FACT-INFO.AZ » CƏMİYYƏT » Ermənistanın humanitar məsələdən siyasi dividend qazanmaq niyyəti ilə şantaj vasitəsi kimi istifadə cəhdləri dözülməzdir
13-01-2017, 09:40 | CƏMİYYƏT
Ermənistanın humanitar məsələdən siyasi dividend qazanmaq niyyəti ilə şantaj vasitəsi kimi istifadə cəhdləri dözülməzdir

İclasda təşkilatın fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts ölkəsinin sədrlik dövrü üçün proqramını və prioritet istiqamətləri açıqlayıb.

Tədbirdə ATƏT-in üzvü olan dövlətlərin nümayəndələri yeni sədr ölkənin prioritetləri ilə bağlı çıxışlar ediblər.

Ölkəmizin ATƏT yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov çıxışında diqqəti ATƏT məkanında hələ də həllini tapmayan münaqişələrə cəlb edib. O, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması haqqında qətnamələrini xatırladıb, münaqişənin məhz bu qətnamələr çərçivəsində həllinin ATƏT-ə tapşırıldığı, bu sənədlərin icrasının Minsk qrupunun həmsədrlərinin fəaliyyəti üçün əsas olduğunu vurğulayıb. Qeyd edilib ki, son vaxtlar münaqişənin həlli əvəzinə onun dondurulmasına üstünlük vermək cəhdlərinin müşahidə olunması ATƏT və onun Minsk qrupu qarşısında qoyulan tapşırığa uyğun deyil. Səfir bildirib ki, Azərbaycanın Minsk qrupunda iştirakının məqsədi işğal edilmiş ərazilərin azad edilməsindən ibarətdir. Bu baxımdan, əgər ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində öz vasitəçilik fəaliyyətinin aktuallığını təmin etməkdə maraqlıdırsa, təcili şəkildə diqqəti ona verilmiş tapşırıqların icrasına yönəltməlidir. Diplomat deyib: “Minsk prosesinin 20 ildən artıq fəaliyyət təcrübəsi göstərir ki, substantiv nəticəyə istiqamətlənmiş danışıqlar olmadan gərginliyin azaldılmasını nəzərdə tutan tədbirlər problemin həllinə gətirib çıxara bilməz".

Səfir Avstriyanın sədrliyi dövründə Minsk prosesi də daxil olmaqla mövcud danışıqlar formatını gücləndirmək niyyətinin Azərbaycan tərəfindən müsbət qarşılandığını bildirib. Bu xüsusda Minsk qrupunun potensialından tam tərkibdə istifadə edilməsinin zəruri olduğunu vurğulayıb.

Danışıqlar prosesinə toxunan daimi nümayəndə qeyd edib ki, ATƏT çərçivəsində münaqişə ilə bağlı hazırkı status-kvonun davamsız və dəyişdirilməli olmasına dair yekdil mövqe var. Azərbaycan hazırkı status-kvonun dəyişdirilməsində ən maraqlı tərəfdir. Buna baxmayaraq, səfir təəssüflə vurğulayıb ki, son bir neçə ay ərzində Ermənistan tərəfindən səsləndirilən mövqe nikbinlik üçün əsas vermir və işğalçı ölkənin nəticəyönümlü danışıqların tərəfdarı olmadığı açıq-aydındır. Ermənistan sülh prosesini pozmaq və status-kvonu saxlamaq üçün aydın şəkildə müxtəlif təxribatlar törədir, gərginliyin artırılmasına yönələn hərəkətlərə yol verir və işğala əsaslanan status-kvonun möhkəmlənməsinə çalışır.

Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində törədilmiş təxribatı xatırladan Qalib İsrafilov Ermənistanın hücumunun qarşısını alarkən həlak olmuş Azərbaycan hərbçisi Çingiz Qurbanovun cəsədini geri qaytarmaqdan imtina etməsini qeyri-insani, beynəlxalq humanitar hüquqa zidd hərəkət kimi qiymətləndirib. Səfir Minsk Qrupunun həmsədrlərinin Ermənistanı hərbçimizin cəsədini qaytarmağa çağıran bəyanatını qeyd edərək, təcavüzkar ölkənin bu cür humanitar məsələdən siyasi dividend qazanmaq niyyəti ilə şantaj vasitəsi kimi istifadə cəhdlərinin dözülməz olduğunu bəyan edib, məsələyə ATƏT tərəfindən qiymət verilməsinin vacibliyini vurğulayıb. O, ATƏT və onun iştirakçı dövlətlərini Ermənistanı Azərbaycan hərbçisinin cəsədini geri qaytarmağa məcbur etməyə çağırıb.

Daimi nümayəndə, həmçinin ölkəmizin ATƏT ilə əməkdaşlığı üçün prioritet istiqamətləri barəsində danışaraq bu xüsusda məcburi köçkünlərin hüquqlarının bərpası, islamofobiyaya qarşı mübarizə kimi məsələlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir ölkəmizin dözümlülüyün təşviqi sahəsində öz müsbət təcrübəsini ATƏT dövlətləri ilə bölüşməyə hazır olduğunu qeyd edib. (AZƏRTAC)

 

 

 

 




Baxış sayı: 1 955
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30