FACT-INFO.AZ » XƏBƏR » Qarabağın azad edilməsi regionların inkişafına yeni təkan verib
14-05-2025, 14:00 | XƏBƏR
Qarabağın azad edilməsi regionların inkişafına yeni təkan verib

Regionların inkişafı Qarabağın işğaldan azad edilməsi ilə yeni mərhələyə qədəm qoyub. Vətən savaşındakı tarixi Qələbəmizdən sonra dövlət başçısının xüsusi diqqət və nəzarəti ilə azad olunmuş ərazilərdə görülən geniş miqyaslı işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun dirçəldilməsi istiqamətində atılan addımlardır.


Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Görülən və görüləcək işlər bütövlükdə ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Ölkə rəhbərinin səfərlərinin hər biri doğma torpaqlarımızın çiçəklənməsi, erməni əsarətindən azad edilmiş ərazilərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində tarixi hadisəyə çevrilir. Bu baxımdan Prezidentin 9-10 may tarixlərində Şuşa, Ağdam və Xocalıya səfəri də istisna deyil.

İşğal dövründə Ağdam Azərbaycanın ən çox dağıntıya və vandalizmə məruz qalmış ərazisi olub. 1993-cü il iyulun 23-də işğal zamanı erməni qəsbkarları Ağdamın bütün yaşayış məntəqələrini talayıb, tarixi, mədəni, dini abidələri, qəbiristanlıqları yerlə-yeksan etmişdilər. buna görə də xarici ekspertlər Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdılar.

2020-ci il noyabrın 23-də işğaldan azad olunandan sonra ilk dəfə Ağdam məscidində olan Prezident İlham Əliyevin çıxışı hər bir soydaşımızda o dağıntıların üzərində abad bir şəhərin ucalacağına inam yaratdı: “Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il əvvəl bu bölgədə, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

İşğala son qoyulduqdan sonra Prezident Əliyev Ağdamım gələcəyi ilə bağlı deyirdi: “Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək”.

Ötən müddət ərzində Ağdam şəhərinin baş planına əsasən infrastruktur layihələrinin planlı şəkildə icra edilməsi, bərpa işləri, inzibati binaların, sosial obyektlərin və yolların inşası və eləcə də geniş abadlıq işləri davamlı şəkildə həyata keçirilməkdədir.

Bu günlərdə Ağdam vağzal kompleksinin açılışı, Ağdamın Kəngərli və Xıdırlı kəndlərinə qayıdan həyat, Ağdam Muğam Mərkəzinin açılışı ilə öz beşiyinə qayıdan sənət təkcə ağdamlıların deyil, hər bir soydaşımızın qürur mənbəyidir.

Bu gün İlham Əliyevin iradəsi, diqqət və nəzarəti ilə Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin, xalqının nə qədər böyük qurucu potensiala və yaradıcı təfəkkürə malik olduğunu nümayiş etdirməklə yanaşı, həm də 30 ilə yaxın zaman kəsiyində cənnət guşələrimizi cəhənnəmə çevirən zehniyyətlə fərqimizi ortaya qoyur.

Dövlət başçısın bu günlərdə Şuşa, Xocalı və Ağdam rayonlarına səfəri ölkəmizin bu bölgələrdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin ardıcıl, planlı şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir. Mayın 9-da Şuşanın Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirakı həm də dövlət başçısının rəhbərliyi ilə bölgədə aparılan böyük yenidənqurma prosesinə verilən yüksək mənəvi dəyərin, xalqla yaxından təmasın təzahürüdür.

Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Şuşada yeni tikililər tarixi simaya uyğun olaraq ətrafdakı abidələrlə harmoniyada inşa olunur. Şuşanın mühafizə zonası şəhərin tarixi irsinin qorunması məqsədilə təşkil olunmuş komissiya tərəfindən onu əhatələyən təbii landşafta uyğun olaraq həyata keçirilir.

Bu gün tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunan şəhər doğma sakinlərinə yenidən qucaq açır. 2023-cü ilin sonlarından etibarən keçmiş məcburi köçkünlərin doğma şəhərə qayıdışı təmin olunmağa başlanıb. İndiyədək Şuşaya 376 ailə – 1409 nəfərdən artıq sakin köçürülüb. Bu proses mərhələli şəkildə davam etdirilir. Şuşa bu gün mədəniyyətimizin və azadlığımızın mənəvi rəmzinə çevrilib.

Dövlət başçısının Xocalıya səfəri zamanı “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin və “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin, Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak etməsi bölgənin iqtisadi inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Ölkə başçısının Şuşa, Xocalı və Ağdam rayonlarına səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi strateji xətt kimi formalaşıb və bu səfərlərin hər biri bütövlükdə Azərbaycan cəmiyyətinin azad olunmuş rayonlara qayıdış siyasətinə böyük önəm verdiyini aydın şəkildə göstərir. Özlüyündə bu səfərlərin hər biri doğma torpaqlarımızın çiçəklənməsi, erməni vandalizmindən azad edilmiş ərazilərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində tarixi hadisəyə çevrilir.

İşğaldan azad edildiyi gündən Qarabağda həyata keçirilən bərpa-abadlıq işləri ölkə rəhbərinin müəyyənləşdirdiyi yol xəritəsinə uyğun şəkildə gerçəkləşdirilir.

Bu gün yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur müstəqil və modern Azərbaycanın gələcək modelidir. Prezident İlham Əliyevin “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” ifadəsi bu bölgələrin dirçəlişində artıq öz əməli təsdiqini tapmaqdadır.

Cavanşir Feyziyev

millət vəkili





Baxış sayı: 165
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30