İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqlarda ölkəsinin əsas prinsiplərindən geri çəkilməyəcəyini bildirib. O, eyni zamanda Tehranın gərginlik yaratmaq niyyətində olmadığını vurğulayıb.
Fact-info.az xəbər verir ki, bu fikirləri Prezident Pezeşkian çərşənbə axşamı Müstəqil Parlament üzvləri ilə görüşündə səsləndirib. O qeyd edib ki, ABŞ ilə dolayısı danışıqlar İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin tam razılığı və koordinasiyası ilə həyata keçirilir.
Danışıqlarda əsas diqqət İranın nüvə proqramına və sanksiyaların ləğvi məqsədilə 2015-ci ildə imzalanmış, lakin sonradan ABŞ tərəfindən tərk edilmiş sazişin yenilənməsinə yönəlib. Prezident Pezeşkian bildirib ki, onun administrasiyası xalqın rifahını ABŞ ilə danışıqlardan asılı vəziyyətə salmayacaq.
Baxış sayı: 85
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
