FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır
12-05-2025, 16:00 | TƏDQİQATLAR-ANALITIKA
Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır

Fridrix Nitşe deyib: "Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır". Bu fikir birmənalı şəkildə, dünya siyasətçilərinin də etiraf etdiyi kimi böyük tarixi şəxsiyyət Heydər Əliyevə də şamil edilir.Heydər Əliyev belə tarixi şəxsiyyət idi. Sevərək yaşayanlar tarixdə də, yaddaşlarda da əbədi bir nəğmə kimi qalır. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” qüruru Azərbaycanı sevənlərin hamısının qürurudur. Bu qürur yaşarı qürurdur, dünyəvi qürurdur, bəşəri qürurdur...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda hakimiyytə gələnə kimi Dövlət Təhlükəsizlik Komitəsində xidmət edib, bölmə rəisi, şöbə rəisi, sədr müavini, sədri vəzifələrində xidmət edib, ona general-mayor rütbəsi verilib. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilib. Bu seçim Azərbaycanın tale seçimi olub. 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunub. 1987-ci ildə Sov. İKP MK Siyasi Bürosunun Baş Katiibi M.Qorbaçovun siyasi kursuna etiraz olaraq istefa verib.
Hərbi hazırlıq müəllimimiz deyirdi ki, Heydər Əliyev azərbaycanlıların hərbçi peşəsinə marağını yüksəltmək məqsədilə Bakıda hərbi təmayüllü internat məktəb yaradılmasına təşəbbüs göstərdi. Moskva bu təşəbbüsün qarşısını almaq istədi. Moskva Naximov, Suvorov adına məktəblərin SSRİ-yə bəs elədiyini bildirmişdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev bunların da qarşısını qətiyyətlə aldı, Bakıda belə bir məktəbin açılmasının zəruriliyini əsaslandırdı. Moskva etiraz edə bilmədi. Yaradılan bu məktəbə Cəmşid Naxçıvanskinin adı verildi. Xalq bu məktəbi ehtiram kimi Heydər Əliyev məktəbi adlandırdı.
O illərdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycndan SSRİ-nin müxtəlif şəhərlərinə ali hərbi təhsil almağa göndərilirdi.
Bakı Məişət Kondisionerləri zavodunun, Radiozavodun, Ozon zavodunun, Elektron Hesablama maşınları zavodunun da yaradıcısı Heydər Əliyevdir. Bu zavodlar Azərbaycanın iqtisadiyyatında olduqca əhəmiyyətli olub. Babam deyirdi ki, o illərdə Azərbaycan İttifaqda inkişaf etmiş resuplikalardan biri idi.
Bakıda metro da böyük tarixi şəxsiyyətin təşəbbüsü ilə açıldı. Bu, həm Bakını, deməli Azərbaycanı tanıtma, sevdirmə vasitələrindən biri oldu, həm də əhalinin rifahını xeyli yaxşılaşdırdı.
Heydər Əliyevin Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə böyük sevgiləri vardı. Bakıda, eləcə də digər şəhərlərdə şair və yazıçıların, incəsənət xadimlərinin, mədəniyyət korifeylərinin abidələri ucaldılırdı, adları əbədiləşdirilirdi. Hüseyn Cavidin nəşinin Uzaq Sibirdən gətirilməsinin təşəbbüskarı da “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən Heydər Əliyev oldu.
1990-cı ilin 20 yanvar faciəsindən söz açır, yanvarın 21-də Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyi qarşısında bəyanatla çıxış etməsindən danışaraq deyir ki, bu çıxış faciəni törədənlərə ittiham idi, qırğının törədilməsi əmrini verənlərin də, onu yerinə yetirənlərin də cəzalandırılmasını tələb etmişdi.
Azərbaycanda siyasi vəziyyət gərginləşəndə xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Həmişə Azərbaycanın taleyini düşünən ən böyük azərbaycanlı xalqın təkidli dəvətini qəbul etdi, 1993-cü il iyunun 17-də Bakıya gəldi. Qısa müddətdə Azərbaycanın dövlətçiliyini xilas etdi.
