və “yaşıl enerji”yə keçidin əsas hədəflərindən biri  Azərbaycan vətəndaşının sağlamlığının qorunmasını, həm də dövlətimizin dünyada söz sahibi olmasını göstərən zəruri məqamdır. Şübhəsiz ki, bir çox tədbirlər kimi, ölkəmiz COP29-u da uğurla həyata keçirəcək və özünün yüksək təşkilatçılıq bacarığını, insanların sağlamlığına göstərdiyi qayğını dünyaya bir daha nümayiş etdirəcək.

 Onu da xatırlatmaq istərdim ki,  Cənab Prezident İlham Əliyev Şuşada keçirilən  Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə də əsas diqqətdə saxladığı məsələlərdən biri COP29 olduğunu bildirmişdi. Dövlət başçısı vurğulamışdı ki, COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir.

 COP tədbirlərinin məqsədi haqqında onu demək istərdik ki, bu mötəbər toplantının əsas hədəflərində dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdan ibarətdir.

Həmçinin inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaqda kömək etməsi əsas hədəflər sırasındadır.

Bundan əlavə  COP 29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq vacib istiqamətlərdəndir.

 Burada çox vacib məqamlardan biri odur ki, Azərbaycan  ətraf mühitin qorunmasına, dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsinə və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsinə  öz töhfəsini verməklə bərabər ölkəmizin zəngin təbii resursları, Qarabağda  əhəmiyyətli quruculuq işləri ilə bağlı dünyaya məlumatlar çatdıracaq. Hər bir əcnəbi qonaq Azərbaycanın postmüharibə dövründəki inkişaf modeli ilə,  turizm potensialı, zəngin mədəniyyəti,  milli musiqiləri, çeşidli mətbəxi ilə tanış olacaqlar. Biz əminik ki, COP 29 toplantısı Azərbaycanın  dünyaya yeni baxışını ortaya qoyacaq.

 Digər tərəfdən 30 illik işğal dövründə ermənilərin Azərbaycanın ekologiyasına, meşə fonduna, saysız-hesabsız tarixi abidələrimizə vurduğu ziyanla bağlı real görüntüləri, təkzibolunmaz faktları əcnəbilərə təqdim etmək imkanı yaranacaq. Biz bu imkanlardan yararlanmalıyıq. Azərbaycan zəngin potensialını, “yaşıl enerjiyə” keçid prosesinə verdiyi töhfəni  nümayiş etdirməklə bərabər, ermənilərin son 30 ildə ətraf aləmə qarşı törətdiyi vəhşilikləri, dağıdılmış şəhər və kəndlərimizin son görüntülərini xaricdən gələn qonaqlara göstərməliyik. Bütün bu amillər ölkəmizin haqlı, ədalətli mövqeyini bir daha ortaya qoyacaq. Geniş bir auditoriyanın Azərbaycanı yaxından tanımasına imkanlar yaranacaq.

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru
Dr. Asiman Həsənov




Baxış sayı: 1 465
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30