FACT-INFO.AZ » İQTİSADİYYAT » Kahramanmaraşda “Azərbaycan” məhəlləsindəki mənzillərin ilkin sahibləri fevralın 6-da müəyyən olunacaq
4-02-2025, 18:30 | İQTİSADİYYAT
Kahramanmaraşda “Azərbaycan” məhəlləsindəki mənzillərin ilkin sahibləri fevralın 6-da müəyyən olunacaq

Kahramanmaraşda “Azərbaycan” məhəlləsində tikilmiş mənzillərin sahiblərinin ilk qrupu 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin ikinci ildönümündə püşkatma vasitəsilə müəyyən olunacaq.

 Kahramanmaraş Böyük Şəhər bələdiyyəsinin sədri Fırat Görgel bildirib ki, Azərbaycan hökuməti xətti ilə yaşayış massivi ərazisində aparılan işlərə cavabdeh orqan Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyidir (MİDA). Türkiyə tərəfdən isə layihənin icrasında Mənzil İnşaatı İdarəsi (TOKİ) iştirak edir: “Azərbaycan xalqına və Prezident İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk. Qardaş ölkənin dəstəyi ilə Kahramanmaraşda zəlzələ nəticəsində dağılmış ərazilər bərpa olunur”.

O qeyd edib ki, əyalət Azərbaycanla qədim tarixi bağlara malikdir. Görgel xatırladıb ki, Türkiyədə baş vermiş dağıdıcı təbii fəlakətdən əvvəl şəhərin mərkəzi və ən canlı küçələrindən birinə “Azərbaycan” adı verilib.

“Kahramanmaraşda “Azərbaycan” məhəlləsi tək yaşayış binaları və ticarət meydanlarından ibarət deyil, burada həmçinin məktəb və mədəniyyət mərkəzi də inşa edilib. Layihə çərçivəsində aparılan işləri yaxın aylarda bitirmək planlaşdırılıb. Bundan sonra məskunlaşma prosesi başlayacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, bir sıra ölkələrin media nümayəndələri yeni yaşayış massivində aparılan işlərlə tanış olublar. Hazırda ərazidə abadlaşdırılma və ağacların əkilməsi işləri aparılır.

“Azərbaycan” məhəlləsində fəaliyyət göstərən Heydər Əliyev adına məktəbdə tədris prosesi isə davam edir.




Baxış sayı: 110
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30