FACT-INFO.AZ » XƏBƏR » Sərsəng su anbarına ermənilərin qanunsuz müdaxiləsi: Müharibə cinayətləri və beynəlxalq ekoloji təhlükəsizlik problemi
26-01-2017, 10:35 | XƏBƏR
Sərsəng su anbarına ermənilərin qanunsuz müdaxiləsi: Müharibə cinayətləri və beynəlxalq ekoloji təhlükəsizlik problemi

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri mövcuddur və bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu millətə məxsus xüsusiyyətləri əks etdirir. Bu bir həqiqətdir  ki, tarixən Ermənistan dinc şəraitdə belə, Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütmüş və bu siyasətini gercəkləşdirməyə çalışmışdır. Aparılan müşahidələr və təhlillər göstərir ki, Ermənistan hər hansı bir dövlətin ərazisini işğal etmək, özündə saxlamaq gücünə malik deyil, burada Ermənistanı idarə edən böyük bir qüvvə var.

Bunun nəticəsidir ki, beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər və mərhələli şəkildə azərbaycanlıların həm deportasiya olunmasına, həm də kütləvi qırğınına nail olmuşlar. Sərsəng su anbarına ermənilərin qanunsuz müdaxiləsi baş vermiş cinayətlərin bir hissəsidir, məsələyə daha geniş aspektdən baxanda tarixin ən böyük və acı həqiqətlərini sadəcə müşahidə etmək mümükün olur.

Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq hüququn ümumi qəbul olunmuş Güc tətbiq etməmək və güclə hədələməmək, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və insan hüquq və azadlıqlarının müdafiəsi prinsiplərinin pozulmasına səbəb olmuşdur. Aydındır ki, güc tətbiqi və təcavüz beynəlxalq cinayətdir. Bir tərəfdən, Ermənistan məhz təcavüz cinayətinə görə məsuliyyətə cəlb olunmalıdır. Digər tərəfdən isə, təcavüz və işğaldan sonra ərazidə baş vermiş dağıntılara, dinc mülki əhalinin kütləvi qırğınına və ekoloji təhlükəyə görə məsuliyyətə cəlb olunmalıdır. Bu, Ermənistanın Azərbaycan ərazilərinə təcavüzünün faciəvi nəticələrindən biridir. İşğal nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil yolu, yenə cəmi uzunluğu 3984 m olan 160 körpü, 14,5 min km uzunluğunda elektrik xətti, 2500 elektrik trafosu, 2 min km qaz boru xətti, 160 su deposu, 34-dən çox qaz dağıtım stansiyası erməni işğalçılar tərəfindən dağıdılmışdır[1]. Bu kimi əməllər, insan hüquq və azadlıqlarının ümumbəşəri dəyər kimi qorunduğu, güc tətbiq etməmək və güclə hədələməmək prinsipinin, ərazi bütövlüyü prinsipinin beynəlxalq səviyyədə təbliğ olunduğu, beynəlxalq cinayətlərin bütün növlərinə qarşı dövlətlərin birgə əməkdaqşlıq etdiyi bir zamanda, müasir beynəlxalq hüququn zamanında baş verir. Necə ki, biz bunu yaxın keçmişdə Yuqoslaviyada baş verən hadisələrdə müşahidə etdik, Yuqoslaviya tribunalı tərəfindən serb siyasi rəhbərlər və hərbi qulluqçular Bosniya müsəlmanlarına qarşı amansız siyasətinəvə mədəni mülkiyyətin, tarixi-mədəni mülkiyyətin dağıdılmasına görə məsuliyyətə cəlb olundular və mühakimə edildilər, bax bu hal anoloji olaraq Ermənistan siyasi və hərbi rəhbərliyinə də şamil olunmalıdır. Təəəsüf ki, Ermənistan siyasi və hərbi birləşmələri işğal altında olan Azərbaycan ərazilərini dağıtmaqla kifayətlənmir, sözün əsl mənasında ekoloji terror törədir, əhali üçün qorxulu, ekoloji bir təhlükə yaradır. Ermənistan bilərəkdən, şüurlu şəkildə ekoloji təhlükə yaradan siyasətini davam etdirir. Məhz bu cür ekoloji təhlükə işğal altında olan Sərsəng su anbarı ətrafında mövcuddur və olduqca aktualdır.

Ölkəmiz üçün strateji əhəmiyyətə malik olan Sərsəng su anbarı 25 ildən artıqdır ki, işğal altındadır. Sərsəng su anbarı ölkənin aşağı Qarabağda yerləşən 6 rayonunun (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Həmin rayonların əhalisinin böyük bir hissəsi Tərtər çayının suyundan içməli su kimi istifadə edirdi. Bu ərazidə yaşayan əhali Ermənistan işğalından sonra içməli suya möhtac qalmışdır. Ermənistan həm insanları içməli sudan məhrum etmiş, eyni zamanda su mənbələri həddindən artıq çirklənmələrə məruz qalmış, 100 min hektara yaxın torpaq sahələrinin suvarılmasında çətinliklər yaradılmışdı. Göründüyü kimi Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal etməklə və işğal altında olan əraziləri hərbi zərurət olmada dağıtmaqla həm də müharibə cinayətləri törətmişlər.

