Aşqabad Beynəlxalq Məktəbində keçirilən “Beynəlxalq mətbəx festivalı”nda Azərbaycan zəngin mədəni irsi və turizm potensialı ilə təmsil olunub.
Azərbaycanın Türkmənistandakı səfirliyindənbildiriblər ki, səfirlik tərəfindən qurulmuş guşədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalçaçılıq ənənələri, milli geyimləri, memarlıq üslubu və turizm imkanlarını əks etdirən təqdimatlar nümayiş etdirilib.
Guşədə “azerbaijan.travel” turizm portalı və “Made in Azerbaijan” brendinə dair bannerlər quraşdırılıb, milli məhsullar və sənətkarlıq nümunələri nümayiş olunub. Azərbaycanın milli mətbəxinə məxsus yeməklər və şirniyyatlar da festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində ziyarətçilərə Azərbaycanı tanıdan kitablar, broşürlər və müxtəlif nəşrlər paylanıb, fotoaçıqcalar, suvenirlər və milli geyimlərimizi əks etdirən materiallar nümayiş etdirilib. Azərbaycan guşəsi festivalın diqqətçəkən mədəni təqdimat məkanlarından biri olub və qonaqlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Azərbaycan səfirliyinin əməkdaşları ziyarətçilərlə söhbətlərində ölkəmizin zəngin mədəni irsi, tarixi ənənələri və turizm potensialından bəhs edib, bu irsin beynəlxalq platformalarda tanıdılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
