FACT-INFO.AZ » SİYASƏT » Bolqarıstanda “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar təhdid və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib
14-05-2025, 10:00 | SİYASƏT
Bolqarıstanda “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar təhdid və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib

Bolqarıstanın Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bolqarıstanın Ali Təhlükəsizlik və İqtisadiyyat Məktəbinin (VUSI) təşkilatçılığı ilə “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar təhdid və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib. Fact-info.az xəbər verir ki, Bolqarıstan Teleqraf Agentliyində keçirilən tədbirdə Bolqarıstan rəsmiləri, minatəmizləmə və qaçqın məsələləri üzrə mütəxəssislər, iş adamları, media nümayəndələri və diplomatik korpusun üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları işğaldan azad olunmuş ərazilərin bərpasında mövcud təhdid və çağırışlar, o cümlədən işğal altında saxladığı zaman Ermənistanın bu ərazilərdə basdırdığı minaların yaratdığı təhlükələr, Azərbaycan hökumətinin həyata keçirdiyi minatəmizləmə və bərpa-quruculuq işləri barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər və “Böyük qayıdış” strategiyası haqqında məlumat verib, ərazisində Ermənistan tərəfindən 1,6 milyon mina basdırılmış Azərbaycanın üzləşdiyi humanitar böhranın həllində beynəlxalq dəstəyin və zərurətini vurğulayıb.

Milli Məclisinin üzvü Qaya Məmmədov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində didərgin salınan əhalinin geri qayıdışının beynəlxalq hüquq normalarının icrası, həmçinin ədalət prinsipinin reallaşması baxımından vacib olduğunu bildirib, eyni zamanda Ermənistandan didərgin salınan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdış və orada yaşama hüququnun təmin olunmasının regionda dayanıqlı sülhün bərqərar olmasına xidmət edəcəyini vurğulayıb.

ANAMA-nın şöbə müdiri Ramil Əzizov işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın həyata keçirdiyi minatəmizləmə fəaliyyəti, eləcə də ANAMA-nın bu sahədə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq barədə məlumat verib.

Tədbir yerli rəsmilər və mütəxəssislər tərəfindən yüksək maraqla qarşılanıb və Bolqarıstan mediasında işıqlandırılıb.




Baxış sayı: 125
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30