Bu gün Sərsəng su anbarı baxımsızlıq və xidmət göstərilməməsi səbəbindən qəza vəziyyətinə düşüb. Hazırda su anbarına və onun qurğularına 25 ildən coxdur ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması ondan aşağıda yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır. İstismar müddətini başa vuran qurğular və su bəndinin hər an sıradan çıxma təhlükəsi yaranıb. Bu isə o deməkdir ki, sözügedən anbarda suyun həcminin kəskin artması işğal olunmuş Azərbaycan əraziləri ilə qonşu rayonlarda ekoloji fəlakət qaçılmazdır. Digər tərəfdən, Sərsəngin suyunun ermənilər tərəfindən lazımsız yerlərə axıdılması cəbhəyanı rayonların iqtisadiyyatına ciddi zərər vurur. Məhz texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza bölgədə yaşayan mülki əhalinin kütləvi məhvinə, humanitar fəlakətə, ekoloji və bioloji böhrana səbəb ola bilər və bunu da ermənilər yaxşı başa düşdükləri üçün dəfələrlə o Azərbaycan tərəfini hədələmişdi.

İstər dinc dövrdə, istərsə də müharibə dövründə yaşıllıqların məhv olması, çaylar, göllər və su anbarlarının radioaktiv maddələrlə çirkləndirilməsi insanların sağlamlığına ciddi zərər vurur və ekoloji təhlükəsizliyə birbaşa qəsd kimi dəyərləndirilir. İki dövlət arasında silahlı münaqişənin baş verməsi ətraf mühiti dəyişikliyə uğratmağa, çirkləndirməyə və dağıntılara məruz qoymağa heç bir halda əsas ola bilməz. Özündə müharibə dövründə təbii mühitin qorunması ilə bağlı normalar ehtiva edən bir sıra beynəlxalq-hüquqi aktlar mövcuddur[2]. Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasını, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarını, Cenevrə Konvensiyalarına I Əlavə Protokolu, Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyasını, məhz müharibə dövründə ətraf mühitin mühafizəsi ilə bağlı normaları özündə ehtiva edir.

Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası iştirakçı dövlətlərin məhz ətraf mühiti dəyişikliyə uğradaraq hərbi vasitələrdən istifadə etməsinə görə məsuliyyət məsələlərini diqqətə çatdırır.

Cenevrə Konvensiyalarına əlavə olunan I Protokolun 55-ci maddəsində göstərilir ki, hərbi əməliyyatlar zamanı təbii mühitin geniş, davamlı və ciddi ziyandan mühafizəsinə qayğı göstərilir[3]. Belə mühafizəyə təbii mühitə ziyan vurmaq məqsədi güdən və ya ziyan vuracağı və nəticədə əhalinin sağlamlığına və ya sağ qalmasına ziyan vuracağı gözlənilən hərbi üsul və vasitələrdən istifadənin qadağan edilməsi daxildir. Təbii mühitə ziyan vurmağın qisas vasitəsinə çevrilməsi qadağandır.

56-cı maddədə isə deyilir ki, tərkibində beton və torpaq bəndlərdən ibarət obyektlərə hücum olarsa və bu hücum nəticəsində ağır itkilər olarsa, dic mülki əhali qırğına məruz qalarsa belə hücumlar qadağan olunur. İşğal altında olan Sərsəng su anbarı bunun əyani nümunəsidir.

Göründüyü kimi, konvensiyaların müharibə cinayətlərinə aid olan bütün müddəaları Ermənistanın işğal altında olan ərazilərdə törətdiyi əməllərə şamil olunur və müharibə cinayətləri onların bütün əməllərinin tərkibində özünü biruzə verir. Ermənistan silahlı birləşmələri həmişə mülki obyektləri və dinc mülki əhalini hədəf götürmüş və məhv etmişdir. Bir çox beynəlxalq təşkilatların müraciətinə baxmayaraq, Ermənistan işğal olunmuş bölgələrdə Azərbaycanın mədəni sərvətlərinin təhlükəsizliyi üçün heç bir konstruktiv addım atmamışdır. İşğal olunmuş ərazidə 500 tarixi-memarlıq və 100-dən çox memarlıq abidəsi, 22 muzey, 4 şəkil qalereyası, 927 kitabxana, 85 musiqi məktəbi, 4 dövlət teatrı qalmışdır. 700 səhiyyə ocağı: 800 nəfərlik xəstəxana, poliklinikalar, doğum evləri, aptek binaları, təcili yardım xəstəxanaları dağıdılmış, 140 min şagirdin oxuduğu olan 600 məktəb, 53 min şagirdin təhsil adlığı 65 peşə məktəbi, 2 yüksək öğrənim qurumu məhv edilimişdir. İşğal nəticəsində tunc dövrünə aid nadir abidələr-100-dən çox Xocalı şəhəri yerlə yeksan edilmişdir Bu cinayətlərin nəticəsində ölkəmizə həm də külli miqdarda maddi zərər vurulur[4].

