FACT-INFO.AZ » XƏBƏR » Ermənilərin kilsə siyasəti və tarixin qaranlığında gizlənən gerçəklik
13-05-2024, 09:00 | XƏBƏR
Ermənilərin kilsə siyasəti və tarixin qaranlığında gizlənən gerçəklik
Ermənilərin bu regiona köçürülməsi, ümumilikdə Cənubi Qafqazda böyük faciələrin başlanğıcı olmaqla yanaşı, həm də düşünülmüş məkrli planların növbəti bir mərhələsi idi. Bu planın gerçəkləşməsində ermənilərlə bərabər bir sıra xarici dövlətlər, o cümlədən Çar Rusiyası öz maraqları çərçivəsində fəaliyyət göstərib. İndi real vəziyyətə və bir çox tarixi proseslərə nəzər salanda bir daha təsdiqlənir ki, burada əsas oyunçulardan biri olan Rusiya erməni kartından maksimum yararlana bilib. Çar Rusiyası anlayırdı ki, Qafqaza yiyələnmək üçün etibarlı dayaqlar lazımdır. Lakin Qafqazda yaşayan xalqların rusların bu regiona gəlişinə razılıq verəcəyi mümkün deyildi. Ona görə də ermənilərin Cənubi Qafqaz regionuna, qədim Azərbaycan torpaqlarına bilavasitə rusların dəstəyi ilə köçürülməsi prosesi ardıcıllıqla baş verib.
Yenidən yaddaşları yeniləmək məqsədilə bəzi tarixi faktlara nəzər salaq. Ermənilər XVII əsrdən başlayaraq özlərini əzilmiş, əzabkeş bir xalqın nümayəndələri kimi qələmə verərək, Rusiyadan və digər ölkələrin siyasi rəhbərliklərindən yardım istəmişdilər. 1699-cu ildə kilsə nümayəndəsi İsrail Ori və Minas Vardapet də bu cür xahişlə Qərbi Avropa ölkələrinə göndərilmişdi. Onlar Avstriya, Florensiya dövlətlərindən erməni dövlətini yaratmaq üçün xahiş etdilər. Həmin dövrdə İsrail Ori Rusiya imperatoru I Pyotrla görüşməyə nail olaraq öz planlarını ona bildirdi. Ermənilərin çirkin niyyətləri Rusiyanın Cənubi Qafqaz siyasətinə uyğun olduğuna görə I Pyotr bu planı qəbul etdi.
Bununla da ermənilərin Azərbaycan torpaqlarında yerləşdirmə planının əsası qoyuldu. I Pyotr Qafqazda özünə etnik dayaq yaratmaq məqsədi ilə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi planını reallaşdırmağa cəhd etdi. Bunun üçün o, 1724-cü ildə xüsisi fərman imzaladı. Lakin bir sıra faktorlar bu prosesi xeyli ləngitdi. 1725-ci ildə I Pyotrun ölümü, Rusiyada davam edən müxtəlif saray çevrilişləri, mərkəzi hakimiyyətin zəifləməsi, eləcə də Nadir şahın uğurlu siyasəti, daha sonra rus-türk müharibələri və Ağa Məhəmməd şah Qacarın yürüşləri ermənilərin Azərbaycan ərazilərinə köşürülməsi planın təxminən yüz il ərzində həyata keçməsinə imkan vermədi.
Yalnız XIX əsrin əvvəllərindən bu məkrli plan işə düşərək, hayların Cənubi Qafqaza köçürülməsinə mərhələrlə imkan yarandı. Həmin dövrdə gedən proseslərə nəzər saldıqda görərik ki, xanlıqlar arasında mövcud olan gərginliklər və onların bir ideya ətrafında, vahid Azərbaycan məfkurəsi əsasında birləşə bilməməsi Rusiyanın işğalçılıq siyasətinə stimul verirdi. Nəhayət, 1801-ci ildən Azərbaycan torpaqlarının işğalına başlayan Rusiyanın xristian faktorundan məharətlə istifadə etmək siyasəti fəallaşdı. Rus imperiyasının siyasi dairələri anlayırdılar ki, bu siyasətdə ermənilərdən yaxşı alət ola bilməzdi. Son 200 ildə baş verən bütün bu fəlakətlərin, çaxnaşmaların əsası qoyuldu.
Bir vacib məqamı qeyd etmək istərdim. Alban apostol kilsələrinin qriqoryanlaşması prosesi ermənilərin strateji planlarının gerçəkləşməsinə dəstək oldu. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən yararlanmağa çalışıb, Çar Rusiyasına bölgədə sədaqətlə xidmət edəcəklərinə söz verdilər. Həmin dövrdə erməni kilsəsinin əsas məqsədi Alban apostol kilsəsinin irsini ələ keçirmək idi ki, buna da hiyləgərcəsinə nail oldular. I Nikolayın 1836-cı il 11 mart tarixli Fərmanı ilə Alban apostol kilsəsinin maddi-mədəni irsi erməni qriqoryan kilsəsinə verildi. Rusiya imperatorunun bu addımı Cənubi Qafqazdakı Alban mədəniyyətinin ermənilər tərəfindən məhv edilməsinə şərait yaratdı.
Son günlər cərəyan edən proseslərə nəzər salsaq, bu qənaətə gəlmək olar ki, Ermənistanda baş verən hadisələrdən bir daha aydın olur ki, erməni keşişləri xarici dairələrin təlimatları əsasında qaranlıq layihələr həyata keçirirlər. Belə planlar isə kövrək olan sabitliyə təhdid olmaqla yanaşı növbəti silahlı toqquşmalara zəmin yaradır. Görünən odur ki, Rusiya öz ölkəsinin yetərincə problemlərini həll etmək əvəzinə, Cənubi Qafqazda yenidən əski ssenarilərini gerçəkləşdirmək istəyir. Təbii ki, Rusiyanın erməni kilsə kartından istifadə etmək cəhdi həmin ölkəyə qarşı xoşagəlməyən münasibəti daha da kəskinləşdirəcək.
Əkrəm Bəydəmirli



Baxış sayı: 325
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30