FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » SSRİ rəhbərliyinin ədalətsizliyinə etiraz edən azərbaycanlı yazıçının aqibəti
4-06-2024, 07:30 | TƏDQİQATLAR-ANALITIKA
SSRİ rəhbərliyinin ədalətsizliyinə etiraz edən azərbaycanlı yazıçının aqibəti

Mən o yazıçını “Dalanda” romanı ilə tanımışdım. İlk dəfə orta məktəb illərində Sabir Azərinin bu əsərini oxuyaraq bir daha insan ağrılarının, insan taleyinin müxtəlif aspektlərdən yanaşaraq təqdim olunduğunu hiss etmişdim. Qənaətimcə, dünya ədəbiyyatında, xüsusilə, Lev Tolstoyda, Viktor Hüqoda, Çingiz Aytmatovda, Ceyms Oldricdə və digər yazıçılarda insan ağrıları əsas yaradıcılıq istiqamətlərindən biri olub. Bu tendensiya Sabir Azəridə öz üslubuna uyğun şəkildə özünü göstərib. Təbii ki, mən yazıçının bədii yaradıcılığını təhlil etmək fikrində deyiləm. Amma onun sovet dönəmində repressiya, təqib illərinə nəzər salmaq istərdim.

 Sabir  Əli oğlu Tatlıyev (Azəri -onun ədəbi təxəllüsü olub) ötən əsrin 50-ci illərindən sonra Azərbaycan Dövlət Universitetində təhsil aldığı dövrdə həbs olunur. Niyə həbs olunur, sonrakı aqibəti necə olur? Bu məqamlara işıq salmaq istərdik. Azərbaycan ədəbiyyatı ilə yanaşı, ölkənin mətbuat həyatında da özünəməxsus yeri olmuş tanınmış şəxslərdən biri də görkəmli yazıçı-publisist, 1964-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Sabir Azəri (Tatlıyev) 1938-ci il martın 22-də Azərbaycanın Ağstafa rayonunun Dağkəsəmən kəndində dünyaya gəlib.

Sabir Azəri “Tələbə məhbusun etirafları” kitabında öz taleyinə, repressiya illərinə aydınlıq gətirir. Yazıçı bioqrafik-sənədli bu romanda onu sıxan, narahat edən mətləblər haqqında etiraflar etmişdir. Bu əsəri onun etirafları kimi qəbul edə bilərik. Romanda hadisələr 1956-cı ildə, yəni Sabir Azərinin universitetin üçüncü kursunda oxuyarkən həbs olunmasının təsvirindən başlamışdır. Bu hissəni müəllif “Gedər-gəlməz” başlığı ilə təqdim edib. Romanda müəyyən hissələrə verilmiş başlıqlar da müəllifin öz həyat xronologiyasını əks etdirir.

Yazıçının etiraflarına nəzər salaq:  “1956-ci ilin  sentyabrın əvvəli idi. Dərslər təzə başlamışdı ki, birdən qapı qəfil açıldı və kimsə müəllimi eşiyə çağırıb qulağına nəisə pıçıldadı. O, da təəccüblə mənə nəzər salıb dedi ki, səni çağırırlar. Tanımadığım adam idi. Məni universitetin “Xüsusi şöbə”si adlanan hissəsinə apardı. Otaqda “Xüsusi şöbə”nin  rəisindən savayı daha iki nəfər vardı. Onlar mülki geyimdə idilər. Biri gülümsəyərək dedi: “hərbi qeydiyyata götürülməlisən”. Mən çaş-baş qalmışdım. Bilirdim ki, bizim kimi tələbələri əsgər aparmırdılar. Ona görə ki, universitetdə hərbi kafedra fəaliyyət göstərirdi. Gələn şəxslərdən biri dedi ki, hərbi komissarlıqdan gəlmişik. Bizimlə getməlisən.

-Qoyun, kitab-dəftərimi, şapkamı götürüm. dedim.

-Neynirsən, indicə qayıdacaqsan.-dedilər.
Lakin o gedən oldum. ( Sabir Azəri “Tələbə məhbusun etirafları” kitabı, səh. 9.)

Beləliklə Sabir Azəri həbs olunur. Onu o zamankı dillə desək  KQB-nin təcridxanasına göndərirlər. Bəs, səbəb nə idi ki, cavan yazarı, tələbəni həbs etsinlər?