Ermənistanın Sərsəng su anbarını işğal altında saxlaması ümmilikdə Azərbaycana 310 milyondan artıq zərər dəymişdir[5].  Bununla bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) dəfələrlə təşəbbüslə çıxış etmiş və məslənin ciddiliyini beynəlxalq təşkilatların diqqətinə çatdırmışdır. Nəhayət AVCİYA-nın  təşkilatçılığı ilə  26 yanvar 2016-cı ildə AŞPA tərəfindən “2085 (2016) saylı qətnamə qəbul edilmişdir. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktı təsdiqlənməklə Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilir, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğu vurğulanır və Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun törədə biləcəyi humanitar fəlakətin nəticələrinə görə birbaşa Ermənistan dövlətinin məsuliyyət daşıdığı bildirilir.

İnanmaq istərdik ki, AŞPA-nın bu qətnaməsi davamlı olacaq, digər beynəlxalq təşkilatlar da Ermənistanı işğalçı dövlət kimi tanıyacaq və Ermənistanın siyasi və hərbi rəhbərliyi beynəlxalq cinayət məsuliyyətinə cəlb olunacaq.

Əlövsət Vilayət oğlu Allahverdiyev

hüquq üzrə fəlsəfə doktoru, Silahlı Qüvvələrin adyunktu

İstifadə olunmuş ədəbiyyat:

1. Ronald C. Slye, Beth Van Schaack International Criminal Law. 2009 Aspen Publishers

2. Ceoffrey Robertson QC Crimes Against Humanity 2006. 758 pg

3. Əhmədov. “Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar”. Bakı, 1998

4. 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara əlavə protokollar B.1999

5. İbayev V.İ. Dissertasiya. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müna­qişəsi və insan hüquqları. Bakı, 2002, 178 s.

6. az.wikipedia.org

7. un.org/icc/

8. files.preslib.az/projects/azerbaijan/gl8.pdf

9. virtualkarabakh.az/

10. azerbaijan.az

11. crimesofwar.org

 

 

 

 




Baxış sayı: 2 328
“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq Bu gün, 19:00 Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub Bu gün, 12:00 Hikmət Hacıyev Buxaradan paylaşım edib Bu gün, 12:00 Türk dövləri arasında əməkdaşlıq yeni məhrələyə keçir Bu gün, 10:30 ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır Bu gün, 10:00 Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub Bu gün, 10:00 Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək Bu gün, 09:30 Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub Dünən, 21:00 Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir Dünən, 21:00 Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib Dünən, 21:00 Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir Dünən, 09:30 Malazgirt döyüşünün 955-ci ildönümü qeyd olunacaq Dünən, 09:30 Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib 22-08-2026, 12:00 Kəlbəcərin dəvəgözü yataqlarında beynəlxalq arxeoloji tədqiqat aparılıb 22-08-2026, 11:30 Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb 21-08-2026, 19:30 Xocavənddə traktor minaya düşdü - Xəsarət alan var 21-08-2026, 18:30 Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib 21-08-2026, 18:00 Böyük Britaniya səfiri: Azərbaycanı regionda təbii mərkəz kimi görürük 21-08-2026, 12:30 Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçirilir 21-08-2026, 12:00 Nizami Gəncəvi irsinin təbliği məqsədilə təqdimatlar hazırlanıb 21-08-2026, 11:30 Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov Binəqədi rayonunda torpağa tapşırılıb 21-08-2026, 11:30 Mountains ADAPT üzrə layihə təkliflərinin qəbulu 21-08-2026, 10:14 "Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan 21-08-2026, 10:00 TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək 20-08-2026, 20:30 Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM 20-08-2026, 19:00 Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib 20-08-2026, 17:00 “Milli iqtisadi inkişafda yeni idarəetmə mexanizmi: hərəkətverici qüvvələr və istiqamətlər” 20-08-2026, 15:00 Vaşınqton konfransı - “Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” 20-08-2026, 11:00 Naxçıvanda regional iqtisadiyyatı inkişaf etdirmək üçün görülən işlər 20-08-2026, 11:00 Tramp İrana qarşı dəhşətli sanksiya və iqtisadi müharibənin başlandığını elan etdi 20-08-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31