FACT-INFO.AZ » XƏBƏR » Rusiya-Ukrayna danışıqları üçün İstanbulun seçilməsinin səbəbləri məlum olub
14-05-2025, 09:30 | XƏBƏR
Rusiya-Ukrayna danışıqları üçün İstanbulun seçilməsinin səbəbləri məlum olub

Mayın 15-də keçirilməsi planlaşdırılan Rusiya və Ukrayna arasındakı danışıqların İstanbulda baş tutacağı bildirilib.

Rusiyalı ekspertlərin fikrincə, bu danışıqlar üçün məkan olaraq Türkiyənin seçilməsi bir neçə amillə izah olunur. Moskva dialoqa sıfırdan deyil, 2022-ci ilin mart ayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılmış əvvəlki danışıqlarda əldə olunmuş razılaşmalar əsasında başlamağa ümid edir.

Siyasi ekspert Sergey Markovun sözlərinə görə, Türkiyə neytral mövqeyini qoruyur, yüksək səviyyəli danışıqların aparılması üçün zəruri infrastruktura malikdir və Moskva ilə Kiyev arasında əlverişli logistik məntəqə sayılır. İstanbulda Türkiyə Prezidentinin rezidensiyaları da yerləşir və bu da təhlükəsizlik baxımından yüksək səviyyəni təmin edir.

Markovun fikrincə, Rusiya Prezidenti Vladimir Putin danışıqlarda şəxsi iştirakını istisna etmir, lakin bu barədə yekun qərar bir sıra amillərdən asılı olacaq. Həmin amillərə ABŞ Prezidenti Donald Trampın ikitərəfli görüşə hazırlığını və Ukrayna tərəfinin danışıqları pozmayacağına dair zəmanətlərin verilməsi daxildir.

Rusiyalı politoloq hesab edir ki, danışıqlar zamanı əlavə təhlükəsizlik tədbirləri də müzakirə olunur. Bu tədbirlər Rusiya tərəfinin diplomatik dialoq çərçivəsində irəli sürdüyü qapalı formatda keçiriləcək görüş şərtlərini əhatə edir.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın danışıqlarda məsuliyyətli iştirak etməyə hazır olduğunu təsdiqləyib.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi, general Keyt Kelloq Rusiya və Ukrayna arasında İstanbulda baş tutacaq mümkün birbaşa danışıqları “möhtəşəm görüş” adlandırıb. Onun sözlərinə görə, ABŞ Prezident Vladimir Putinin danışıqlarda iştirak edəcəyinə ümid edir. Bu halda Donald Tramp da İstanbula gələcək.

Kellog qeyd edib ki, danışıqlarda irəliləyiş əldə olunmazsa, ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək imkanlarını nəzərdən keçirəcək.

Bu arada İstanbulda qarşıdakı danışıqlara hazırlıqlar tam başa çatıb. Ankaradakı diplomatik mənbənin Rusiya mediasına bildirdiyinə görə, Rusiya və Ukrayna nümayəndə heyətləri qapalı formatda görüş keçirəcək. Təhlükəsizliklə bağlı bütün məsələlər tam həll olunub. (Azərtac)




Baxış sayı: 135
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30