Təbii ki, həmin dövrdə Azərbaycanın böyük ziyalılar ordusunun təqibləri, həbsi, onların güllələnməsi haqqında Sabir Azərinin məlumatı olmalı idi. Amma bütün bunlara baxmayaraq, gənc yazar, tələbə bütünlüklə sovet məkanında aparılmış represssiyalara bir etiraz edir. Onu qeyd etmək lazımdır ki, 50-ci illərdən sonrakı dönəmdə nisbətən repressiyaların səngidiyi dövr idi. Məhz belə məqamda Sabir Azəri  SSRİ Ali Sovetinin rəyasət Heyətinin sədri Kliment Voroşilova  məktub yazaraq bildirirdi ki, repressiyalara, təqiblərə görə, yalnız Stalin deyil,  həm də o zaman SSRİ-yə rəhbərlik edən, sonradan baş katib  olan Nikita Xruşov,  Anastas Mikoyan və digərləri günahkardır. Hətta gənc yazar  Xruşov və Mikoyanın karikaturasını çəkir.  Bu gün həmin hadisəyə çox sakit və hətta etinasız yanaşmaq olar. Amma 1956-ci ildə belə bir addımı atmaq çətin məsələ idi. Gənc yazar qanlı repressiyaya kəskin etiraz edir.

Yenə  Sabir Azərinin öz yazdığı kitaba və etiraflarına nəzər salaq:

 “Universitetin qarşısında, keçmiş Kommunist küçəsində bizi “Pobeda” markalı maşın gözləyirmiş. Şəhərin mərkəzində, indiki Neftiçilər prospektində nəhəng, bozumtul binanın qarşısında dayananda gözüm iri lövhədəki  Dövlət  Təhlükəsizlik Komitəsi sözlərinə sataşdı və sanki içərimdə nə isə qırıldı, çilik-çilik oldu. İkinci lövhədə KQB üç hərflə həkk olunmuşdu. Özümü zorla ələ aldım”.

Təbii ki, Sabir Azərini bu həbs düşərgəsinə  gətirməklə onun başına sığal çəkməyəcəkdilər. Milliyyətcə erməni olan müstəntiq Arutyanovun üzücü, davamlı sorğu-sualları, psixoloji gərginlik gənc yazarı ümidsiz duruma sürükləyirdi. Qorxu saçan, sovet rejiminin ən ciddi  cəza maşını sayılan bir məkanda, təcridxanada  qalmağın hər anı bir ölüm idi.

Müəllifin yenə xatirələrinə müraciət edək: “Mən özüm-özümə dedim, haqqdan heç vaxt üz çevirməyəcəm. Mən başqa cürə ola bilmərəm! Qəfildən necə sakitləşdimsə, hətta buna heyrətləndim. Amma mənə elə gəlirdi ki, qaldığım kameradakı çarpayı deyil, üstünə bozumtul döşək salınmış qəbirdir. Həmin çarpayıya uzanan təki düşəcəm o qəbirin dibinə. Necə qorxdumsa, durub döşəyi yoxladım, bununla da ürəyim soyumadı, qaldırıb altına baxdım. Yox, dəmir torlu çarpayı imiş”. Bu gənc bir yazarın həbsxanadakı ilk təsvirləri idi.

Repressiya tarixini  tədqiq edən Aslan Kənan yazırdı: “Unutmaq olmaz ki, şəhərə təhsil almağa gələn, gənclikdə hamı kimi çılğınlıq edən III kurs tələbəsinin başına ağlagəlməz oyunlar açan kəşfiyyat əməkdaşlarına belə -əməliyyatlar heç vaхt başıucalığı gətirməz. Respublikanın baş kəşfiyyatçısı, baş ittihamçısının gənc tələbənin düşünülməmiş yazısının qulpundan belə yapışmağındansa, kriminal hadisələrin hökmranlıq etdiyi bir dövrdə həmin cinayətlərin açılmasına diqqət yetirsəydi daha yaхşı olmazdımı. İki nadürüst rəhbər işçilərinə görə, olmazın işgəncələrə məruz qalan bir gəncə nədir bu haqsızlıq. (Aslan Kənan “XX əsrdə repressiyaya məruz qalanlar” kitabı)  