Azərbaycanın yeni tarixi Azərbaycanın dövlətçilik tarixində ən həssas mərhələlərdəndir. Böyük siyasi xadim olan Heydər Əliyev milli qarşıdurmanın qarşısını aldı, mövcud ərazi özünümüdafiə taborlarının buraxılması haqqında sərəncam verməklə nizami ordunun yaradılmasının başlanğıcını qoydu, qısa müddətdə nizami ordu formalaşmağa başladı. Horadiz əməliyyatı da, dövlət başçısı kimi səngərlərdə hərbçilərlə görüşləri də ordunun şəxsi heyətinin döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da.
“Əsrin müaviləsi”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Supsa” kimi neft kəmərləri Azərbycanın iqtisadi inkişafını yüksəltməklə bərabər, onun siyasi nüfuzunu da artırırdı, ehtiramı da. Dünya dövlətləri Azərbaycanla ikitərəfli müqavilələr imzalamağa daha maraqlı olurdu. Belə müqavilələr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əhəmiyyətli amillər sırasında idi. Bu da Heydər Əliyevin Azərbaycana xidmətlərindən biri kimi tarixləşib...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətçilik ideologiyası səviyyəsinə yüksəltmişdi ki, bu da Azərbaycanın dövlətçilik tarixində son dərəcədə gərəkli oldu. Bu səbbədən siyasətçilər qətiyyətlə bildirdilər ki, “Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik memarıdır”.
Heydər Əliyev dünya azərbaycanlılarını eyni məfkurə ətrafında birləşdirmək istəyirdi. İstəyirdi ki, harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün Azərbaycan adında bir işıq olsun, hər bir azərbaycanlının amalı, əqidəsi bu işığın səyyarəsinə dönsün. Bu məqsədlə dünya azərbaycanlılarının birliyini arzulayırdı.
Milli-azadlıq hərəkatı genişlənmişdi. Xalq 1989-cu ilin dekabrın axırlarında Naxçıvanda İranla sərhədləri dağıtdı. Ruh ruha qovuşdu, ürək ürəyə. Bu hadisə SSRİ-nin süqut ərəfəsində olduğunu təsdiqləyirdi, həm də SSRİ-nin çökməsində azərbaycançılığın da böyük təsiri olacaqdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev bu hadisənin xalqın mübarizə əzmi kimi dəyərləndirmişdi və dünya azərbaycanlılarının birliyini yaratmaq üçün dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etmişdi. Bu, böyük tarixi şəxsiyyətin xalqın mübarizə ruhuna və tarixi günə ehtiram idi. 1992-ci ildə Azərbaycan parlamenti dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi. Heydər Əliyevin azərbaycançılıq ideologiyası dövlət siyasətinin tərkib hissələrindən biri oldu. Bakıda Dünya azərbaycanlılarının qurultayı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin bu istəyini də uğurla davam etdirir.
“Kitabi Dədə Qorqud” dastanı təkcə ədəbiyyatımızın tarixi deyil, həm də xalqımızın, dövlətçiliyimizin tarixidir. Böyük tarixi şəxsiyyət Heydər Əliyev ən qədim yazılı abidəmiz olan bu dastanın dünyada daha ətraflı tanıdılması üçün onun 1300 illiyini təntənəli qeyd edilməsi üçün sərəncam imzaladı. 2000-ci il aprelin 9-da keçirilən bu tədbir dastanın yaranma tarixinə, bu baxımdan xalqın xalq kimi formalaşma tarixinə aydınlıq gətirdi. Bu da böyük tarixi şəxsiyyətin Azərbaycana xidmətlərindəndir...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev tarix yaratdı. Bu tarix Azərbaycanın tarixidir, SSRİ dönəmində də belə olmuşdu, dövlət müstəqilliyi bərpa olunduqdan sonra da belə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi daha da mətinləşdirir...

Səbinə Xasayeva
Milli Məclisin deputatı




Baxış sayı: 210
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30