Beləliklə gənc yazar, tələbə bir neçə ay təcridxana da erməni müstəntiqin nəzarəti altında istintaqa cəlb olunur. Lakin o zaman 1937-cı il deyildi. SSRİ məkanında vəziyyət dəyişmişdi. Nikita Xruşovun dövründə 1937-ci illə müqayisədə xeyli yumşalma vardı. Bütün bu amillər Sabir Azərinin xilasına, ən yaxşı halda bir neçə illik həbs olunması ilə nəticələnməsinə gətirib çıxartdı. Şübhəsiz ki, bu hadisələr 1956-cı ildə deyil, 1937-ci ildə baş versəydi, o zaman Sabir Azərinin güllələnməsi qaçılmaz olacaqdı. Nəhayət üzücü istintaq yekunlaşır. Sabir Tatlıyevin işi məhkəməyə göndərilir. Qapalı keçirilən məhkəmədə gənc yazarın, tələbənin cavanlığı, səmimi etirafları və digər məqamlar nəzərə alnaraq, ona iki il həbs cəzası verilir. Onu da xatırladaq Sabir Azəri vaxtından əvvəl azadlığa qovuşur. Bir müddət keçəndən sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) o zamankı rektoru Şəfayət Mehdiyevin alicənablığı, qayğısı nəticəsində Sabir Azəri yenidən universitetdə təhsilini davam etdirir. Lakin hər zaman öz qürurunu qoruyan bu insanın həyatında, taleyində repressiya dərin iz buraxır. Daxilən ədalətə meylli insan haqsızlığa göz yuma bilməzdi. Mənim qənaətimcə, bu tendensiya Sabir Azərinin həm həyata baxışlarında, həm də yaradıcılığında özünü göstərib.

Sabir Azərinin oğlu Babək Tatlıyev atası haqqında bəzi  məqamlara toxunub: “Mən  1990-cı ildən sonra eşitdim ki, atam  o zaman, 1956-cı ildə repressiya məruz qalıb, sovet dönəmində  siyasi məhbus olaraq həbsxanaya düşüb. Onun həbsdə olduğunu ailədə yalnız anam bilirmiş.  Sonralar biz bu hadisələri eşitdik, rejimin ziyalılarımıza münasibətini öyrəndik. Atam bizə həbsxana dövrü haqqında maraqlı bir epizod danışmışdı. Məhkəmədən sonra atamı 10-cu islah-əmək düşərgəsinə gətirirlər. O, həbsxanada ilk gündən hörmətlə qarşılanır. Və ona dustaqlar bildirirlər: “Biz müxtəlif cinayətlərə görə, burada məhkum olaraq yatırıq,  sən isə yeganə siyasi dustaqsan ki, məlum maddə ilə, sovet hökumətinin bütün eybəcərliklərini çəkinmədən yazmısan”. Gerçəkdən o zaman bu addımı atmaq çətin idi. Atam həbs olunduqdan sonra  hətta milliyyətcə erməni olan müstəntiq Arutyanovun üzücü sorğu-sualları, psixoloji təzyiq vasitələri gənc Sabir Azərinin qürunu qıra bilmir”.

Babək Tatlıyev Sabir Azərinin ömür kitabını vərəqləyərək onu da əlavə edir: “Atam sovet hökumətinin çox qəddar, amansız olduğunu bildirsə də, bizi hər zaman milli dəyərlərə sahib olmaqla türk düşüncəsində böyüdüb. Milli ruhda, türk təfəkküründə olduğuna, bir çox proseslərə ədalətli yanaşdığına görə. rejim onu rahat buraxmır. Həbsdən çıxıb universitetdə təhsilini davam etdirdiyi dövrdə onun haqqında donoslar yazılır. Lakin o zaman universitetin rəhbərliyində olan şəxslər, Yusif Məmmədəliyev, Şəfayət Mehdiyev və digər ləyaqətli insanlar atamı təzyiqlərdən, təqiblərdən  qoruyublar. Bəlkə də o  insanların xeyirxah əməlləri olmasaydı  sovet rejimi, onun donos yazanları Sabir Azərinin təhsilini başa vurmasına, ümumiyyətlə, onun yazıçı kimi şöhrət qazanmasına imkan verməzdilər. Onu məhv edərdilər. Bütün təqiblərə, 50-ci illərdən sonra siyasi məhbus həyataı yaşamasına baxmayaraq, atam hər zaman ədalət hissini, milli qururunu qoruyub saxladı”.

Yekunda onu da qeyd edim ki, repressiya tariximizlə bağlı  qaranlıq məqamlara  aydınlıq gətirmək  üçün “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabını bu il  Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyinin dəstəyi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində çap etdirməyi planlaşdırırıq.

 

Əkrəm Bəydəmirli




Baxış sayı: 830
Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30 Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar muzeyə hədiyyə olunub 30-01-2026, 10:00 Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Rəsmi 30-01-2026, 09:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib 30-01-2026, 07:30 Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər 29-01-2026, 21:30 Özbəkistan Prezidenti: Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir 29-01-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728